Məhkəmə qərarları › İş №2(051)-976/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-976/2022

08.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-976/2022 08.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri xx.xx.1976-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.1976-cı ildə Kəlbəcər rayonu, Abdullauşağı kəndində doğulmuş X4 onun əridir. X4 ilə xx.xx.2000-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Əri Zəfər bir neçə il bundan əvvəl xəstələnmiş və “keçirilmiş sol beyin yarımkürələrinin hemorragik tip insultdan (spontan subaroxnoidal parenximatoz qansızma) sonrakı vəziyyət. Sol orta eyin arteriyasının anevrizmasının metallik çoillə endovaskulyasiası. Hipertoniya İİ mərhələ əlavə risk qrupu 3. Motor afaziya. Sağ ətrafların hemiplegiyası” diaqnozu ilə xəstədir. Bununla əlqaədər İ dərəcə əlilliyi və kənar şəxslərin quluğuna ehtiyacı var. Ərinin daimi müalicəyə ehtiyacı var. O, öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara rəhbərlik etmək iqtidarında deyil. Ərinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gündəlik həyatda və övladlarının sənədlərində olan problemlərin həll edilməsi üçündür. Bundan əlavə, X3 şəhər rayonlararası psixo-nevroloji dispanserində “Vaskulyar ağıl zəifliyi” diaqnozu ilə müalicə alır və orada qeydiyyatdadır. Ona görə də məhkəmədən əri xx.xx.1976-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Mingəçevir şəhər İcra Hakmiyyəti Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsinə məhkəmə iclasınında iştirak edərək öz izahatında göstərdi ki, X4 “keçirilmiş sol beyin yarımkürələrinin hemorragik tip insultdan (spontan subaroxnoidal parenximatoz qansızma) sonrakı vəziyyət. Sol orta eyin arteriyasının anevrizmasının metallik çoillə endovaskulyasiası. Hipertoniya İİ mərhələ əlavə risk qrupu 3. Motor afaziya. Sağ ətrafların hemiplegiyası” diaqnozu ilə xəstədir. O öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara rəhbərlik etmək iqtidarında deyil. Bundan əlavə, X3 şəhər rayonlararası psixo-nevroloji dispanserində “Vaskulyar ağıl zəifliyi” diaqnozu ilə müalicə alır və orada qeydiyyatdadır. Ona görə də məhkəmədən xx.xx.1976- cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPMnin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 və Ərizəçi nikahı 07 avqust 2000-ci ildə Kəlbəcər rayon VVAQ Şöbəsində 83 № ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Verdiyeva soyadı verilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhəri Rayonlararası Psixonevriloji Disponser tərəfindən verilmiş 485 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.2022-ci ildən Mingəçevir şəhəri Rayonlararası Psixonevriloji Disponserdə “Vaskulyar ağıl zəifliyi (demensiya)” diaqnozu ilə qeydiyyatdadır. İşə əlavə olunmuş AR Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Disponser tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 342 saylı rəyindən görünür ki, X1 başlayan damar demensiyası (ağıl zəifliyi), davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F01.0 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Buna görə də X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X2 onda müəyyən edilən “kəskin başlayan damar demensiyası (ağıl zəifliyi), davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F01.0 xəstəliyi” ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında X2 Ərizəçi əri olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını, başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə X2 xəstə olmasını, onun daim kənar şəxsin köməyinə ehtiyacının olmasını və ekspertiza rəyini və onun ruhi xəstəliyə məruz qalmasını nəzərə alıb məhkəmə hesab edir ki, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, qətetdi: Ərizəçinin tələbi təmin edilsin. xx.xx.1976-cı ildə Kəlbəcər rayonu, Abdullauşağı kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar