Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-958/2025 03.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli, 302 saylı qərarı ilə ünvan 1 ünvanında yerləşən mənzilə Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 10363 saylı, xx.xx.1981-ci il tarixli orderin ona məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, atası X4 Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli, 302 saylı qərarı ilə ünvan 1 ünvanında yerləşən mənzil verilmiş və Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş hüquqmüəyyənedici sənəd hesab edilən 10363 saylı, xx.xx.1981-ci il tarixli orderdə ailə üzvləri kimi arvadı Binnətəliyeva Həmayə, oğulları Binnətəliyev Siyavuş və Süleymanov Anar qeyd edilmişdir. X1 vəfat etdiyindən yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi məqsədilə Maraqlı şəxsnə müraciət edildiyində, Ərizəçi şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi ilə hüquqmüəyyənedici sənəd hesab edilən orderdə göstərilən Süleymanov Anar adı ilə uyğunsuzluq yaranması müəyyən edilmişdir. Uyğunsuzluğun səbəbi anası Həmayənin nikahaqədərki soyadı olan Süleymanova nəzərə alınaraq Süleymanov Anar qeyd edilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclası zamanı ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçi onun oğludur. Nikahaqədərki soyadı Süleymanova olmuş, nikah bağlanandan sonra ona Binnətəliyeva soyadı verilmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, işdə olan Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş 10363 saylı, xx.xx.1981-ci il tarixli orderin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli, 302 saylı qərarı ilə ünvan 1 ünvanında yerləşən mənzil X4 verilmiş və orderdə ailə üzvləri kimi arvadı Binnətəliyeva Həmayə, oğulları Binnətəliyev Siyavuş və Süleymanov Anar qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi X1 adına Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 24 noyabr 1981-ci il tarixli 302№li qərarı ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 10363 saylı orderdə ailə üzvləri siyahısında Binnətəliyevin soyadının Süleymanov yazıldığına görə orderə düzəliş edilib Binnətəliyev yazılmasına köməklik göstərilməsi barədə şəhər İcra Hakimiyyətinə yazılmış xx.xx.2025-ci il tarixli məktuba baxılmış, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan başqa qeyd edilmişdir ki, 2009-cu il oktyabr ayının 1-dən etibarən yerli İcra Hakimiyyətləri tərəfindən mənzillərə orderlərin verilməsi dayandırılmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1980-ci il tarixdə doğulmuş Ərizəçi anası X3, atası X5r. İşdə olan AZE seriyalı №******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Ermənistan SSR-nin, Krasnoselsk rayonunda doğulmuşdur. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 arasında xx.xx.1981-ci il tarixdə rəsmi nikah bağlanmış və həmin nikah 137 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Binnətəliyeva” soyadı verilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli, 302 saylı qərarı ilə ünvan 1 ünvanında yerləşən mənzil X4 verilmiş və Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş 10363 saylı, xx.xx.1981-ci il tarixli orderdə ailə üzvləri kimi arvadı, Binnətəliyeva Həmayə, oğulları Binnətəliyev Siyavuş və “Süleymanov Anar” qeyd edilmişdir. Lakin həmin sənəddə Ərizəçi soyadı “Binnətəliyev” olduğu halda, səhvən “Süleymanov” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki soyadı uyğunsuzluğu səbəbindən sözügedən mənzilə dair hüquqmüəyyənedici sənədlər ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli, 302 saylı qərarı ilə Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş 10363 saylı, xx.xx.1981-ci il tarixli order əsasında ünvan 1 ünvanında yerləşən mənzil digər subyektlərlə yanaşı, həmçinin Ərizəçi da məxsusdur, həmin sənəddə yazılmış “Süleymanov Anar” adı “Ərizəçi” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən mənzilə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli, 302 saylı qərarı ilə Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş 10363 saylı, xx.xx.1981-ci il tarixli order hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş materialları ilə müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli, 302 saylı qərarı ilə Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş 10363 saylı, xx.xx.1981-ci il tarixli orderin özünə məxsus olması faktını məhkəmədən kənar qaydada əldə etməsi imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli, 302 saylı qərarı ilə Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş, 10363 nömrəli, xx.xx.1981-ci il tarixli orderin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-958/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-958/2025
03.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver