Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-842/2025 30.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir regional «Asan Xidmət» mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Mingəçevir regional «Asan Xidmət» mərkəzində notariat ofisinə qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2006-cı il tarixli, 2v-İ-63 nömrəli qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və onun əsasında verilmiş seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəm iş materialını nəzərdən keçirərkən müəyyən etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X3 adına verilmiş xx.xx.2006cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X1 adına verilmiş Mingəçevir şəhər, N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzilinə aid Seriya MH ******* saylı reyestrdən çıxarışın ləğv edilməsi və Mingəçevir şəhər, N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzilinin ½ hissədə İddiaçı, qalan ½ hissədə X2 paylarının müəyyən olunması və paylara mütənasib surətdə bölünməsi qət edilmişdir. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-2069/2021 saylı qətnaməsindən görünür ki, X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-2675/2018 saylı qətnaməsi tamamilə ləğv edilmiş və yeni qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X1 adına verilmiş Mingəçevir şəhər, N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzilinə aid Seriya MH ******* saylı reyestrdən çıxarışın ləğv edilməsi və Mingəçevir şəhər, N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzilinin ½ hissədə İddiaçı, qalan ½ hissədə X2 paylarının müəyyən olunması və paylara mütənasib surətdə bölünməsi barədə iddia rədd edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2582/2022 saylı qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2069/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. İşə əlavə edilmiş məhkəmə aktlarından görünür ki, hazırki iddiaçının cavabdehə qarşı xx.xx.2006-cı il tarixli, 2v-İ-63 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı vardır. Düzdür hazırki iddia tələbi qeyd olunan şəhadətnamənin ləğv edilməsidir. Bununla belə bu iddia tələbi də eyni əsaslıdır. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarıolduğundan hazırki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. ( MPM 262.4-cü maddə) Eyni zamanda qeyd olunur ki, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM 262.5-ci maddə) Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264 və 266– 268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Mingəçevir regional «Asan Xidmət» mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-842/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-842/2025
30.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver