Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-105/2023 26.09.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclas katibi X2, Ərizəçi və maraqlı şəxs Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Naftalan Şəhər İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 fevral 2000-ci il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, qızı X7 20 fevral 2000-ci il tarixdə anadan olmuşdur. Qızı anadangəlmə psixoloji xəstə kimi qeydiyyatdadır. Qızına neçə illərdir o baxır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının rəyi ilə qızına birinci qrup əlillik təyin edilmişdir. Qızının qulluğu və gündəlik təlabatı ilə özü məşğul olur. Qızı hazırda ev şəraitində müalicə almaqdadır. Qızının faktiki fəaliyyət qabiliyyəti olmadığından müalicəsinin davam etdirilməsi, dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqda çətinlik çəkir. Həmçinin qızının hər hansı bir sənədlərinin alınmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir. Bu da qızının hüquqlarını həyata keçirməkdən məhrum olmasına səbəb olmuşdur. Hazırda qızının qəyyumu təyin edilməsi üçün onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılması zəruridir. Qanunvericiliyin tələbinə əsasən qızı psixi qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə edə bilmədiyindən hüquqlarının həyata keçirilməsi üçün üzərində qəyyum təyin edilməsindən ötrü məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin məhkəmənin mülahizəsinə uyğun həll olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 20 fevral 2000-ci ildə Rusiya Federasiyası, Sverdlovski vilayəti, Verxnaya Salda şəhərində anadan olmuşdur. X5, anası Ərizəçidır. İş materiallarında olan Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2018-ci il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışından görünür ki, X7 debillik dərəcəsində olan kəmağıllıq, psixopatabənzər davranış, nitq qüsuru, daun xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert komissiyasının xx.xx.2018-ci il tarixli çıxarışından görünür ki, X7 birinci dərəcəli əlillik - daun sindromu, kəkələmə, nitq pozğunluğundan əziyyət çəkir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 nömrəli Tibbi Sosial Ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-9-996/2023 nömrəli çıxarışından görünür ki, X7 daun xəstəliyi, debillik dərəcəsində olan ağıl zəifliyi psixopatabənzər davranış, nitq qüsurundan əziyyət çəkir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 1753 saylı rəyində qeyd edilmişdir ki, X4 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə Daun sindromu müəyyən edilir. Mülki işdə olan tibbi sənədlərə əsasən belə qənaətə gəlmək olar ki, X7 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malik deyil. Tibbi sənədlərə əsasən X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olunur ki, X7 xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxsdir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 20 fevral 2000-ci ildə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 20 fevral 2000-ci ildə anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X16
Məhkəmə qərarları › İş №2(052)-105/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-105/2023
26.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver