Məhkəmə qərarları › İş №2(053)-1254/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1254/2023

22.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1254/2023 22.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə Ərizəçi “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” nə dair ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 22 dekabr 1971-ci il təvəllüdlü, “F20.0 Şizofreniya, paronoid forma” diaqnozu ilə xəstə olan qardaşı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə hazırlıq iclası zamanı ərizə verərək iddianın təmin olunmasına zərurət olmadığından ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri – Ərizəçi qaytarılmalıdır. Ona görə və Azərbaycan Respublikası MPM-nin 170.3, 263-264, 267- 268-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” nə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar