Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-224/2023 28.11.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə HOFFMANN MRAC kondisioner, kondisionerlərin dezinfeksiyası üçün vasitə clean point, 2 ədəd ARİEL COLOR üçün 704.08 manat ödənilməmiş hissə, 70.92 manat cərimə olmaqla, ümumilikdə 775 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilatın tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən HOFFMANN MRAC kondisioner, kondisionerlərin dezinfeksiyası üçün vasitə clean point, 2 ədəd ARİEL COLOR almış və nəticədə 775 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1270.08 manat (18 ay x 70.56 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN MRAC kondisioner, kondisionerlərin dezinfeksiyası üçün vasitə clean point, 2 ədəd ARİEL COLOR üçün ümumilikdə 775 manat olmaqla ondan, 704.08 manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 70.92 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə HOFFMANN MRAC kondisioner və zəmanətdən imtina etmiş, bu səbəbdən 566 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 566 manat, ümumilikdə 566 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca ica etməli olduğunu rəsmi qaydada bilsirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddianı qəbul etmir. İddiaçı təşkilata məxsus internet saytından baxaraq kondisioner bəyəmiş və sifariş etmişlər. Mağaza tərəfindən kondisioner evlərində quraşdırıldıqdan sonra əməkdaş kondensionerin kiçik ölçülü ərazi üçün olduğunu, quraşdırılan otağı lazımi qədər soyutmayacağını onlara dedi. Bu səbəbdən mağaza ilə əlaqə saxlayaraq onlara lazımi böyük ölçülü, yəni 70 kv.m ərazini soyudacaq kondisionerin verilməsini istəmişlər. Lakin sonradan dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq şirkət tərəfindən məsələ yubadılmış, kondisioner dəyişdirilməmişdir. Sonradan yoldaşına kondisionerin sökülüb yerə qoyulmasını bildirmiş və gəlib kondisioneri aparmışlar. Həmin vaxtı alınmış məhsulun geri qaytarıldığını hesab etmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, kondisioneri müəyyən pul əvəzinə hesablayaraq ucuz qiymətə götürmüş, qalan məbləği isə adına borc kimi yazmışlar. Həmçinin şirkət tərəfindən evinə də zərər dəymişdir. Hazırda isə ondan əsassız borc tələb olunur. Şirkət həm sifariş etdiyi kondisioneri gətirməmiş, həm də ona əlavə borc hesablamışdır. Kondisioner evin ölçüsünə uyğun olmamaqla bərabər, həm də pis qoxu vermişdir. Hər dəfəsində şirkətə dəyişdirilməsi barədə məlumat verdikdə, əməkdaşlar kondisioneri dəyişəcəklərini desələr də, buna əməl etməmişlər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, təşkilat tərəfindən borcluya ümumi qiyməti 1270.08 manat (yəni 18 ay x 70.56 manat + 0 manat ilkin ödəniş) HOFFMANN MRAC kondisioner, kondisionerlərin dezinfeksiyası üçün vasitə clean point, 2 ədəd ARİEL COLOR hissə-hissə ödənişlər etmək şərti ilə verilmiş, alıcı verilmiş malları qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçı təşkilata ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı təşkilat tərəfindən X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə HOFFMANN MRAC-12/HEB markalı kondisioner və zəmanət + 2 il almaqla müqavilə bağlanılmış, vətəndaşın öz razılığı əsasında kondisioner və zəmanət geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə kondisioner 500 manat, zəmanət 66 manat dəyərində qiymətləndirilmiş və ümumi borcdan silinmişdir. Qalan borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə qalıq borca görə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə HOFFMAN MRAC kondisioner və zəmanətdən imtina etmiş, 566 manat borcundan silinmişdir. Ümumi ödənilməmiş borc 775 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdehnun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, iddiaçı təşkilat və cavabdeh arasında müqavilə bağlanmış, cavabdeh iddiaçı təşkilatdan HOFFMAN MRAC kondisioner aldığını təsdiq etmişdir. İş materialları ilə o da müəyyən olunur ki, cavabdeh ümumi öhdəliyi üzrə hər hansı məbləğdə ödəniş etməmiş, həmçinin nisyə alqı-satqı müqaviləsi üzrə almış olduğu kondisoneri şirkətə geri qaytarmışdır. Bundan başqa cavabdeh təşkilat ilə arasında kondisonerin dəyişdirilməsi barədə razılıq olduğunu, lakin təşkilat tərəfindən kondisionerin dəyişdirilmədiyini bildirsə də, o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan xx.xx.2022-ci il tarixli müqavilə üzrə azaldılaraq 5 manat məbləğində məbləğində saxlanılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022ci il tarixli müqavilə üzrə HOFFMAN MRAC kondisioner, kondisionerlərin dezinfeksiyası üçün vasitə clean point, 2 ədəd ARİEL COLOR üçün 704.08 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla, ümumilikdə 709.08 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 704.08 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla, ümumilikdə 709.08 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ayaz Səlimov
Məhkəmə qərarları › İş №2(052)-224/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-224/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver