Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-89/2022 04.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi və Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi X2 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X6 ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2002-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X6 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2002-ci ildə Mingəçevir şəhərində doğulmuş X3 onun oğludur. Oğlu xx.xx.2008-ci ildən “Orta dərəcəli əqli gerilik, Qulluq və müddətli tələb edən ciddi davranış pozuntusu diaqnozu ilə xəstədir. Nurlanın qulluğa və köməyə ehtiyacı vardır. Keçmiş əri Ramin Abdurahmanov ilə nikahları pozulduqda o, Nurlana tək baxıb. Nurlan özünü idarə edə bilmir. Yəni hərəkətlərinin mahiyyətini anlamır. Ona daim qulluq lazımdır. Nurlan özünə və kənar şəxslərə zərər yetirməməsi üçün daim onun yanında olurlar. Onun hüquqlarını həyata keçirmək və müəyyən məsələlərin həlli üçün qəyyum təyin olunması lazımdır. Ona görə də məhkəmədən xx.xx.2002ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Mingəçevir şəhər İcra Hakmiyyəti Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPMnin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. İşdə olan Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X5 arasındakı nikah 20 oktyabr 2009-cu ildə pozulmuş və nikahın pozulması haqqında şəhadətnamə 145 nömrəli ilə qeyd edilmişdir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2002-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşə əlavə olunmuş Mingəçevir şəhəri Rayonlararası Psixonevriloji Disponser tərəfindən verilmiş 1178 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.2008-cü ildən Mingəçevir şəhəri Rayonlararası Psixonevriloji Disponserdə “Orta dərəcəli əqli gerilik Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu ilə qeydiyyatdadır. İşə əlavə olunmuş AR Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Disponser tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 84 saylı rəyindən görünür ki, X3 uşaqlıqdan orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkəıtlərini idarə etmək qabiliyyətində deyildir. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X3 onda müəyyən edilən “Orta dərəcəli əqli gerilik Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında X2 X1 oğlu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını, başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə X1 xəstə olmasını, onun daim kənar şəxsin köməyinə ehtiyacının olmasını və ekspertiza rəyini və onun ruhi xəstəliyə məruz qalmasını nəzərə alıb məhkəmə hesab edir ki, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, qətetdi: Ərizəçinin tələbi təmin edilsin. xx.xx.2002-ci ildə Mingəçevir şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-89/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-89/2022
04.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver