Məhkəmə qərarları › İş №2(051)-94/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-94/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-94/2021 05.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx xxxxxxxx 2018-ci il tarixli, 136758/18 saylı Lizinq Müqaviləsinin ləğvi, Lizinq obyektinin qaytarılması və hesablanmış lizinq ödənişlərinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx xxxxxxxx 2018ci il tarixli, 136758/18 saylı Lizinq Müqaviləsinin ləğvi, Lizinq obyektinin qaytarılması və hesablanmış lizinq ödənişlərinin və cərimənin ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı BOKT MMC məhkəmə iclası zamanı məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, hazırda iddiasına mahiyyəti üzrə baxılmasını tələb etmir. Odur ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının ərizəsi əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla həmin mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin qaytarılmasını tələb edir, işə baxılmasına təkid etmir. Cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Tərəflərin bu hərəkətlərində qanuna zidd hal yoxdur və bu hər hansı üçüncü şəxsin mənafeyinə qarşı yönəlməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx xxxxxxxx 2018-ci il tarixli, 136758/18 saylı Lizinq Müqaviləsinin ləğvi, Lizinq obyektinin qaytarılması və hesablanmış lizinq ödənişlərinin və cərimənin ödənilməsi tələbinə dair iddiası, iddiaçının ərizəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində nəzərdə tutulan əsasla baxılmamış saxlanmalıdır. Ekspertiza xərci 145(bir yüz qırx beş manat) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx xxxxxxxx 2018-ci il tarixli, 136758/18 saylı Lizinq Müqaviləsinin ləğvi, Lizinq obyektinin qaytarılması və hesablanmış lizinq ödənişlərinin və cərimənin ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlansın. İş üzrə ekspertiza xərci olan 145 (bir yüz qırx beş ) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin. Büdcə təsnifatının kodu: 142595 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət Xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar