Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-883/2020 17.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi,Vəkil iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «Mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, əşyaları ilə birgə mənzildən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 manat miqdarda kompensasiya verilməklə, onun mülkiyyətində olan, Mingəçevir şəhərininY.Mansurov küçəsindəki, 15 saylı evin 25 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh uşağı ilə birlikdə, və ona məxsus əşyaların həmin evdən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin aratırılması barədə ərizə ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh Mingəçevir şəhərinin Y.Mansurov küçəsindəki, 15 saylı evin 25 saylı mənzilndən 8000 manat miqdarında kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, Cavabdeh uşağı xx xxxxxx 2013-cü il təvəllüdlü Yusifilə birlikdə və ona məxsus əşyaların həmin evdən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hüç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhərinin Şəhriyar küçəsindəki 15 saylı evin 25 saylı mənzili xx xxxx 2020-ci ildən oun mülkiyyətindədir. Həmin mənzili o, mənzildə orderdə adları olan ailə üzvlərinin razılığ ilə özəlləşdirmişdir. Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh oğlu Elnurla xx xxxxx 2012-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Fəxriyyə onun mənzilində xx xxxxxxxx 2013-cü ildə qeydiyyatdadır. Onaların birgə nikahlarından xx xxxxxx 2013-cü il təvəllüdlü Yusif adlı uşaqları doğulmuşdur. Özü cavabdehin təhdidləri ucbatında öz mənzilində yaşaya bilmir. Hazırda mənzildə Cavabdeh və uşağı ilə birlikdə yaşayır. Özü isə qızlarının yanında yaşayır. Ona görə dəCavabdeh 8000 manat miqdarda kompensasiya verilməklə, onun mülkiyyətində olan, Mingəçevir şəhərinin Y.Mansurov küçəsindəki 15 saylı evin 25 saylı mənzilinə istifadə hüququna xitam verilməsi, Cavabdeh uşağı xx xxxxxx 2013-cü il təvəllüdlü Yusif ilə birlikdə həmin evdən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmişçıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Y.Mansurov küçəsindəki 15 saylı evin 25 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı adına xx xxxx 2020-ci ildə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Abdullayev X1 şəhəri Y.Mansurov küçəsindəki 15 saylı evin 25 saylı mənzilində qeydiyyatdadır. Məhkəməyə təqdim olunmuş «xxxxx» MMC-nin xx xxxxxx 2020-ci il tarixli, 71 saylı rəyində göstərilmişdir ki, hal-hazırda ünvan 1 mənzil 25 ünvanında 5 mərtəbəli binanın 3cü mərtəbəsində 4 (dörd) otaqlı, boş vəziyyətdə (əşyasız), təmirsiz mənzilin hal hazırda kirayə qiyməti 100 manat dəyərindədir. ünvan 2 mənzil 25 ünvanında 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 4 (dörd) otaqlı, boş vəziyyətdə (əşyasız), orta təmirli mənzilin hal hazırda kirayə qiyməti 100 manat dəyərindədir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnaməçıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsinə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmaqla iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iddiaçı Cavabdeh mübahisəli evdən istifadə hüququ olduğunu etiraf edir. Məhkəmə də Cavabdeh mübahisəli evdən istifadə hüququnun olduğu qənaətinə gəlir. Bu halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinəəsasən iddiaçının Cavabdeh kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etmək hüququ vardır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxxx 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəüstünlüyünəüçüncüşəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi adıçəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Bu meyarlar kimi məhkəmə hesab edir ki, mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olubolmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. çıxış edə bilər. Sadalanan hallara əsasən araşdırma aparılarkən məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh mülkiyyətçinin keçmiş gəlinidir. Lakin aralarında olan münasibətlər münaqişəlidir və bir-birinə qarşı barışmaz mövqedədirlər. Cavabdehin mənzildə yaşamaqda davam etməsi mülkiyyətçinin mülkiyyətindən dinc istifadəsinə əngəl törədəcəkdir. Yuxarıda qeyd olunan xüsusatlar baxımından məhkəmə hesab edir ki, mülkiyyətçinin mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 8000 manat məbləğdə kompensasiya onun davamlı sürətdə və müəyyən müddət daxilində, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsində olmuşşəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı verir və cavabdehin evdən istifadə hüququnun itirilməsi üçün yetərlidir. Həmçinin iddia tələbi mülkiyyət hüququ ilə bağlı qanunvericiliyin müddəaları baxımından əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddədə sərəncam hüququnun mahiyyəti açıqlanaraq göstərilir ki, sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Lakin məhkəmə iddia tələbinin cavabdehə məxsus əşyaların mənzildən çıxarılmasına dair hissəsinin təmin olunmaması qənaətindədir. Çünki iddiaçı bu barədə məhkəməyə heç bir əsaslı sübut təqdim etməmişdir. Ona görə də, iddi tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8000 manat miqdarda kompensasiya verilməklə, onun və azyaşlı övladı xx xxxxxx 2013-cü il təvəllüdlü Yusifin İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhərinin Y.Mansurov küçəsi, 15 saylı evin 25 saylı mənzildən istifadə hüququna xitam verilsin. Cavabdeh və azyaşlı uşağı xx xxxxxx 2013-cü il təvəllüdlü Yusif ilə birlikdə Mingəçevir şəhərinin Y.Mansurov küçəsi, 15 saylı evin 25 saylı mənzildən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Mirzəliyev Hüseyn.
Məhkəmə qərarları › İş №2(051)-883/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-883/2020
17.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver