Məhkəmə qərarları › İş №2(053)-131/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-131/2025

19.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-131/2025 19.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi, Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «İmbesillik dərəcəsində anadangəlmə kəmağıllıq, davranış pozuntusu ilə. Ağırlaşma F72.8 Davranışın digər pozuntusu. Davranış pozuntusu (qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu). Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan böyük qıcolma tutmaları ilə (ayda 15-17 dəfə)» diaqnozu ilə xəstə olan qızı – 01 aprel 2002-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək, keçmiş əri X11 ilə birgə nikahlarından doğulmuş 01 aprel 2002-ci il təvəllüdlü qızı X5 əqli qüsurlu xəstə olduğunu bildirmişdir. Qeyd edir ki, qızı Xoşbəxtə «İmbesillik dərəcəsində anadangəlmə kəmağıllıq, davranış pozuntusu ilə. Ağırlaşma F72.8 Davranışın digər pozuntusu. Davranış pozuntusu (qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu). Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan böyük qıcolma tutmaları ilə (ayda 15-17 dəfə)» diaqnozu qoyulub. Ruhi-psixoloji problemləri olan qızının qayğısına valideyn olaraq özü qalır. Müstəqil şəkildə özünü idarə edə bilməyən qızının bütün ehtiyaclarını qarşılamağa çalışır. Xoşbəxt hazırda özünü təbii olaraq xəstəliyə uyğun şəkildə aparır. Onun anlaqsız şəkildə olan hərəkətlərini yalnız özü, eləcə də ixtisaslaşmış müəssisədə çalışan həkimlər tənzimləyə bilir. Xoşbəxtin əqli qüsurlu xəstə olmasını, bu səbəbdən özünü anormal aparmasını qohum və qonşular, o cümlədən onları tanıyan digər şəxslər də təsdiq edə bilərlər. Yetkinlik yaşına çatmış, 18 yaşı tamam olmuş qızı Xoşbəxt əqli qüsurlu olduğu üçün onunla bağlı heç bir hüquqi prosedur həyata keçirə bilmir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hazırda «İmbesillik dərəcəsində anadangəlmə kəmağıllıq, davranış pozuntusu ilə. Ağırlaşma F72.8 Davranışın digər pozuntusu. Davranış pozuntusu (qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu). Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan böyük qıcolma tutmaları ilə (ayda 15-17 dəfə)» diaqnozu ilə birinci dərəcəli əlil olan qızı X5 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qanunamüvafiqdir. Mülki prosesdə şəxsin fəaliyyət qabiliyyətli olması prezumpsiyası qüvvədədir. Yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdursa, şəxs fəaliyyət qabiliyyətli sayılır. Ona görə də qızı X5 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 Xoşbəxt Akif qızının xəstəliyini nəzərə alaraq ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçini və Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsini dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli 2578 nömrəli arayışdan görünür ki, ərizəçi Qəniyeva X2 şəhəri, Köhnə qəsəbə, ev 57, mənzil 5 ünvanında yaşayır. «Nikahın bağlanması haqqında» şəhadətnamənin surətindən görünür ki, X11 ilə Ərizəçi 29 dekabr 2000-ci ildə nikah bağlamış, həmin nikah eyni tarixdə Neftçala rayon VVAQ şöbəsi tərəfindən 316 nömrəsi ilə qeydə alınmışdır. «Doğum haqqında» şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Ərizəçi 01 aprel 2002-ci ildə Neftçala rayonu, Yenikənd kəndində doğulmuş X5 anasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışla müəyyən olunur ki, xx.xx.2002-ci il təvəllüdlü X9 ümumi xəstəlik səbəbi ilə (diaqnoz: İmbesillik dərəcəsində anadangəlmə kəmağıllıq, davranış pozuntusu ilə. Ağırlaşma F72.8 Davranışın digər pozuntusu. Davranış pozuntusu (qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu). Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan böyük qıcolma tutmaları ilə (ayda 15-17 dəfə)) birinci dərəcəli əlildir, kənar şəxsin daimi köməyinə və qulluğuna ehtiyacı vardır. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi «Neftçala rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli arayışda qeyd olunur: «Verilir, 2002-ci il təvəllüdlü X8 ondan ötrü ki, o, həqiqətən hal-hazırda “Neftçala RMX” PHŞ-nin psixiatrik kabinetində “İmbesillik dərəcəsində anadangəlmə kəmağıllıq, davranış pozuntuları ilə. Ensofalopariya, qıcolma sindromu, tez-tez təkrarlanan böyük qıcolma tutmaları” diaqnozu ilə həkim-psixiatrın dispanser qeydiyyatındadır». Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin 13 fevral 2025-ci il tarixli 458 nömrəli rəyində qeyd olunur ki, X6 «ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə» müəyyən edilir. X.A.Qəniyeva öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X.A.Qəniyevanı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən «Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər». Həmin Məcəllənin 33.4 və 34.2-ci maddələrinə əsasən «On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir», «Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir». Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır». Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, hesab edir ki, 01 aprel 2002-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan sayılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti X9 üzərində qəyyumluq təyin edilməsi üçün Neftçala Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 320, 321, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 aprel 2002-ci ildə Neftçala rayonu, Yenikənd kəndində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X9 üzərində qəyyum təyin edilməsi üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti Neftçala Rayon İcra Hakimiyyətinə göndərilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar