Məhkəmə qərarları › İş №2(051)-933/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-933/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-933/2021 29.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-nə qızına qarşı bağlanmış müqavilə ilə öhdəliyin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizəsinə baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-nə qızına qarşı bağlanmış müqavilə ilə öhdəliyin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək iddia ərizəsinin qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı ərizəsinin qaytarılması barədə məhkəməyə ərizə verdiyinə, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı İddiaçı Cavabdeh ASC-nə qızına qarşı bağlanmış müqavilə ilə öhdəliyin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar