Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-97/2025 13.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri, 7-ci Bağ küçəsi, ev 83-də yaşayanlar, 26 aprel 1988-ci il tarixdə doğulmuş X16 və 27 aprel 1983-cü il tarixdə doğulmuş X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 27 aprel 1983-cü il tarixdə doğulmuş X19 və 26 aprel 1988-ci il tarixdə doğulmuş X16 18 sentyabr 2010-cu ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2011-ci ildə Xədicə, 2012-ci ildə Sübhan və 2018-ci ildə Aytac adlı uşaqları doğulmuşdur. Məhəmməd İsmayılov xəstədir, Mingəçevir şəhər Rayonlararası Maraqlı şəxs qeydiyyatdadır və İİ qrup əlildir. Eyni zamanda arvadı Günel də xəstədir. Belə ki, o, 07 aprel 2014-cü ildən Mingəçevir şəhər Rayonlararası Maraqlı şəxs “orta dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır. Uşaqların həm atası Məhəmməd İsmayılov, həm də anaları Günel İsmayılova öz hərəkətlərini dərk etmir, özlərini idarə edə bilmirlər və hər ikisinin şüurunda yaşlarına uyğun gəlməyən gerilik vardır. X27 ev şəraitində müalicə olunur və ona qəyyum təyin olunmalıdır. Onların azyaşlı uşaqlarına Məhəmməd İsmayılovun anası baxır. Günel İsmayılovanın atası və anası rəhmətə getmişlər. Qardaşı isə uzun illərdir ki, Bakı şəhərində yaşayır və bacısı ilə maraqlanmır. Xəstə gəlininə, xəstə oğluna və nəvələrinə X6 əri ilə birlikdə çətinliklə baxır. Maraqlı şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli arayışlarından görünür ki, X19 və X1 şəhər Rayonlararası Maraqlı şəxs orta dərəcəli əqli gerilik diaqnozu ilə qeydiyyatdadırlar. 26 aprel 1988-ci il tarixdə doğulmuş X16 və 27 aprel 1983-cü il tarixdə doğulmuş X19 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki, ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Mingəçevir şəhər Rayonlararası Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, 26 aprel 1988-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X8 atası X20, anası X4r. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, X19 27 aprel 1983-cü il tarixdə Qəbələ rayonunda doğulmuşdur. X7r. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X24 arasında xx.xx.2010cu il tarixdə Qəbələ rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikah 131 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə, X25 31 iyul 2017-ci ildə vəfat etmişdir. İşdə olan Mingəçevir Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1983-cü il tarixdə doğulmuş X19 07 aprel 2014-cü ildən Mingəçevir Maraqlı şəxsdə “Orta dərəcəli əqli gerilik” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. İşdə olan Mingəçevir Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1988-ci il tarixdə doğulmuş X16 04 yanvar 2008-ci ildən Mingəçevir Maraqlı şəxsdə “Orta dərəcəli əqli gerilik, psixopatobənzər davranışla” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 897 saylı rəyindən görünür ki, X19 əvvəllər YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkmişdir. X19 hal-hazırda da YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir. X17 hər hansı cinayət əməli şamil edilmədiyindən qoyulmuş sualın son hissəsinə (anlaqlılığı istisna etməyən psixi pozuntu vardırmı ?) cavab vermək mümkün deyildir. X19 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarındadır. X19 ətrafdakı şəxslər üçün təhlükəli hesab edilmir. X19 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, hal-hazırda fəaliyyət qabiliyyəti olan şəxs hesab edilir. X14 hazırki ekspertiza zamanı ciddi davranış pozuntusu müşahidə edilməməsi səbəbindən onun kənar şəxsin yardımına ehtiyacı yoxdur. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 898 saylı rəyindən görünür ki, X16 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkmişdir. X2 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi müşahidə olunur. Hazırki mərhələ də X11 hər hansı cinayət əməli şamil edilmədiyindən, qoyulmuş sualın son hissəsinə (anlaqlılığı istisna etməyən psixi pozuntu vardırmı ?) cavab vermək mümkün deyildir. X16 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara tam rəhbərlik edə bilmək iqtidarında deyildir. X16 ətrafdakı şəxslər üçün təhlükəli hesab edilmir. X16 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. X8 ətrafdakıların köməyinə və yardımına ehtiyacı var. İşdə olan ambulator xəstənin tibbi kitabçasından görünür ki, X16 “Orta dərəcəli əqli gerilik, psixopatobənzər davranışla” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. İşdə olan ambulator xəstənin tibbi kitabçasından görünür ki, X19 “Orta dərəcəli əqli gerilik” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, 26 aprel 1988-ci il tarixdə doğulmuş X16 04 yanvar 2008-ci ildən “Orta dərəcəli əqli gerilik, psixopatobənzər davranışla” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. 27 aprel 1983-cü il tarixdə doğulmuş X19 07 aprel 2014-cü ildən “Orta dərəcəli əqli gerilik” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. X16 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara tam rəhbərlik edə bilmək iqtidarında deyildir. X8 ətrafdakıların köməyinə və yardımına ehtiyacı var. X3 öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından, anası X6 tərəfindən qulluq və qayğı göstərilir. Bu hallar, yəni X8 fəaliyyət qabiliyyətli olmaması ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024cü il tarixli 898 saylı rəyi ilə öz təsdiqini tapmışdır. X19 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən, o, öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarındadır. X19 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, hal-hazırda fəaliyyət qabiliyyəti olan şəxs hesab edilir. X14 hazırki ekspertiza zamanı ciddi davranış pozuntusu müşahidə edilməməsi səbəbindən onun kənar şəxsin yardımına ehtiyacı yoxdur. Bu hallar, yəni X13 fəaliyyət qabiliyyətli olması ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 897 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X8 fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. X18 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisiya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, X16 öz hərəkətlərinin mənasını başa düşməməsi ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. X19 öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarındadır. X19 hal-hazırda fəaliyyət qabiliyyəti olan şəxs hesab edilir. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, X16 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317- 321, 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Qətetdi: Ərizə qismən təmin edilsin. 26 aprel 1988-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X16 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X5 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-97/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-97/2025
13.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver