Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-182/2025 27.11.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ərzaq mallarına görə borclu olduğu 425 (dörd yüz iyrimi beş) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 455 (dörd yüz əlli beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən qarışıq mallar satışı mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Fəaliyyət göstərdiyi müddətdə qanunla üzərinə düşən bütün vergiləri tam olaraq ödəmişdir. Əvvəllər Zərdab RPŞ-də polis zabiti olaraq çalışmış və hazırkı iş üzrə cavabdeh Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev 6, mənzil 13-də yaşayan Cavabdeh 2025-ci ilin iyul-avqust ayında onun çalışdığı mağazaya yaxınlaşaraq Zərdab RPŞ-nə polis zabiti olaraq xidmətə gəldiyini, xidməti işlə əlaqədar olaraq qalmaq üçün rayon ərazisində kirayə mənzildə yaşadığını bildirmiş və müxtəlif vaxtlarada ona müraciət edərək, yəni ona məxsus mağazaya gələrək qənd, çay, düyü və sair ərzaq malları almışdır. O isə, cavabdehə inanaraq nisyə ərzaq malları vermişdir. Lakin cavabdeh ona verdiyi sözünə, şifahi razılaşmanın şərtlərinə əməl etməyərək hazırki vaxta kimi 425 manat məbləğində qalıq borcunu geri qaytarmamışdır. Bununla bağlı maraqlandıqda ona məlum olmuşdur ki, cavabdeh artıq Zərdab RPŞ-dən işdən çıxmışdır. O, dəfələrlə cavabdehin istifadəsində olan mobil telefona zəng edərək onunla əlaqə saxlamış və cavabdeh hər dəfəsində maddi vəziyyətinin yaxşı olmadığını, pulu olacağı təqdirdə göndərəcəyini demiş, lakin heç bir ödəniş etməmişdir. Daha sonra ona aydın olmuşdur ki, cavabdeh götürmüş olduğu ərzaq mallarının pulunu ödəmək fikrində deyildir. Artıq cavabdehin borclu olduğu pulu qaytaracağı ilə bağlı verdiyi vədlər yalan olduğundan onunla aralarında mülki mübahisə yaranmışdır. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olsalar da, iclasda iştirak etməmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddianı müdafiə edir. Uzaq məsafədə yaşadığı üçün məhkəmənin baxış iclasında iştirak edə bilməyəcəkdir. Bu səbəbdən iclasın onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən hazırlıq iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddianı qəbul edir və borcunu hissə-hissə olmaq şərti ilə ödəmək niyyətindədir. Bakı şəhərində işlədiyi üçün məhkəmənin baxış iclasında iştirak edə bilməyəcəkdir. Odur ki, iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik münasibətləri yaranmış, cavabdeh iddiaçıdan ərzaq mallarını nisyə almış, mallarının müəyyənləşdirilmiş dəyərini müəyyənləşdirilmiş müddət ərzində ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyinini yerinə yetirməmişdir. Hazırda iddiaçı cavabdehdən almış olduğu ərzaq mallarının dəyərinin tam şəkildə ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması hissəsinə münasibətdə də, iddianı tam əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 425 manat borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(052)-182/2025
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-182/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver