Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-941/2022 09.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi, onun vəkili Vəkil, Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X4 iştirakı ilə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, 29 mart 1971-ci il təvəllüdlü X2 onun qardaşıdır. Qardaşı ağır xəstədir və Gəncə şəhər X7 müalicə alır. Xəstə olduğu halda X3 ilə nikaha girmişdir. Sonradan onların nikahına xitam verilmişdir. Mətləb İsmayılov öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir. Həmçinin, hazırda da müalicə olunur. Ona görə də ərizənin təmin olunmasını, qardaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi vəkili Vəkil ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qəyyumluq və himayəçilik orqanın nümayəndəsi X5 ekspertiza rəyini nəzərə alıb, qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Asan-Mingəçevir tərəfindən verilmiş ******* №-li xx.xx.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi qardaşı X2 və digər şəxslərlə birlikdə 31 mart 2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 353475 saylı, 04 mart 2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X3 arasındakı nikah 04 mart 2021-ci il tarixdə ləğv edilmişdir. İşdə olan Mingəçevir Psixo-nevroloji Dispanserindən verilmiş 19/88-174 saylı, 12 iyul 1988-ci il tarixli ambulator xəstənin tibbi kitabçasından görünür ki, X2 12 iyul 1988-ci il tarixdə Mingəçevir Psixo-nevroloji Dispanserində həkim psixiatr tərəfindən müayinə olunaraq “əqli gerilik, debillik dərəcəsində, davranış pozğunluqları” diaqnozu ilə qeydiyyata götürülmüşdür. İşə əlavə edilmiş Gəncə şəhər psixonevroloji dispanserin məhkəmə-psixiatriya komissiyasının 17 iyun 2022-ci il tarixli 115 №-li rəyində göstərilir ki, X2 yüngül dərəcəli əqli gerilik (ifadə olunmuş debillik dərəcəsində), davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib belə hesab edir ki, ərizə təmin edilməli, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. 29 mart 1971-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-941/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-941/2022
09.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver