Məhkəmə qərarları › İş №2(051)-868/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-868/2022

14.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-868/2022 14.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh «Azəriqaz» İsehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh «Azəriqaz» İsehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsini Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət etmədən vermişdir. İddiaçı iddia ərizəsini yazarkən özünün şəxsin eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) ərizəyə daxil etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı sübut qismində işə əlavə etdiyi sənədlərin surətlərini notarial qaydada təsdiq etmədən məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Ona görə də iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsində göstərilmişdir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152.1, 152.1.6, 152.2-152.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh «Azəriqaz» İsehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar