Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-816/2021 25.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı qızının və onun etibarnamə üzrə nümayəndəsi və vəkili- Fərdi Qaydada fəaliyyət göstərən vəkil X1 İddiaçı qızının cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə və 3-cü şəxs X7, X2 qarşı «Bağışlama müqaviləsinin qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin zəruriliyi olmadan notariat qaydasında təsdiqlənməsi, notariat hərəkətinində aparılması vəzifəsi. Asan Regional Notariat ofisinin üzərinə qoyulmasına» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı qızı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 ona məxsus mülkiyyət hüququ ilə olan 1 otaqlı mənzilin bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı alınmadan vəzifəsi cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, onun xüsusi mülkiyyət hüququ ilə ünvan 1 ünvanında yerləşir. 1 otaqda ibarətdir. O xəstə adamdır və öz mənzilini sağ olarkən qızı X3 bağışlamaq istəyir. Lakin həmin ünvanda qeydiyyatda o olan X7, X8 və bu əməliyyata razılıq vermirlər. O Asan Xidmət Notariat ofisinə müraciət etmişdir. 08.02.2019-cu il tarixdə 172 saylı məktubda ona bildirmişlər ki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən yaşayış evlərinin, mənzillərinin özgəninkiləşdirilməsi haqqında əqdlər təsdiq edilərkən, notarius evlərdə və mənzillərdə yaşayış yeri üzrə daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığını aldıqdan sonra notariat əməliyyatı aparmağı ixtiyarlıdır. O həmin mənzilin mülkiyyətçisidir və həmin mənzilə dair sərəncam vermək hüququ vardır. Cavabdehlərdən həmin mənzildə pasport qeydiyyatındadılar. Onun mənzildə qeydiyyatda olan şəxslərin razılıq verməməsi əsas götürülərək cavabdeh tərəfindən bağışlama müqaviləsinin təsdiq edilməsindən imtina edilməsi onun hüquqlarının pozulmasına səbəb olmuşdur. O Şəki İnzibati-İqtisadi məhkəməyə eyni iddia ilə müraciət etmişdir. X15-İqtisadi məhkəməsinin 23.04.2019-cu il tarixli 2-1(84)-785/2019 nömrəli qərardad ilə iddia mümkün sayılmamışdır. Ona görə də məhkəmədən ünvan 1 ona məxsus mülkiyyət hüququ ilə olan 1 otaqlı mənzilin bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı alınmadan vəzifəsi cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı qızının etibarnamə üzrə nümayəndəsi və vəkili X4 da iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh və 3-cü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdeh və 3-cü tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşə əlavə olunmuş Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X6 arasında nikah 27 may 1986-cı il tarixdə bağlanmışdır. Ərin soyadı arvada verilmişdir. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında 3-cü mərtəbə yerləşən, ümumi sahəsi 30.12 kv.metr, yaşayış sahəsi 16.64 kv.metr və yardımçı sahəsi 13.48 kv.metr olan 1 otaqlı mənzil İddiaçı xüsusi və tam mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrindən 30 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Elxan Hüseynovun 08 fevral 2019-cu il tarixli 172 nömrəli məktubundan görünür ki, Qanunvericiliyin tələbinəuyğun olaraq ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi olmadıqda bağışlama müqaviləsinin rəsmiləşdirilməsi mümkün deyildir. İşə əlavə olunmuş Azərbaycan Respublikası DSX-nın Sərhəd Nəzarətinin 10 iyun 2021-ci il tarixli 33/1935 nömrəli məktubundan görünür ki, İAMAS bazasında çıxan məlumatlara əsasən, X7 16.09.2018-ci il tarixdə X8 isə 15.11.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazi sərhəddini tərk edərək Gürcüstan Respublikasına çıxış etmişlər. İşə əlavə olunmuş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23.04.2019-cu il tarixli 2-1(84)- 785/2019 saylı qərardadından görünür ki, iddiaçı X5 cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə (üçüncü şəxslər: X7, X8) qarşı “ünvan 3 ünvanında ona məxsus mülkiyyət hüququ ilə olan 1 otaqlı mənzilin bağışlanma müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmayan ailə üzvlərinin razılığı alınmadan vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmaması qərar alınmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslıdır. Beləliklə məhkəmə baxışında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. O öz xüsusi mülkiyyətində olan həmin mənzili qızı X3 bağışlamaq istəyir. Bununla bağlı notarial orqana müraciət edilmiş və nəticə də Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Elxan Hüseynovun 08 fevral 2019-cu il tarixli 172 nömrəli məktubu ilə Qanunvericiliyin tələbinə uyğun olaraq ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi olmadıqda bağışlama müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmaması bildirilmiş və bu səbəbdən də Odur ki, onun müraciətindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətçi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-cı maddəsinin mənasından da görünür ki, mülkiyyətçi sağ ikən öz mülkiyyətində olan əmlakı istənilən şəxsə bağışlkaya bilər. Mülkiyyətçi öz mülkiyyətində olan əmlakla bağlı azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öz əmlakı üzərində müstəqil surətdə sərəncam verməsi və özünə məxsus əmlakı hər hansı bir şəxsə hədiyyə verməsi qanunvericiliklə qadağan edilmir və heç bir şəkildə məhdudlaşdırılmır. Belə olan halda məhkəmə hesab edir ki, “notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimatla heç bir şəkildə mülkiyyətçiyə sağlığında öz əmlakına dair sərəncam verməsinə (bağışlamasına, hədiyyə verilməsinə və s.) məhdudiyyət qoyula bilməz. Həmin qaydalar Mülki Məcəllənin tələblərinə zidd ola bilməz. Zidd olduğu halda Mülki Məcəllə qanunvericilik sistemində “notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimata nisbətən üstün hüquqi qüvvəyə malik olduğu üçün hal-hazırki münasibət Mülki Məcəlləyə uyğun tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsız hesab edilməsi ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 1 4 8 - c i m a d d ə s i n i n İ b ə n d i n ə ə s a s ə n Azərbaycan Respublikasının qanunvericilik Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 324.10-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və ünvan 1 ona məxsus mülkiyyət hüququ ilə olan 1 otaqlı mənzilin bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı alınmadan təsdiq edilməsi vəzifəsi cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilməlidir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: ünvan 1 ona məxsus mülkiyyət hüququ ilə olan 1 otaqlı mənzilin bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı alınmadan təsdiq edilməsi vəzifəsi cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-816/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-816/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver