Məhkəmə qərarları › İş №2(053)-1155/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1155/2025

10.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1155/2025 10.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə tərtib olunmuş xx.xx.2024-cü tarixli R 337596 nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 853,50 manat məbləğində borcun silinməsi , həmin cərimədən ödədiyi 86,73 manat pulun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə tərtib olunmuş xx.xx.2024-cü tarixli R 337596 nömrəli akt əsasında hesablanmış 803,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Neftçala rayonu, Yeniqışlaq kəndində yaşayır. Həmin kənddə yaşayış evi var. O, 17 iyun 1986-cı ildə Neftçala rayonu, Yeniqışlaq kənd sakini X6 ilə nikahlarını rəsmiləşdirmişlər. X6 22 iyun 2011-ci il tarixdə vəfat etmişdir. Lakin əri Əhmədağa Əhmədov vəfat etsə də, "Azərişıq” ASC-de abonent kimi onun adı qalmışdır. Təxminən 2024-cü ilin yay aylarında elektrik sayğacı yanmış və həmin vaxt sayğacın dəyişdirilməsi üçün "Azərişıq” ASC-yə ərizə ilə müraciət etmişlər. Bundan taxminən bir ay sonra X4 əməkdaşlan gəlib sayğacı yenisi ile əvəz etmişlər. Həmin dövr ərzində köhnə nasaz olan sayğacdan istifadə etmişlər, lakin istifadə olunan elektrik enerjisinin miqdarından artıq sayğac göstəricisi yazılıb. Onlar elektrik enerjisinden smartkart vasitəsilə istifadə edir. X4 sayğacı yenisi ilə əvəz edərkən onlara cərimə və ya borc yazılması ilə bağlı heç bir məlumat və ya sənəd verməmişlər. 2025-ci ilin may ayında qardaşı oğluna smart karta köçürmək üçün 20 manat pul vermis, lakin yoxladıqda kartın balansında 10 manat pul olduğunu öyrənmişlər. Daha sonra poçt vasitəsilə abonent kodunu yoxladıqda borcularının olduğunu öyrənmişlər. Oğlu X7 müraciət etdikdə, ona artıq cərimə məbləğinin kompüterə qeyd olunduğunu demişlər. Lakin onlara bununla bağlı heç bir sənəd verməmişlər. O, 22 iyul 2025-ci il tarixdə X7 müraciət etmiş, müqavilə, akt və digər sənədlərin verilməsini tələb etmişdir. həmin tarixdə mənimlə müqavilə bağlanılıb, akt və digər sənədlərin kserosurətləri verildi. Mən aktla və digər sənədlərlə tanış olduqda 10 iyun 2024-cü İİ tarixində "Elektrik enerjisindən istifadə qaydaları"na uyğun olaraq sayğaca baxış keçirilən zaman sayğacın mühəndis beynində qüsur yaranması və yüksüz vəziyyətdə qeydiyyat apardığı, naqilin enkasiyinin 2X10 mm olduğu müəyyən edilmişdir. Həmin akt asasında 853,50 manat məbləğində cərimə (borc) yazılmışdır. O, məlumatı olmadığı ve karta ödəniş etdiyi üçün 86,73 manat cərimədən silinmiş, hazırda 706,77 manat borcu qalmışdır. O, həmin akt va cərimə ilə razı deyil. Çünki sayğacın nasaz vəziyyətdə düşməsinə o, səbəb olmamış, bunu biləndən sonra dərhal "Azərişıq” ASC-yə məlumat vermişdir. Onlar isə əsassız şəkildə akt tərtib edib, ona cərimə yazmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı yaşadığı ünvan **********00055 saylı kodla Əhmədağa Əhmadovun adına X5 qeydiyyatdadır. Azerbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005 il tarixli 18 sayı Qararı ile təsdiq edilmiş "Elektrik Enerjisinden istifadə Qaydalarına əsasən xx.xx.2024-cu il tarixdə iddaçıya maxsus yaşayış evinin sayğac uçot dəstinə baxış keçirilarkan sayğacın "O" xəttinin çıxış yuvasının əridiyi, xəta faizlərini yoxlarımasının mümkün olmadığı proqram təminatının daxili qüsur nəticəsində pozulduğu, bu səbəbdən də sayğacın mənfiyə işlədiyi aşkar olunmuşdur. Daha sonra göstərilən faktlar labaratoriya qaydasında yoxlanılmış, baxış zamanı yuxarıda göstərilən faktlar öz təstiqini tapmış və DYM 011/43 saylı yoxlama protokolu tərtib olunmuşdur. Buna əsasən də EEİQ-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin barpası məqsədi ilə, həmin tarixli, 337596 saylı akta asasən 803,45 manat dayarində itirilmiş elektrik enerjisi berpa olunmuşdur.Lakin iddiaçı mahkamaya taqdim etdiyi ərizəıdə akt üzrə məbləğin dəyəri 803,45 manat olduğu taqdirda, səhvən 853,50 manat göstərmişdir. Bundan əlavə abonent 803,45 manat akt məbləğindən 77,45 manat ödəniş etmişdir və hal-hazırda akt üzrə hesablanmış borc məbləğindən ödənilməmiş 726 manat borcu vardır. Müəyyən üzürlü səbəblərə görə məhkəmənin təyin etdiyi iclaslarda iştirak edə bilmirlər, buna əsasən də məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş edirlər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X6 ilə X2 arasında xx.xx.1986-cı il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qedyləri kitabında xx.xx.1986-ci il tarixdə 182 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyəyn edilir ki, X6xx.xx.2011-ci ildə ürək çatışmamazlığı səbəbindən ölmüşdür. iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, R 337596 nömrəli Aktında qeyd edilmişdir ki, X3 məxsus Nefçala rayonu Yeniqışlaq kəndində quraşdırılmış elektrik sayğacına azərişıq əməkdaşları tərəfindən baxış keçirilən zamanı məlum olmuşdur ki, işıq sayğacının mühəndis beynində qüsur yaranmış, yüksüz vəziyyətdə qeydiyyat aparır. Naqilin ün kəsiyi əriyib. Akt xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələbdən görünür ki, X3 məxsus Nefçala rayonu Yeniqışlaq kəndində quraşdırılmış elektrik sayğacına azərişıq əməkdaşları tərəfindən baxış keçirilən zamanı məlum olmuşdur ki, sayğacın "O" xəttinin çıxış yuvasının əridiyi, xəta faizlərini yoxlarımasının mümkün olmadığı proqram təminatının daxili qüsur nəticəsində pozulduğu, bu səbəbdən də sayğacın mənfiyə (- 803,45) işlədiyi aşkar olunmuşdur. İşıq sayğacından kənar xətdən istifadə nəticəsində dəyən zərər 10043 kVts (0.08)= 803,45 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Kodu **********00055 olan X1 adına olan abonentin saldosundan görünür ki, Nefçala rayonu Yeniqışlaq kəndi Ev 0400 mənzil 0055 ünvanı üzrə işıq sayğacından sayğacın yararsız hala düşməsi səbəbindən X3 xx.xx.2024-cü il tarixdə cəmi 803,45 manat məbləğində borc müəyyən edilmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 8.1-8.3-cü bəndinə görə dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövüründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Dövlət elektroenergetika müəssisəsindən enerji təchizatı müəssisəsinə, enerji təchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, , İddiaçı yaşadığı ünvan **********00055 saylı kodla Əhmədağa Əhmadovun adına X5 qeydiyyatdadır. Azerbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005 il tarixli 18 sayı Qararı ile təsdiq edilmiş "Elektrik Enerjisinden istifadə Qaydalarına əsasən xx.xx.2024-cu il tarixdə iddaçıya maxsus yaşayış evinin sayğac uçot dəstinə baxış keçirilarkan sayğacın "O" xəttinin çıxış yuvasının əridiyi, xəta faizlərini yoxlarımasının mümkün olmadığı proqram təminatının daxili qüsur nəticəsində pozulduğu, bu səbəbdən də sayğacın mənfiyə işlədiyi aşkar olunmuşdur. Daha sonra göstərilən faktlar labaratoriya qaydasında yoxlanılmış, baxış zamanı yuxarıda göstərilən faktlar öz təstiqini tapmış və DYM 011/43 saylı yoxlama protokolu tərtib olunmuşdur. Buna əsasən də EEİQ-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin barpası məqsədi ilə, həmin tarixli, 337596 saylı akta asasən 803,45 manat dəyərində itirilmiş elektrik enerjisi berpa olunmuşdur. Lakin həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, iddiaçı tərəfindən imzalanmamış, həmçinin həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş, ümumiyyətlə iddiaçının bu akt barədə məlumatı olmamışdır. Bu da aktın doğruluğuna şübhə yaradır. Həmçinin cavabdeh məhkəməyə işıq sayğacının mühəndis beynində qüsurun məhz iddiaçının hərəkət və ya hərəkətsizliyi səbəbindən baş verməsi barədə heç bir sənəd təqdim etməmiş, mövqeyini hər hansı bir sübutla əsaslandırmamış, mülahizə əsasında qurmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işıq sayğacına hər hansı bir müdaxilənin edilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Neftçala rayonu Yeniqışlaq kəndində quraşdırılmış işıq sayğacı İddiaçı məxsus fərdi yaşayış evinin daxilində deyil, xaricində quraşdırıldığından işıq sayğacına hər hansı bir müdaxilənin məhz həmin sayğacın məxsus olduğu şəxs tərəfindən edilməsini demək əksini göstərəcək fakt olmadığı təqdirdə mümkün deyildir. Belə olduğu halda, məhkəmə hesab edir ki, işıq sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən, cavabdeh vurulmuş ziyanın iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, Azərişıq” ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş R 337596 nömrəli Akt əsasında İddiaçı hesablanmış 803,50 manat məbləğində borc silinməlidir Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Neftçala rayonu Yeniqışlaq kəndində yerləşən fərdi yaşayış evi ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 803,50 (səkkiz üç manat əlli qəpik) manat borc cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı(abonent kodu:**********00055) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 803,50 (səkkiz üç manat əlli qəpik) manat borcdan ödənilmiş 77,45 manat cavabdeh "xxxx" ASC tərəfindən nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Neftçala rayonu Yeniqışlaq kəndində yerləşən fərdi yaşayış evi ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 803,50 (səkkiz üç manat əlli qəpik) manat borc cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı(abonent kodu:**********00055) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar