Məhkəmə qərarları › İş №2(051)-83/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-83/2022

09.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-83/2022 09.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs qəyyumluq və himayə orqanının nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi anası X5 08.01.1967-ci ildə anadan olmuşdur. Y.Bayramova xəstədir, ona depressiv-hallusinator paranoid sindrom, arterial hipertenziya diaqnozu qoyulmuşdur. Son 1 ayda 2 dəfə X2 həkim müşahidəsi altında stasionar müalicə alsa da, onun səhhətində yaxşılaşma yoxdur. Ərizəçinin anası Yeganə Bayramova öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir. Hazırda Y.Bayramovanın hüquqlarını həyata keçirmək, onu təmsil etmək üçün üzərində qəyyum təyin olunmalıdır. Ona görə də ərizənin təmin olunmasını, X3 fəaliyyət qəbiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs yanında Qəyyumluq və himayəçilik orqanın nümayəndəsi X1 Yeganə Qurban qızının psixi vəziyyətini nəzərə alıb, qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin nümayəndəsi və vəklini, maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş məhkəmə-psixiatriya ekspertizasının 09 dekabr 2021-ci il tarixli, 756saylı rəyində göstərilir ki, X4 “şizofreniya psixotik pozuntu depressiv sayıqlama sindromu ilə XBT-10 (psixi və davranış pozuntuların beynəlxalq təsnifatı-10-cü baxış) F23.3 və hal-hazırki psixiatrik müayinənin nəticələri öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətinde deyildir. Bununla əlaqədar olaraq X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ekspertiza rəyinə, iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib hesab edir ki, ərizə təmin edilməli, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 08.01.1967-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Mingəçevir şəhəri H.Əliyev protspekti 18 №li evin 1 №li mənzilində qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar