Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(052)-210/2025 20.11.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ Naftalan Şəhər Məhkəməsinin hakimi X6, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə Naftalan Şəhər Məhkəməsinə müraciət edərək, X3 adına ölüm haqqında 06 yanvar 1979-cu il tarixdə 01 nömrə ilə olan qeydin xx.xx.1951ci il tarixdə Naftalan şəhərində doğulmuş X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, ölüm haqqında akt qeydi kitabında X1 - Nəsirov, adı Nəsir, ata adı Cahangir yazılmışdır. X1 səhv olaraq «Nəsirov» yazılmış, sənəddə göstərilən soyad ilə şəxsiyyəti təsdiq edən sənəddəki soyad üst - üstə düşməmişdir. Sənədi verən orqan tərəfindən ölümün qeydi kitabında yol verilmiş səhvin düzəldilməsinin mümkün olmaması bildirilmişdir. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması , yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 153.2.1. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə sadalanan qanunvericilik normalarına əsasən ərizəçinin tələbi mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, ərizəçiyə inzibati orqana qarşı müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah edilməlidir. İş materiallarından görünür ki, ərizəçinin nümayəndəsi Nümayəndə tərəfindən ərizə ilə məhkəməyə müraciət edilən zaman 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Odur ki, ödənilmiş həmin məbləğ nümayəndəyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 153, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm haqqında şəhadətnamənin X5 məxsus olması” faktının müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə inzibati orqana qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah edilsin. Ərizəçinin nümayəndəsi Nümayəndə tərəfindən ərizə ilə məhkəməyə müraciət edilən zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №2(052)-210/2025
Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(052)-210/2025
20.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver