Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-857/2023 23.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh1 nümayəndəsi,vəkili Vəkil, Cavabdeh2 qəyyumu X10 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı qanun üzrə vərəsələrin miras payının müəyyən edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı qanun üzrə vərəsələrin miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət etmişlər. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, atası X14 ilə anası X2 birgə nikahlarından altı nəfər uşaqalrı olmuşdur- o, bacıları Yeganə, Mətanət, Afət, qardaşları Sarvan və Bəxtiya Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən 7 №-li evin 45 №-li mənzili anası X2 mülkiyyətində olmuşdur. Anası R.Kərimova 28 sentyabr 2010-cu ildə, atası V.Kərimov 28 iyun 2013-cü ildə vəfat etmişlər. Ş.İ.Xətai küçəsində yerləşən 7 №-li evin 45 №-li mənzili anasından miras qalmışdır. Anasının ölümündən sonra həmin mənzildə atası və qardaşları Cavabdeh2, Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşamışlar. Atasının ölümündən sonra və hal-hazırda da anasından miras qalmış mənzildə qardaşı Bəxtiyar və digər qardaşı Sarvan öz ailələri ilə birlikdə yaşayırlar. O və bacıları ailə qurmuş, hər biri ayrılıqda başqa ünvanlarda yaşayırlar. Anasının ölümündən sonra miras mənzildə yaşamamışlar, həmin mənzildə qeydiyyatda yoxdurlar. 2022-ci ilin noyabr ayında analarından qalmış mirasın qəbulu ilə əlaqədar “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişlər, onlara məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Bacılar belə fikirləşdilər ki, analarından miras qalmış mənzildə qardaşları yaşayırlar, elə mənzil də onlara verilsin. Ona görə də əvvəl mirasın qəbulu ilə əlaqədar notariat ofisinə müraciət etməmişlər. Sonra getdikcə qardaşların ailə üzvləri arasında söz-söhbət yaranmağa başladığına görə belə qərara gəldilər ki, sənədləşdirmə aparıb mənzili satsınlar, əldə olunmuş vəsait də qardaşlar arasında bölünsün ki, hər biri ayrı-ayrılıqda özlərini mənzillə təmin etsinlər. Qardaşı Bəxtiyar xəstədir, ona görə də ona arvadı X18 qəyyum təyin edilmişdir. Qardaşı Sarvan təklif etmişdir ki, mənzil tamamilə onun adına sənədləşdirilsin, sonra mənzili satıb əldə edilmiş vəsaiti iki qardaş aralarında bölərlər. Lakin qardaşı Bəxtiyarın qəyyumu V.Kərimova mənzili Sarvanın adına sənədləşdirilməsinə razı deyil. Ona görə də belə qərara gəldilər ki, mirasın vərəsələr arasında bölünməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etsinlər. İddianın təmin olunmasını, anasından miras qalmış Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən 7 №-li evin 45 №-li mənzilin hər birinə altıda bir hissə olmaqla onun və digər iddiaçılar İddiaçı2, İddiaçı3, X3 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər iddiaçılar İddiaçı2, İddiaçı3 da məhkəmə iclasında İddiaçı1 izhatına uyğun izahat verərək, iddianın təmin olunmasını, analarından miras qalmış Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 7 №-li evin 45 №-li mənzilin vərəsələrin hər birinin altıda bir hissədə miras payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh1 nümayəndəsi,vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 7 №-li evin 45 №-li mənzili tərəflərin anasından miras qalmışdır. Cavabdeh1 anasından qalmış mirasın vərəsələr arasında bərabər olaraq, hər birinə altıda bir hissədə bölünməsinə razıdır. Odur ki, iddianın təmin olunmasına etiraz etmir. Cavabdeh2 qəyyumu X18 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh2 onun əridir. Bəxtiyar uzun müddətdir ki, baş beyinin xəstəliyi nəticəsində yaranan şəxsiyyət və davranış pozuntusu diaqnozu ilə xəstədir. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir, qəyyumluq və himayəçilik orqanı tərəfindən isə o, Cavabdeh2 üzərində qəyyum təyin edilmişdir. X5 miras qalmış Ş.İ.Xətai küçəsi 7 №-li evin 45 №-li mənzilində qaynı Cavabdeh1 ailəsi ilə və Cavabdeh2 ailəsi ilə birlikdə yaşamışlar, hazırda da həmin mənzildə onlar yaşayırlar, iddiaçılar miras mənzildə yaşamamışlar, onların həmin mənzildə hər hansı bir əşyaları yoxdur, ya da qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı notariata müraciət etməmişlər. Cavabdeh1 iddianı qəbul etməkdə, mirasın altı nəfər arasında bölünməsinə razı olmaqla məqsədi iddiaçılarla razılığa gələrək mirası faktiki qəbul etmiş vərəsə Cavabdeh2 miras payını azaltmaq, sonra iddiaçıların öz paylarının da ona verməkdir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan Qeydiyyat vəsiqəsindən görünür ki, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 7 №-li evin 45 №-li mənzili 07 fevral 2005-ci ildə mülkiyyət hüququ əsasında X2 adına qeydə alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 28 sentyabr 2010-cu il ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 28 iyun 2013-cü il ildə vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1965-ci il təvəllüdlü X8, xx.xx.1968-ci il təvəllüdlü X11, xx.xx.1963-cü il təvəllüdlü X12, xx.xx.1980-ci il təvəllüdlü X9 atası X15, anası X4r. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3 verilmiş 2377, 2378, 2380 №-li 27 noyabr 2022-ci il tarixli cavab məktublarından görünür ki, onlara anaları X1 qalmış miras əmlaka vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/Q- 686/15 №-li arayışdan görünür ki, xx.xx.1936-cı ildə Ağdaş rayonu Hacıllı kəndində anadan olmuş X6 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 23 dekabr 2021-ci ilədək aparılmış, arvadı xx.xx.1943-ci il təvəllüdlü X7, oğlu xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1, qızı xx.xx.1968-ci il təvəllüdlü X11, qızı xx.xx.1963-cü il təvəllüdlü X12, xx.xx.1965-ci il təvəllüdlü X8, xx.xx.1980-ci il təvəllüdlü X17 və oğlu xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2 olması barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/Q- 690/15 №-li arayışdan görünür ki, xx.xx.1943-cü ildə Ağdaş rayonu Nemətabad kəndində anadan olmuş X7 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 15 dekabr 2021-ci ilədək aparılmış, əri xx.xx.1936-cı il təvəllüdlü X14, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1, qızı xx.xx.1968-ci il təvəllüdlü X11, qızı xx.xx.1963-cü il təvəllüdlü X12, xx.xx.1965-ci il təvəllüdlü X8, xx.xx.1980-ci il təvəllüdlü X17 və oğlu xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2 olması barədə məlumatlar aşkar edilmişdir. Təqdim edilmiş sənədlərlə müəyyən edildi ki, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 7 №-li evin 45 №-li mənzili X2 mülkiyyətində olmuşdur. X7 xx.xx.2010-cu ildə vəfat etmişdir. İş materiallarından görünür ki, iddiaçılar X13, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras qoyan X2 birinci növbəli vərəsələridilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən qanunvericilik normalarından göründüyü kimi vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Ya mirasını açılması, ya şəxsin vərəsəlik hüququ əldə etməsi, ya da onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız mirası əldə etmək imkanı verir. Hər hansı bir şəxs tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və ya hərəkətləri ilə nümayiş etdirsin. Mirası qəbul etmə qanunvericilikdə nəzərdə tutulduğu qaydada, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirilir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçılar əmlaka sahiblik etməklə, əmlakı idarə etməklə mirası ya faktiki olaraq qəbul etməmişlər, ya da qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul etdikləri barədə notariata müraciət etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Cavabdeh1 nümayəndəsi,vəkili məhkəmə iclasında iddianı etiraf edərək mirasın altı nəfər vərəsə arasında altıda bir hissədə bölünməsinə razı olduğunu bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddianı etiaf etməsi məqsədli xarakter daşıyır, məqsəd digər cavabdeh olan vərəsə Cavabdeh2 miras payının azadılmasıdır. Ona görə də Cavabdeh1 etirafını məhkəmə təsdiq etmir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payının müəyyən edilməsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-857/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-857/2023
23.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver