Məhkəmə qərarları › İş №2(053)-1211/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1211/2023

14.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1211/2023 14.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “28 mart 2023-cü il tarixli aktın ləğv olunması və həmin akta əsasən hesablanmış 390,88 manat cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 28 mart 2023-cü il tarixli, AKT R seriyalı, 292223 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 390,88 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, Neftçala rayonu, Kürkənd kəndində özünə məxsus iki evi vardır. Ailəsilə birlikdə ata yurdunda olan evdə yaşayır. Ona məxsus olan ikinci evdə uzun müddət yaşayış olmamışdır. Lakin sonradan qərara gəlmişdir ki, həmin evə sayqac qoydursun. Bununla bağlı "xxxx" ASC-nin Şirvan RETS-nin Neftçala elektirik şəbəkəsinə həmin evə sayqacın quraşdırılması barədə ərizə vermişdir. 19 mart 2023-cü ildə Neftçala elektirik şəbəkəsinin əməkdaşları tərəfindən sayqac quraşdırılmışdır. Neftçala elektirik şəbəkəsinin əməkdaşları 28 mart 2023-cü il tarixdə onun iştirakı olmadan evə gələrək elektirik sayqacının yerində olmamasını aşkar etmişlər. Həmin tarixdə akt tərtib olunmuşdur. Həmin aktda göstərilir ki, EEİQ-na uyğun olaraq abonentin müraciətinə əsasən evin sayqacına baxış keçirildi və məlum olundu ki, “sayğac naməlum səbəbdən yerində aşkar olunmadı. Lakin abonent şəbəkəyə birbaşa qoşulub. Sayğacsız olaraq axan yük ampermaşa vasitəsi ilə ölçüldü, S 32: A.” Sayqac yerində olmuşdur. Neftçala rayon elektirik şəbəkəsinin əməkdaşları sayğac yerində olduğu halda onu qanunsuz cərimələmişlər. O, Neftçala elektirik şəbəkəsinə gedərək qanunsuz cərimə olunmağını bildirmişdir. Lakin elektirik şəbəkəsinin işçiləri heç bir əsas gətirə bilməmişlər. Tərib olunan 28 mart 2023-cü tarixli akda göstərilən ay və gün düzgün deyil. Abunə haqqında cədǝvəlin ikinci vərəqində bağlanan aktlar qrafasında tarif dərəcələrinə görə xx.xx.2023-cü il EİQ pozulması (0.9) bəndində, 109,53 manat, xx.xx.2023-cü il EİQ pozulması (0.13) bəndində, 86,71 manat, xx.xx.2023-cü il EİQ aktın yeni tarifi (0.08) bəndində, 194,54 manat, cəmi 390,88 manat cərimə olmağı göstərilmişdir. Neftçala rayon Kürkənd İƏDÜN-nin xx.xx.2023-cü il 122 nömrəli arayışından görünür ki, İddiaçı məxsus Kürkənd kəndində yerləşən fərdi yaşayış evində xx.xx.2023-cü il tarixədək işıq sayqacı olmamışdır. Neftçala rayon Kürkənd kənd İDƏÜN-nin arayışından görünür ki, Kürkənd kənd sakini İddiaçı məxsus Kürkǝnd kəndində yerləşən fərdi yaşayış evində xx.xx.2023-cü il tarixədək yaşayış olmamışdır. xx.xx.2023-ci tarixli aktın tarixi ilə abunə haqqında olan cədvəlin ikinci vərəqinin bağlanan aktlar qrafasında yuxarıda qeyd edilən 23 mart 2023-cü il tarixli akta ay və gün arasındakı uyğunsuz gəldiyinə görə və ərizəyə əlavə edilmiş arayışlara əsasən hesab edir ki, "xxxx" ASC-nin Neftçala elektirik şəbəkəsinin işçiləri tərəfindən qanunsuz olaraq cərimə olunmuşdur. 28 mart 2023-cü il tarixli 292223 nömrəli aktın və həmin akt əsasında kəsilmiş 390,88 manat cərimənin ləğv olunması üçün əsaslar vardır. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyəti nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq nümayəndəsinin məhkəmə iclaslarına gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bəşirov X2 rayonu, Kürkənd kəndində daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 28 mart 2023-ci il tarixdə tərtib olunmuş “X1 Qaydaları”na riayyət olunması haqqında 292223 nömrəli aktın surətindən görünür ki, EEİQ-nin tələblərinə uyğun olaraq abonentin müraciətinə əsasən elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, “elektrik sayğacı naməlum səbəbdən yerində aşkar olunmadı. Lakin abonent şəbəkəyə birbaşa qoşulub. Sayğacsız olaraq axan yük ampermaşa vasitəsilə ölçüldü. İ=3,2A Tələb: Fərdi yaşayış evinə elektrik sayğacı quraşdırılsın. İş materiallarına əlavə olunmuş 622496 saylı müqavilədən görünür ki, "xxxx" ASCnin Şirvan REİSİ-nin səbəkə rəisi E.Həsənov şəxsində Neftçala şəhər sakini İddiaçı (nümayəndəsi) məişət abonenti ilə tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin **********00490 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla, hazırda 390,88 manat məbləğində borc yaranmışdır. İş materiallarına əlavə edilmiş 387 nömrəli arayışdan görünür ki, İddiaçı məxsus Kürkənd kəndində yerləşən fərdi yaşayış evində 20 mart 2023-cü ildən yaşayış olmamışdır. İş materiallarına əlavə edilmiş 122 nömrəli arayışdan görünür ki, İddiaçı məxsus Kürkənd kəndində yerləşən fərdi yaşayış evində 17 mart 2023-cü il tarixədək işıq sayğacı olmamışdır. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, Neftçala elektirik şəbəkəsinin əməkdaşları 28 mart 2023-cü il tarixdə onun iştirakı olmadan evə gələrək elektirik sayqacının yerində olmamasını aşkar etdikləri barədə akt tərtib etmişlər. Onun müraciəti ilə yaşayış olmayan evə 19 mart 2023-cü il tarixdə sayğac quraşdırılmış və 28 mart 2023cü il tarixdə sayğac yerində olmuşdur. Neftçala rayon elektirik şəbəkəsinin əməkdaşları sayğac yerində olduğu halda onu qanunsuz cərimələmişlər. O, Neftçala elektirik şəbəkəsinə gedərək qanunsuz cərimə olunmağını bildirmiş, lakin elektirik şəbəkəsinin əməkdaşları heç bir əsas gətirə bilməmişlər. Tərib olunan 28 mart 2023-cü tarixli akda göstərilən ay və gün düzgün deyil. Ona məxsus Kürkǝnd kəndində yerləşən fərdi yaşayış evində xx.xx.2023-cü il tarixədək yaşayış olmamışdır. Cavabdeh "xxxx" ASC-nin bir neçə əməkdaşları özlərinin qeyd etdiyi 28 mart 2023-cü il tarixində elektrik sayğacına baxış keçirərkən ona və ailə üzvlərinə və yaxud qonşuluğunda yaşayan şəxslərə məlumat verməmişlər. Elektrik sayğacının yerində aşkar olunmaması haqqında olan müvafiq aktın tərtib olunmasında onun iştirakı təmin edilməyib. Ona görə də cərimə olunmağı barədə tərtib edilmiş aktın obyektivliyinə şübhə ilə yanaşır. Eyni zamanda məhkəmədə müəyyən edilir ki, aktın abonentin nümayəndəsi hissəsində “ev sahibinin oğlu Bəşirov B.” əlyazma ilə qeyd edilərək onun iştirakı ilə aktın tərtib olunması göstərilmişdir. Məhkəmə iclası zamanı iddiaçı oğlunun adının Taleh olduğunu və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkdiyini qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür”. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 4.1-ci maddəsinə əsasən “enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyəti ilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinin hazırlanması və tətbiqi müvafiq təlimata əsasən həyata keçirilir”. Həmin qaydaların 7.11-ci maddəsinə əsasən “Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır”. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, “Öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Beləliklə, məhz cavabdeh elektrik sayğacının 28 mart 2023-cü il tarixdə yerində olmamasını, abonentin şəbəkəyə birbaşa qoşulduğunu və bunun iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 28 mart 2023-ci il tarixli, AKT R seriyalı, 292223 nömrəli akt isə sayğacın yerində aşkar edilmədiyini və abonentin şəbəkəyə birbaşa qoşulduğunu təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən halların və nöqsanların 28 mart 2023-cü il tarixdə aşkar olunmasını və məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, abonentin şəbəkəyə qanunsuz qoşulmasını və sayğacın yerində aşkar edilməməsinin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Lakin yaxarda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" ASC-nin İddiaçı yuxarıda göstərilən səbəblərə görə 390,88 manat pul tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Azərişıq» Acıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı adına tərtib edilmiş 28 mart 2023-cü il tarixli, AKT R seriyalı, 292223 nömrəli akt ləğv edilsin. Həmin akta əsasən 31 iyul 2023-cü il tarixli müqavilə üzrə İddiaçı (abonent №**********00490, Neftçala rayonu Kürkənd kəndi) itirilmiş elektrik enerjisinə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 390 (üç yüz doxsan) manat 88 (səksən səkkiz) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar