Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-932/2021 23.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi. İddiaçı, vəkili X6, cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə qarşı bağışlama müqaviləsinin qeydiyyata olan yetkinlik yaşına çatmış ailə üzvlərinin zəruriliyi olmadan notariat qaydasında təsdiqlənməsi, notariat hərəkətlərin aparılması vəzifəsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə” qarşı müqavilənin bağlanması zərurəti ilə əlaqədar yaranan öhdəliyin yerinə yetirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiasını Mingəçevir şəhəri R.Rza küçəsindəki 25 №li evin ümumi paylı mülkiyyətində olan 39 №li mənzilin ona düşən ½ hissəsinin qızı X2 bağışlamaq istəməsi, lakin həmi mənzilin digər ½ hissəsinə pay sahibi olan X7 qızının notariat qaydasında bağışlama müqaviləsinin bağlanılmasına razılıq verməməsi səbəbindən notariusun bağışlanma müqaviləsini rəsmiləşdirməkdən əsassız olaraq imtina etməsi ilə əsalandırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə etdi və əlavə olaraq izahat verərək bildirdi ki, yaşlı və xəstə olduğunu nəzərə alaraq paylı mülkiyyətdə mənzildəki payını sağlığında öz qızına bağışlamaq istəyir. Bu məqsədlə o, Mingəçevir şəhər Asan xidmətində fəaliyyət göstərən notariat ofisinə müraciət etmişdir. Cavabdeh notariat ofisi 05.04.2021-ci il tarixli məktubla “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 49-cu bəndini əsas götürərək bağışlama müqaviləsini rəsmiləşdirməkdən imtina etmişdir. Cavabdeh qeyd etmişdir ki, həmin qaydaların 49-cu bəndinin tələbinə görə yaşayış evləri, mənzillər özgəninkiləşdirilərkən orada qeydiyyatda olan ailə üzvlərinin razılığı tələb edilir. Hesab edir ki, cavabdeh Mingəçevir Asan xidməti notariat ofisinin və paylı mülkiyyətin digər mülkiyyətçisi O.Q.Abakarovanın bağışlama müqaviləsinin maneə yaratmaları, notariusun bundan imtina etməsi tamamilə qanunsuz və əsassızdır. İddianın təmin olunmasını xahiş edir. İddiaçının vəkili X6 da notariusun bağışlama müqaviləsini təsdiq etməkdən imtinasını, eləcə də digər payçının hərəkətlərini qanunsuz hesab edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzinə məlumat verilmiş, lakin notariat ofisinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmadı. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə baxışı zamanı izahat verən cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 bildirdi ki, İddiaçı onun keçmiş həyat yoldaşıdır. Cavabdehin öz payını bağışlamaq istədiyi X4 isə onların birgə nikahdan olan qızlarıdır. Baxmayaraq ki, Sevinc onların birgə nikahdan olan qızlarıdır o, cavabdehə paylı mülkiyyətdə olan payın qızlarına bağışlanmasına razılıq vermir. Ona görə ki, hesab edir ki, iddiaçı mənzilə olan həmin paydan əlavə pay verməlidir. Məhkəmə işin materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 21.02.2020-ci il tarixli “Çıxarış”dan görünür ki, Mingəçevir şəhəri R.Rza küçəsi 25 №li evin 39 №li mənzili İddiaçı ilə X1 hər birinin ½ hissə olmaqla paylı mülkiyyətlərindədir. İşdə olan Ədliyyə Nazirliyi “X8 Xidmət” mərkəzində notariat ofisinin 05.2021-ci il tarixli 514 №li məktubunda iddiaçıya imtina olaraq notariat hərəkətlərinin aparılması qaydalarının 49-cu bəndinə istinad edilir və göstərilir ki, evlərin, mənzillərin özgəninkiləşdirilməsi üçün orada qeydiyyatda olan ailə üzvlərinin razılığı olmalıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 A.H.Abakarovla O.Q.Abakarovun birgə nikahlarından anadan olmuşdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında məhkəməyə təqdim edilmiş arayışdan məlum olur ki, Mingəçevir şəhəri R.Rza küçəsi 25 №li evi 39№ li mənzilində ailə üzvü olmayan 6 nəfər qeydiyyatdadır. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd inzibati ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş arayışla İddiaçı Zaqatala rayonun Muxax kəndində yaşadığı təsdiq edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən iddiaçı H.İddiaçı mülkiyyət üzərində sərəncam vermək hüququ pozulmuşdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən sərəncam hüququ - mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin imtina məktubunda qeyd etdiyi “Notariat hərəkətlərinin aparılması Qaydaları”nın 9-cu bəndi evdə və mənzildə yaşayan ailə üzvlərinə aiddir. O.Q.Abakərova hazırda İddiaçı ailə üzvü deyildir. Ona görə də iddiaçı digər payı O.Abakarovanın razılığı olmadan da öz payını bağışlaya bilər. Məhkəmə iddia ərizəsində göstərilmiş digər 3-cü şəxslərə münasibətdə qeyd edir ki, onlar nə mülkiyyətçinin ailə üzvləri, nə də paylı mülkiyyətçidirlər. Buna baxmayaraq məhkəmə tərəfindən onlar məhkəmə baxışına dəvət edilmişlər, lakin onlar məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Mingəçevir şəhəri R.Rza küçəsi 25 №li evin 39 №li mənzilin ½ hissəsinə mülkiyyət hüququ olan İddiaçı X3 və qeyrilərinin razılığı olmadan öz payının bağışlanmasına dair notariat əməliyyatının aparılması cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin olunsun. Mingəçevir şəhər R.Rza küçəsi 25 №li evin 39 №li mənzilin ½ hissəsinə mülkiyyət hüququ olan İddiaçı X3 və qeyrilərinin razılığı olmadan öz payının bağışlanmasına dair notariat əməliyyatının aparılması cavabdeh Mingəçevir “Asan Xidmət” mərkəzində notariat ofisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-932/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-932/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver