Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-813/2022 21.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı oğlu cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı qaz sayğacında olan 144 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. Məhkəmə iclasında İddiaçı oğlu iddianı müdafiə edərək izahatında bildirdi ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Ailə üzvləri 3 nəfərdən ibarətdir. Yaşadıqları evdə digər kommunal xidmətlərlə yanaşı maye qazdan da istifadə edirlər və istifadə olunan qazın hesablanması üçün yaşadıqları binanın blokuna qaz sayğacı quraşdırılmışdır və istifadə etdikləri qazın dəyərini vaxtlı-vaxtında ödəyirlər. 22 noyabr 2021-ci ildə qaz sayğacının yanından keçəndə sayğacdan səs gəldiyini görüb, dərhal qaz idarəsinə bu barədə yazılı məlumat verdilər. “Azəriqaz” İB-nin X1 İstismarı İdarəsinin nümayəndələri onun yaşadığı binaya gəlmiş, qaz sayğacına baxış keçirmiş, qaz sayğacının səslə işləməsi səbəbindən açıb götürmüşdür. Bu barədə akt da tərtib edilmişdir. Həmçinin, oraya gələn nümayəndələr də bildirdilər ki, sayğaca kənardan müdaxilə olunmamışdır. Lakin sonradan “Azəriqaz” İBnin X1 İstismarı İdarəsinin əməkdaşları onun xəbəri və iştirakı olmadan akt tərtib etmişlər. Aktın surətinin aldıqdan sonra ona məlum olmuşdur ki, aktda sayğacın hesablama mexanizminin keçən qazın həcminin qeyd edilmədiyi, sayğaca müdaxilə edilmədiyi yazılmışdır. Sonradan ona və ailə üzvlərinə məlum olmuşdur ki, onların evinə borc yazılmışdır. Lakin hansı səbəbdən borcun yazılması onlara məlum deyil. Ona görə də məhkəməyə müraciət etməyə məcbur oldu. İddianın təmin olunmasını, qanunsuz yaranmış 144 manat məbləğində qaz sayğacında olan borcun silinməsini xahiş edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi, 44 №-li evin, 61 №-li mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İşə əlavə olunmuş “Azəriqaz” İB-nin nümayəndələri və iddiaçı İddiaçı iştirakı ilə tərtib edilmiş ******* №-li 22.09.2021-ci il tarixli aktda göstərilir ki, Ş.Hüseynova məxsus Mingəçevir şəhəri N.Nərimanov küçəsi, 44 №-li evin, 61 №-li mənzilinə quraşdırılmış qaz sayğacı səslə işlədiyi üçün çıxarıldı, yenisi ilə əvəz olundu. İşdə olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 dekabr (il göstərilməmişdir) tarixli ******* №-li aktda qeyd edilmişdir ki, istehlakçı İddiaçı məxsus N.Nərimanov küçəsi, 44 №-li evin, 61 №-li mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirildi, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Xətalar təyin edilə bilmədir. Sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. İtirilmiş qazın həcmi hesablanması və ödənilməsi abonent tərəfindən təmin olunsun. İşdə olan dəymiş ziyanın bərpasına olan 30 dekabr 2021-ci il tarixli tələnamədə göstərilir ki, itirilmiş qazın bərpası üçün hesablanmış 1440 m3 qazın dəyəri ödənilsin. İşdə olan abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı ünvanı olan ünvan 2 il tarixdə quraşdırılmış qaz sayğacına 144.00 manat qalıq borc qeyd edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə müəyyən edildi ki, iddiaçı mənzilinə quraşdırılmış qaz sayğacının səslə işlədiyinə görə dərhal qaz idarəsinə məlumat vermiş, “Azəriqaz” İB-nin əməkdaşları qaz sayğacına baxış keçirmiş, sayğac səslə işlədiyi üçün çıxarılıb götürülmüş, bu barədə “Azəriqaz” İB-nin əməkdaşları iddiaçının iştirakı ilə ******* №-li 22.09.2021-ci il tarixli aktını tərtib etmişlər. Dəymiş ziyanın bərpasına dair tələbnamə ilə itirilmiş qaz 1440 m3 hesablanmış, nəticədə iddiaçıya 144 manat borc yazılmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilir ki, dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı müqavilənin 2.2.5ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) olmuşdur. Halbuki “Azəriqaz” İBnin tərtib etdikləri ******* №-li aktda göstərilir ki, sayğaca baxış zamanı kənar təsir izləri aşkar olunmadı. İddiaçının ünvanına quraşdırılmış sayğacın sökülüb götürülməsinə səbəb səslə işləməsi olmuşdur ki, bu barədə də iddiaçı dərhal qaz idarəsinə məlumat vermişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının adına olan ******* №-li sayğaca hesablanmış 144 manat iddiaçının qaz sərfiyyatına görə yaranmadığına görə iddia təmin olunmalı, 144 manat borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı oğlunun adına qeyd edilmiş abonent kodu **********00610, ******* №-li qaz sayğacına hesablanmış 144 (bir yüz qırx dörd) manat borc silinsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron Kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-813/2022
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-813/2022
21.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver