Məhkəmə qərarları › İş №2(051)-919/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-919/2025

08.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-919/2025 08.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanı) fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, bacısı xx.xx.1973-cü il tarixdə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X9 onun doğma bacısıdır. O, xx.xx.1973cü il tarixdə doğulmuşdur. X12 şəhər Rayonlararası Psixonevroloji Dispanserində “şizofreniya əlamətləri ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntu” diaqnozu ilə uçotdadır. Mingəçevir şəhər HOEK tərəfindən ümumi xəstəlikdən 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Bacısı ağır xəstəlikdən əziyyət çəkir. Onun müalicəsi də yoxdur. O öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir. Bunu qonşuları da təsdiq edə bilərlər. Həmçinin o, hazırda da müalicə olunur. O hərəkətlərinə cavabdehlik daşımır. Hesab edir ki, onun işlərini idarə etmək üçün ona qəyyum təyin olunmalıdır. Bacısı Zahidə isə xəstə olduğundan onun edəcəyi hər bir hərəkət etibarsız sayılır və buna görə onlar bilavasitə məsuliyyət daşıyacaqlar. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi və Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil əvvəl iştirak etdiyi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat vermiş və bildirmişdir ki, ərizəçinin bacısı X9 xx.xx.1973-cü il tarixdə doğulmuşdur. X12 şəhər Rayonlararası Psixonevroloji Dispanserində “şizofreniya əlamətləri ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntu” diaqnozu ilə uçotdadır. O öz hərəkətinin mahiyyətini anlamır. O öz hərəkətlərini idarə edə bilmir və və cavabdehlik daşımır. Odur ki, izahatında göstərilən halların nəzərə alınması və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni, ekspert rəyini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1974-cü il tarixdə doğulmuş Ərizəçi atası X11, anası X4r. İşdə olan “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə doğulmuş X6 atası X11, anası X4r. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən verilmiş tibbi-sosial komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür görünür ki, xx.xx.1973-cü il tarixdə doğulmuş X8 “şizofreniya əlamətləri ilə müşahidə olunan kəskin polimorf psixiatrik pozuntu, şizofreniya əlamətləri ilə müşayiət olunan kəskin polimorf psixiotik pozuntu, davranış pozuntuları ilə gedən uzun müddətli davamlı psixiotik hallar, enurez və enkoprez, şəxsin fiziki və psixi tənəzzülü və marazm vəziyyəti ilə müddətsiz birinci dərəcəli əlillik verilmişdir. İşdə olan Mingəçevir Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, №560 arayışdan görünür ki, xx.xx.1973-cü il tarixdə doğulmuş X9 xx.xx.2017-ci il tarixdən “şizofreniya əlamətləri ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntu, marazm vəziyyəti” ilə psixiatrik müşahidəyə götürülüb. Kənar şəxsin daimi köməyinə və qulluğuna ehtiyacı vardır. İşdə olan “Məhkəmə-X5” X17 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 689 saylı rəydən görünür ki, X7 “şizofreniya paranoid formada psixi qüsur halı formasında xroniki psixi xəstəlik” diaqnozu aşkar olunmuşdur. X9 öz hərəkətinin mənasını başa düşmək, onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də, X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin xx.xx.1973-cü il tarixdə doğulmuş bacısı X9 “şizofreniya əlamətləri ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntu, marazm vəziyyəti” diaqnozu ilə psixiatrik müşahidə altında olmuşdur. Həmin xəstəliyi keçirdiyindən hazırda öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Ona görə də onun xüsusi qulluğa ehtiyacı vardır. X3 öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından, ərizəçi tərəfindən ona daim qulluq və qayğı göstərilir. Bu hallar, yəni X6 fəaliyyət qabiliyyətli olmaması hesab edilməsi “Məhkəmə-X5” X17 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 689 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçinin oğlu X1 onun fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, ərizəçinin oğlu X9 öz hərəkətlərinin mənasını başa düşməməsi ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki ərizənin təmin edilməsinə əsaslar olduğundan, ərizəçinin bacısı X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1973-cü il tarixdə doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar