Məhkəmə qərarları › İş №2(051)-964/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-964/2020

28.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-964/2020 28.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı hesablanmış 694,80 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Mingəçevir şəhəri A.Qurbani küçəsi 11 №-li evin 3 №-li mənzilində yaşayır. 2019-cu ilin mart ayında Cavabdeh İB-nin nümayəndələri iddiaçının yaşadığı mənzilə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Sonradan Cavabdeh İB-nin X5 İstismarı idarəsinin nümayəndələri iddiaçıya mənzilinə quraşdırılmış sayğacın plasmas qapağının aşağı hissəsinin deşilməsini, ona görə də yeni sayğac quraşdırılmasına zərurət olduğunu bildirmişlər. İddiaçı sayğacı yenisi ilə əvəz etmişdir. Bir müddət sonra iddiaçıya bildirilmişdir sayğaca müdaxiləyə görə ona borc hesablanmışdır. Halbiki iddiaçı tərəfindn sayğaca heç bir müdaxilə olunmamışdır. Sayğac mənzildən kənarda quraşdırılımışdır. Sayğaca kim tərəfindən zədə dəyməsi və ya müdaxilə olunmasından məlumatı yoxdur. Sayğaca nəzarət etməklə bağlı isə iddiaçı ilə müqavilə bağlanmamışdır. Bundan əlavə iddiaçı dəfələrlə hesablanmış borcun məbləği barədə rəsmi sənəd verilməsini tələb etsə də ona borcla bağlı sənəd verməkdən imtina etmişlər. Ünvanına Cavabdehdan göndərilmiş bildirişlərdə isə onun borcu olmadığı göstərilir. Lakin qaz idarəsinin əməkdaşları tez-tez onların yaşadıqları mənzilə gələrək 694,80 mnat borcun ödənilməsini, əks halda mənzilə qazın verilməsini dayandıracaqlarını bildirirlər. Ancaq qeyd etdiyi kimi ödənilməsini tələb etdikləri borcun məbləği barədə ona rəsmi sənəd verilmir. Ona gərə də iddianın təmin olunmasını, cavabdehin tələb etdiyi 694,80 manat borcun silinməsi barədə məhkəməyə müraciət etməyə məcbur oldu. İddianın təmin olunmasımı xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci madəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşə əlavə edilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri A.Qurbani küçəsi 11 №-li evin 3 №-li mənzili İddiaçı mülkiyyətindədir. İşdə olan 5 №-li MİS-dən verilmiş xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, Məmmədov X2 şəhəri A.Qurbani küçəsi 11 №-li evin 3 №-li mənzilində yaşayır. İşə əlavə olunmuş ******* №-li xx xxxx 2019-cu il tarixli akta göstərilir ki, istehlakçı İddiaçı yaşadığı A.Qurbani küçəsi 11 №-li evin 3 №-li mənzilə quraşdırılmış sayğaca baxış zamanı sayğacın plastmast qapağının alt hissəsi deşici alətlə deşilib. Baxış məqsədilə zavod qurğusunun plombu açıldı, daxilə baxış keçirildi, məlum oldu ki, qapaq deşilərək daxilə keçib. Dəymiş ziyan hesablansın. İşdə olan ******* №-li xx xxxx 2019-cu il tarixli aktın surətində göstərilir ki, istehlakçı İddiaçı yaşadığı A.Qurbani küçəsi 11 №-li evin 3 №-li mənzilinə quraşdırılmış sayğac çıxarıldı, yeni sayğac quraşdırıldı. İşdə olan xx xxxx 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, qaz sayğacının dəyəri olan 91,21(doxsan bir manat iyirmi bir qəpik) manat müştəri tərəfindən ödənilmişdir. İşə əlavə olunmuş Cavabdeh tərəfindən İddiaçı göndərilmiş bildiriş-xəbərdarlıqlarda göstərilir ki, “Sizin borcunuz yoxdur”. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İddiaçı tələbində cavabdeh tərəfindən hesablanmış 694,80 manat borcun silinməsini xahiş etmişdir. Lakin iddiaçının ünvanına qaraşdırılmış sayğaca cavabdeh tərəfindən 694,80 manat borc hesablanması iş materialları ilə müəyyən edilmir. İddiaçnın təqdim etdiyi Cavabdeh tərəfindən onun ünvanına göndətilimiş bildiriş-xəbərdarlıqlardan da görünür ki, iddiaçının borcu yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti incumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçının ünvanına quraşdırılmış sayğaca 694,80 manat borc yazılması sübut edilmədiyinə görə iddia təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdehnə qarşı 694,80 (altı yüz doxsan dörd manat səksən qəpik) manat borcun silinməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən alınan (təqdim olunan) gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar