Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-85/2022 04.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1983-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, onun 05 may 1983-cü il tarixdə anadan olmuş X1 anadan gəlmə əlildir. X4 1983-cü ildən müddətsiz pensiya alır. Danışıq və yerimə qabiliyyəti olmadığı üçün birinci qrup əlildir. X1 xəstəliyi ilə əlaqdar özünü idarə edə bilmir. Doğulduğu gündən anası baxır. İndi anası yaşlı olduğu üçün özü baxır. Hazırda X1nujn fəaliyyət qabiliyyəti olmayan sayılması zərurəti yaranışdır. Ona görə də məhkəmədən qardaşı xx.xx.1983-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPMnin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnmənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1983-cü ildə Kəlbəcər rayonu Zülfüqarlı kəndində doğulmuşdur. İşə əlavə olunmuş Mingəçevir şəhəri Rayonlararası Psixonevriloji Disponser tərəfindən verilmiş 1057 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.2021-ci ildən Mingəçevir şəhəri Rayonlararası Psixonevriloji Disponserdə “çox ağır əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır. İşə əlavə olunmuş AR Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Disponser tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 564 saylı rəyindən görünür ki, X4 uşaqlıqdan ağır dərəcəli əqli gerilik avranış pozuntuları uşaq serebral iflicinin davamlı qalıq əlamətləri ilə xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəktələrini idarə etmək qabiliyyətində deyildir. Məhkəmə iclasında X2 Ərizəçi qardaşı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını, başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə X2 xəstə olmasını, onun daim kənar şəxsin köməyinə ehtiyacının olmasını və ekspertiza rəyini və onun ruhi xəstəliyə məruz qalmasını nəzərə alıb məhkəmə hesab edir ki, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, qətetdi: Ərizəçinin tələbi təmin edilsin. xx.xx.1983-cü ildə Kəlbəcər rayonu, Zülfüqarlı kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-85/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-85/2022
04.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver