Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1048/2025 11.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il 18 saylı qərarına əsasən Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-156A nömrəli (kod ********) X1 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi ərizəsinə dəqiqləşdirmə verərək, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il 18 saylı qərarına əsasən Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-156A nömrəli (kod ********) X1, Ərizəçi, X10 və X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il 18 saylı qərarı ilə 0,13 ha ölçüdə həyətyanı torpaq sahəsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-156A nömrəli (kod ********) Şəhadətnaməyə əsasən ona və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İlkin olaraq həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair müvafiq çıxarışın əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edilmiş və sonuncunun verdiyi rəsmi cavaba görə “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 156A nömrəli (kod ********) Şəhadətnamə ilə şəxsiyyəti təsdiq edən sənəd arasında uyğunsuzluq müəyyən edilmiş və bu səbəbdən müraciətin icrası mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Belə ki, şəhadətnamə onun atasının və əri X7 atasının adı qeyd edilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-156A nömrəli (kod ********) Şəhadətnamədən müəyyən edilir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il 18 saylı qərarı 0,13 ha ölçüdə həyətyanı torpaq sahəsi Quliyev Fizulu və onun ailə üzvləri- Ərizəçi, X10 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-156A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də adların düzəldilməsinə köməklik göstərilməsi barədə ********** saylı ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Ərizəyə əlavə edilmiş hüquq müəyyənedici sənədlə şəxsiyyəti təsdiq edən sənəd arasında uyğunsuzluq müəyyən edildiyi üçün müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunur. İş materiallarında olan Azərbaycan SSR Neftçala rayon Cəngən kənd soveti tərəfindən verilmiş İİ-JQ seriyalı 380378 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən edilir ki, X14 ilə X12 arasında xx.xx.1981-ci il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrəsi ilə qeyd edilmiş, nikahdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan SSR Neftçala rayon Cəngən kənd soveti tərəfindən verilmiş İX-JQ seriyalı 413686 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X12 xx.xx.1958-ci ildə anadan olmuş, atası X8, anası X4r. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1958-ci ildə anadan olmuşdur. İş materiallarında olan Neftçala rayon Cəngən kənd İƏN tərəfindən verilmiş AZ-T seriyalı 296267 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X14 xx.xx.1958-ci ildə anadan olmuş, atası X5, anası X13r. İş materiallarında olan Neftçala rayon Cəngən kənd İƏN tərəfindən verilmiş Vİİİ-JQ seriyalı 353521 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X11 xx.xx.1982-ci ildə anadan olmuş, atası X14, anası Ərizəçidır. İş materiallarında olan Neftçala rayon Cəngən kənd İƏN tərəfindən verilmiş AZ-İ seriyalı 296364 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X15 xx.xx.1983-cü ildə anadan olmuş, atası X14, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən 100 manat məbləğində dövlət rüsumu Ərizəçi tərəfindən məhkəmənin hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən tərəfin izahatı, təqdim edilmiş rəsmi sənədlərlə - Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-156A nömrəli (kod ********) Şəhadətnamənin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-156A nömrəli (kod ********) X1, Ərizəçi, X3 və X10 məxsus olmasını başqa qaydada müəyyən edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-156A nömrəli (kod ********) X1, Ərizəçi, X3 və X10 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-1048/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1048/2025
11.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver