Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1146/2023 21.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, ərizəçi Gülüşova (İbrahimova) Cahanbanu Böyükağa qızının iştirakı ilə ərizəçi Gülüşova (İbrahimova) Cahanbanu Böyükağa qızının “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gülüşova (İbrahimova) Cahanbanu Böyükağa qızı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən tərtib edilmiş, 1957-ci ilə aid vətəndaşlıq vəziyyəti bərpa akt qeydləri kitabında 24 yanvar 1957-ci il tarixli, 35 nömrəli bərpa akt qeydində göstərilmiş, 27 fevral 1953-cü il təvəllüdlü X1 aid qeydin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gülüşova (İbrahimova) Cahanbanu Böyükağa qızı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etdiyini bildirmişdir. Bildirir ki, müraciətinə Maraqlı şəxs rəisi A.Ağayevin imzası ilə verilmiş xx.xx.2023-cü il tarixli, 3-165/8-c-512/2023 №-li cavab məktubunda qeyd edilir ki, müraciətinizdə göstərilmiş il, eyni zamanda həmin ildən, üç il əvvəl və üç il sonrakı dövr üzrə (1953-cü il daxil olmaqla) müvafiq vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılmış, lakin doğum tarixi xx.xx.1958-ci il olan X2 adlı şəxsin doğumu barədə akt qeydi aşkar edilməmişdir. Lakin görülmüş tədbirlər zamanı uşaq haqqında məlumat qrafasında şəxsin adı və doğum tarixi istisna olmaqla, soyadı, adı, ata adı, doğum yeri barədə məlumatları eyni olan, doğum haqqında akt qeydi, Maraqlı şəxs tərəfindən tərtib edimiş, 1957-ci ilə aid vətəndaşlıq vəziyyəti bərpa akt qeydləri kitabında aşkarlanmış, amma həmin xx.xx.1957-ci il tarixli 35 №-li bərpa akt qeydində şəxsin adı “Cahanbanu” yox, “Cahanxanım”, doğum tarixi isə “xx.xx.1958-ci il” deyil, xx.xx.1953-cü il olaraq qeyd edimişdir. Bu səbəbdən Maraqlı şəxs Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsini əsas alaraq tələbinin inzibati qaydada təmin oluna biləcəyini bildirərək, məhkəməyə müraciət etməli olduğunu qeyd etmişdir. Bildirir ki, onun doğum tarixi xx xxxxxx 1958-ci il yox, xx.xx.1953-cü ildir. Bu faktı təsdiq edən yeganə sənəd, 28 iyun 1976-cı il tarixdə, Neftçala rayon VVAQ şöbəsi tərəfindən verilmiş “Nikahın bağlanılması haqqında şəhadətnamə"dir. Sonradan ona şəxsiyyət vəsiqəsi verilərkən görünür ki, “3” rəqəmi “8” rəqəmi kimi yazılıb və nəticədə doğum tarixi səhv qeyd edilmişdir. Bərpa aktı qeydində isə adının “Cahanbanu” deyil “Cahanxanım” olaraq yazılmasına gəlincə isə bildirir ki, sözügedən bərpa akt qeydindən başqa bütün sənədlərdə adı “Cahanbanu” olaraq qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən təqdim edilən sənədlərdən məlum olur ki, doğum tarixi xx.xx.1958-ci il olan X2 adlı şəxs yoxdur, soyadı və ata adı eyni olub, lakin adı “Cahanxanım” olaraq qeyd edilmiş bir şəxs var, onun da doğum tarixi xx.xx.1953-cü il olaraq qeyd edilmişdir. O, həqiqətən də 1953-cü ildə doğulmuşdur. Lakin şəxsiyyət vəsiqəsində doğum tarixi 1958-ci il qeyd edilmişdir. Doğum haqqında təkrar şəhadətnamə ona DSMF-yə təqdim etmək üçün lazımdır. Lakin həmin sənəddə olan doğum tarixi ilə adı, şəxsiyyətini təsdiq edən sənədlə uyğun gəlmir. Adının Cahanbanu olması uşaqlarının doğum haqqında sənədlərində və nikah şəhadətnaməsində qeyd edilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12, X13, X3 və X4 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Göstərilənlərə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. «Nikahın bağlanması haqqında» şəhadətnamənin surətindən görünür ki, X11 ilə xx.xx.1953-cü il tarixdə anadan olmuş ərizəçi X2 28 iyun 1976-cı il tarixdə nikah bağlamış, həmin nikah Neftçala rayon VVAQ şöbəsi tərəfindən akt qeydləri kitabında 101 nömrəsi ilə qeyd edilmişdir. Cavabdeh nikahdan sonra “Gülüşova” soyadını qəbul edib. «Doğum haqqında» şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 25 noyabr 1981-ci il tarixdə X8, 23 dekabr 1983-cü il tarixdə X15 və 06 mart 1987-ci il tarixdə X7 adlı uşaqlar anadan olmuşdur. Uşaqların atası X11, anası isə Ərizəçidır. İşdə olan “Səkkizillik təhsil haqqında” şəhadətnamə və digər sənədlərlə ərizəçinin həqiqətən də Gülüşova (İbrahimova) Cahanbanu Böyükağa qızı olduğu müəyyən olunur. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Ərizəçi verilmiş məktubun məzmununda aşağıdakılar qeyd edilmişdir. “Doğumu haqqında təkrar şəhadətnamə verilməsi barədə müraciətinizə Maraqlı şəxsndə baxılmışdır. Tələbinizin təmin olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"rın 9.13. bəndinə uyğun olaraq ərizədə göstərilmiş il, eyni zamanda həmin ildən üç il əvvəl və üç il sonraki dövr üzrə (1953-cü ildə daxil olmaqla) müvafiq vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılmış, lakin doğum tarixi xx.xx.1958-ci il olan İbrahimova (Gülüşova) Cahanbanu Böyükağa qızı adlı şəxsin doğumu barədə akt qeydi aşkar edilməmişdir. Görülmüş tədbirlər zamanı uşaq haqqında məlumat qrafasında şəxsin adı və doğum tarixi istisna olmaqla soyadı, ata adı, doğum yeri barədə məlumatlar eyni olan doğum haqqında akt qeydi Maraqlı şəxs tərəfindən tərtib edilmiş 1957-ci ilə aid vətəndaşlıq vəziyyəti bərpa akt qeydləri kitabında aşkarlanmış, lakin həmin xx.xx.1957-ci il tarixli, 35 nömrəli barpa akt qeydində şəxsin adı “Cahanxanım”, doğum tarixi “xx.xx.1953-cü il” yazılmışdır. Göstərilənlərə əsasən doğum haqqında təkrar şəhadətnamə verilməsi tələbinizdən imtina olunur və bildiririk ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək hüququnuz vardır”. Yuxarıda qeyd olunan sübutlar belə bir qənaətə gəlməyə əsas verir ki, uşaq haqqında məlumat qrafasında şəxsin adı və doğum tarixi istisna olmaqla soyadı, ata adı, doğum yeri barədə məlumatlar eyni olan doğum haqqında akt qeydi Maraqlı şəxs tərəfindən tərtib edilmiş 1957-ci ilə aid vətəndaşlıq vəziyyəti bərpa akt qeydləri kitabında aşkarlanmış, lakin həmin xx.xx.1957-ci il tarixli, 35 nömrəli barpa akt qeydində şəxsin adı “Cahanxanım”, doğum tarixi “xx.xx.1953-cü il” yazılmış şəxs ərizəçi « Gülüşova (İbrahimova) Cahanbanu Böyükağa qızı» dır, lakin onun adı fərqli yazılmışdır. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəmi ilə müəyyən olunur ki, Maraqlı şəxs tərəfindən 28 iyun 1976-cı il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamə, AZ seriyalı, 558343 nömrəli “Səkkizillik təhsil haqqında”, «Doğum haqqında» şəhadətnamələr və AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” ilə ərizəçi Gülüşova (İbrahimova) Cahanbanu Böyükağa qızının müraciəti əsasında Maraqlı şəxs tərəfindən tərtib edilmiş 1957-ci ilə aid vətəndaşlıq vəziyyəti bərpa akt qeydləri kitabında aşkarlanmış, lakin həmin xx.xx.1957-ci il tarixli, 35 nömrəli barpa akt qeydində adı “Cahanxanım”, doğum tarixi “xx.xx.1953-cü il” yazılmış şəxs eyni şəxsdir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə «qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, iddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». İddia ərizəsinin mahiyyətini nəzərə alaraq məhkəmə hesab edirki, ərizəçi müvafiq faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməz. Bu hal ərizəçinin müvafiq məzmunlu ərizəsinə Maraqlı şəxs tərəfindən 17 oktyabr 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. Maraqlı şəxs tərəfindən tərtib edilmiş, 1957-ci ilə aid vətəndaşlıq vəziyyəti bərpa akt qeydləri kitabında, 24 yanvar 1957-ci il tarixli, 35 nömrəli bərpa akt qeydində göstərilmiş, 27 fevral 1953-cü il təvəllüdlü X1 aid qeydin Gülüşova (İbrahimova) Cahanbanu Böyükağa qızına məxsus olması və eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-1146/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1146/2023
21.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver