Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1202/2024 10.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, İddiaçı Cavabdeh2 QSC BOKT və Cavabdeh1 qarşı Maraqlı şəxs cəlb edilməklə «Daşınmaz əşyaya dair hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh2 QSC BOKT və Cavabdeh1 qarşı iddia ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə atası X3 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli, Neftçala rayonunun Boyat kəndində yerləşən 5.24 ha torpaq sahəsinin girov qoyulmasına dair səlahiyyətlərin Cavabdeh1 həvalə edilməsi barədə Salyan rayon ikinci dövlət notariat kontorunun dövlət notariusu X1 təsdiq etdiyi xx.xx.2003-cü il tarixli, ƏN-İ 012645 № li etibarnamənin, həmin etibarnamə əsasında Cavabdeh1 ilə Cavabdeh2 SKT arasında aparılmış kredit hesablaşmalarının girova dair hissəsinin, yuxarıda göstərilənlərin nəticəsində Cavabdeh2 SKT-nin adına rəsmiləşdirilən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına dair ********** № li reyestr qeydinin və Cavabdeh2 SKT ilə Maraqlı şəxs arasında aparılan alqı-satqı əməliyyatlarının etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən «İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır». Azərbaycan Respublikası MPM-nin 149.2.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində “iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)”, “iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb” göstərilməlidir. Eyni Məcəllənin 150.1.3-cü maddəsinin tələbinə görə iddia ərizəsinə «iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla)» əlavə edilməlidir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir”. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil. Belə ki, iddia ərizəsində Cavabdeh1 və Maraqlı şəxs yaşayış ünvanları qeyd edilsə də, cavabdehin və işdə iştirak edən digər şəxsin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN) göstərilməyib. Bu səbəbdən həmin şəxslər haqqında “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində məlumat tapılmır. Bundan başqa iddia ərizəsinin “xahiş edirəm” hissəsində 2-ci abzasda qeyd olunanlara aid sənədlər ərizəyə əlavə edilməmiş, həmçinin ərizədə Torpağa mülkiyyət hüququna dair JN-0072 №-li Dövlət Aktının mübahisələndirildiyi qeyd edilsə də ərizəyə JN-0078 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əlavə edilmişdir. Həmçinin qeyd olunur ki, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (etibarnamə) işə əlavə edilsə də, nümayəndənin iddiaçının yaxın qohumu olmasını təsdiq edən “doğum haqqında” haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti işə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.1 və 152.1.2-ci maddələrinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə» və «iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263 – 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh2 QSC BOKT və Cavabdeh1 qarşı Maraqlı şəxs cəlb edilməklə «Daşınmaz əşyaya dair hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi» iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-1202/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1202/2024
10.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver