Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-963/2025 29.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (Üçüncü şəxs: Mİngəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi) “iddiaçının və cavabdehlərin miras paylarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “iddiaçının və cavabdehlərin miras paylarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhərinin A.Məmmədov küçəsində yerləşən 8/2 saylı evin 32 saylı mənzilinin iddiaçının və cavabdehlərin miras paylarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 05 aprel 1974-cü il tarixdə X10 ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından onların 16 iyun 1973-cü il tarixdə Rahib, xx xxxx 1974-cü il tarixdə Raqil və xx xxxxxxxx 1976-ci il tarixdə Ruslan adlı uşaqları doğulmuşdur. Mərhum ərinin 1-ci ailəsindən xx xxx 1965-ci il tarixdə Raquf, xx xxxxxx 1968-ci il tarixdə Dilarə və 23 mart 1970-ci il tarixdə Roman adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 06 yanvar 2009-cu il tarixli, 2(051)- 29/2009 saylı qətnaməsinə əsasən X34 oglu 15 may 1992-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Mingəçevir şəhərinin A.Məmmədov küçəsində yerləşən 8/2 saylı evin 32 saylı mənzili mərhum əri X6 mülkiyyətində olmuşdur. X37 16 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Yuxarıda qeyd olunan mənzil mərhum ərindən miras qalmışdır. Bundan sonra o və uşaqları ərindən miras qalmış mənzili faktiki olaraq qəbul etmişlər. O, ərindən miras qalmış mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Mingəçevir regional "Asan Xidmət" mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Lakin, mərhum ərinin birinci ailədən olan uşaqları mirasın bölüşdürülməsi ilə bağlı mübahisə yaratdığına görə Mingəçevir regional "Asan Xidmət" mərkəzində Notariat Ofisinin xüsusi Notariusu miras əmlak olan mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmiş və ona məhkəməyə müraciət etməli olduğu tövsiyyə edilmişdir. O da buna görə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası bildirmişdir ki, onun da bu ev üzərində payı vardır. Belə ki, öz payının verilməsini istəyir. 2015-ci ilə kimi həmin mənzildə yaşamış, sonradan kirayə mənzilə köçmüşdür. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, 2005-ci il tarixinə kimi həmin mənzildə yaşamış, sonradan kirayə mənzilə köçmüşdür. Hazırda öz payına düşən hissənin anasına verilməsini xahiş edir. Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 əvvəllər iştirak etdiyi məhkəmə iclası zamanı bildirmişdir ki, Raquf 2003-cü il tarixdə həmin evdən qeydiyyatdan çıxmışdır. 2001-ci il tarixdə onların toyu olmuşdur. 2001-ci il tarixində ailə qurandan təxmini bir həftə - 10 gündən sonra Rusiya Federasiyasına getmişlər. Cavabdeh Raquf payının verilməsini istəyir. Odur ki, məhkəmədən izahatında göstərilən halların nəzərə alınmasını xahiş edir. Cavabdeh5 əvvəllər iştirak etdiyi məhkəmə iclasında bildirmişdir ki, o öz payını istəyir. İddiaçı atasının ikinci həyat yoldaşıdır. 1986-cı il tarixdən mübahisə predmeti olan mənzildə yaşamağa başlamışlar. Öz anası 2008-ci il tarixdə vəfat etmişdir. Belə ki, ruhi xəstəlikdən əziyyət çəkirdi. İddiaçı Cavabdeh4 və o iddiaçının övladlığıdırlar. O, 1995-ci il tarixində ailə qurmuş və ər evinə köçmüşdür. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 əvvəllər iştirak etdiyi məhkəmə iclası zamanı məhkəmə iclası zamanı izahatında göstərdi ki, iddiaçı onun anasıdır. O, özü 1986-cı il tarixindən hazırki tarixə qədər həmin mənzildə yaşayır. Hazırda öz payına düşən hissənin anasına verilməsini xahiş edir. Cavabdehlər X16, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Mingəçevir regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmiş, cavabdehlər gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmiş, xüsusi notarius Sənan Muradov məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə digər cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam, hərtərəfli və obyektiv nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X15 Daşınmaz Əmlakın Dövlət Reyetrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 82,56 kv.m., olan mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. İşdə olan “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Salmanova X9 şəhəri, A.Məmmədov küçəsi, ev 8/2, mənzil 32 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X7 dair yoxlama xx.xx.2025-ci ilədək aparılmış və ailə tərkibinin arvadı: İddiaçı, oğlu: Cavabdeh1, oğlu: Cavabdeh2, qızı: Cavabdeh5, oğlu: Cavabdeh4, oğlu: X20, oğlu: Cavabdeh3 olması müəyyən edilmişdir. İşdə olan X23 Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş “ölüm haqqında şəhadətnamədən” görünür ki, X10 xx.xx.2023-cü il tarixdə beyin ödəmi səbəbindən ölmüşdür. İşdə olan Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X5 miras qalmış əmlaka miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğundan ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş, məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-29/2009 saylı, 06 yanvar 2009 saylı qətnaməsindən görünür ki, X20 15 may 1992-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1974-cü il tarixdə doğulmuş Cavabdeh3 atası X10, anası İddiaçıdır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə doğulmuş Cavabdeh1 atası X10, anası İddiaçıdır. İşdə olan “doğum haqqında şəhadətmənin” notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1976-cı il tarixdə doğulmuş Cavabdeh2 atası X10, anası İddiaçıdır. İşdə olan 4-170 saylı orderdən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil X7 məxsusdur. İşdə olan 8 saylı MİS tərəfindən Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Yevlax Ərazi Dairəsinə təqdim etmək üçün verilmiş arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X21, X6, X20, X13, X8, X17, X18 həmin mənzilə qeydiyyatdadır. İşdə olan 15 fevral 2011-ci il tarixli xüsusi Notariat Kontoru tərəfindən verilmiş arayışda görünür ki, ünvan 1 ünvanda yaşayış hüququ olmaqla qeydiyyatda olanlar İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X21, X14, X8, X17, X18 və X4 Rasib Məhəmməd oğlunun adına keçməsinə etiraz etməmişlər. Cavabdeh5 xx.xx.1993cü il tarixdə və Cavabdeh4 xx.xx.2008-ci il tarixdə qeydiyyatdan çıxmışlar. İşdə olan ərizələrdən görünür ki, X22, İddiaçı, Cavabdeh3, X14, X8, Cavabdeh2, Cavabdeh1, Salmanov X11 şəhəri, Aydın Məmmədov küçəsi ev 8/2, 32 saylı mənzilin X6 adına özəlləşdirilməsinə razılıq vermişdir. İşdə olan “nikahın bağlanması haqqında şəhadətnamənin” notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X30 ilə Cavabdeh5 arasında 19 sentyabr 1995-ci il tarixdə nikah bağlanmış, həmin nikah 110№ilə dövlət qeydiyyatına alınmış, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan “ölüm haqqında şəhadətnamənin” notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X25 xx.xx.2007-ci il tarixdə beyin insultu səbəbindən ölmüşdür. İşdə olan “doğum haqqında şəhadətnamənin” notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1968-ci il tarixdə doğulmuş Cavabdeh5 atası X10, anası İddiaçıdır. İşdə olan 14 yanvar 1974-cü il tarixli “nikahın pozulması” haqqında şəhadətnamədən görünür ki, X10 ilə X25 arasında bağlanmış nikah Arxangelsk Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli, 2-581 nömrəli qərarına əsasən xx.xx.1974-cü il tarixində pozulmuşdur. İşdə olan “övladlığa götürmə haqqında şəhadətnamənin” notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh4 xx.xx.1974-cü il tarixində İddiaçı tərəfindən övladlığa götürülmüşdür. Beləliklə, məhkəmə, tərəflərin izahatının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, X10 ilə X12 birgə nikahlarından xx xxx 1965-ci il tarixdə Raquf, xx xxxxxx 1968-ci il tarixdə Dilarə və 23 mart 1970-ci il tarixdə Roman adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 06 yanvar 2009-cu il tarixli, 2(051)-29/2009 saylı qətnaməsinə əsasən X34 oglu 15 may 1992-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişdir. X10 ilə X25 arasında bağlanmış nikah Arxangelsk Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli, 2-581 nömrəli qərarına əsasən xx.xx.1974-cü il tarixində pozulmuşdur (X25 xx.xx.2007-ci il tarixdə beyin insultu səbəbindən ölmüşdür). X2, İddiaçı ilə xx.xx.1974-cü il tarixində ikinci dəfə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından 16 iyun 1973-cü il tarixdə Rahib, xx xxxx 1974-cü il tarixdə Raqil və xx xxxxxxxx 1976-ci il tarixdə Ruslan adlı uşaqları doğulmuşdur. X5 ünvan 1 saylı mənzil miras qalmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X15 Daşınmaz Əmlakın Dövlət Reyetrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 82,56 kv.m., olan mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. X10 16 aprel 2023cü il tarixdə vəfat etmişdir. X3 həmin miras əmlakla bağlı vəsiyyətnamə verməmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə alınmadığından iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizə ilə müraciət etsə də, notariat orqanı tərəfindən ona vərəsələr arasında ixtilaflar olduğundan şahadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Miras qoyan vəfat etdikdən sonra qanun üzrə birinci növbə vərəsə olan vərəsələrin heç biri qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mirasdan imtina edilməsi ilə rəsmi qaydada notariat orqanına müraciət etməmişlər. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014–cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X3 xx.xx.2023–cü il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146–cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2–ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə istinad olunan hüquq normalarının tələbləri baxımından mübahisənin qanuni və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini, həmçinin həmin əmlaklar üzərində miras qoyanın mülkiyyət və sair əşya hüquqlarına malik olub–olmamasının müəyyən edilməsini zəruri sayaraq, belə hesab edir ki, mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X15 Daşınmaz Əmlakın Dövlət Reyetrinin ******* nömrəli çıxarışı əsasında əldə edildiyindən, həmin mənzil miras qoyanın mülkiyyətidir. Ona görə də həmin mübahisəli mənzil tam olaraq miras qoyan X6 miras toplusuna daxil edilməlidir. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, X3nun ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı İddiaçı, oğlu Cavabdeh1, oğlu Cavabdeh2, oğlu Cavabdeh4, qızı Cavabdeh5, oğlu Cavabdeh3 daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığına görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133– cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçməlidir. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, X1 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 82,56 kv.m yaşayış sahəsi olan mənzil miras qalmışdır. Məhkəmə iddianın miras əmlaka vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və payların müəyyən edilməsi hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər arvadı İddiaçı, oğlu Cavabdeh1, oğlu Cavabdeh2, qızı Cavabdeh5, oğlu Cavabdeh4, oğlu Cavabdeh3 mirasdan pay almaq hüququ olan birinci növbəli vərəsələr kimi tanınmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X1 miras qalmış mübahisəli mənzilə onun birinci növbəli vərəsəsi kimi İddiaçı, cavabdehlər Cavabdeh1, oğlu Cavabdeh2, qızı Cavabdeh5, oğlu Cavabdeh4, Cavabdeh3 vərəsə tanınmalı və birinci növbəli vərəsə kimi onların hər birinin payı 1/6 hissədə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1281–ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri iddia tələbi təmin olunduğundan ödənilmiş dövlət rüsumu işdə iştirak edən şəxslərin özünə aid edilsin. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X1 miras qalmış əmlaka İddiaçı, cavabdehlər Cavabdeh1, oğlu Cavabdeh2, qızı Cavabdeh5, oğlu Cavabdeh4 Cavabdeh3 qanun üzrə birinci növbəli vərəsələri kimi tanınsınlar. X1 miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 82,56 kv.m yaşayış sahəsi olan İddiaçı 1/6 hissədə, Cavabdeh1 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə, Cavabdeh5 1/6 hissədə, Cavabdeh4 1/6 hissədə, Cavabdeh3 1/6 hissədə mənzil payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-963/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-963/2025
29.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver