Məhkəmə qərarları › İş №2(053)-1374/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1374/2025

25.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1374/2025 25.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Neftçala rayonu Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli, 23 nömrəli qərarı ilə verilmiş (JN:848, KOD ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət X1, Ərizəçi və X9 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli, 23 nömrəli qərarı ilə 2,19 hektar torpaq sahəsi ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Sözügedən komissiyanın 10 oktyabr 1997-ci il tarixli, 23 nömrəli qərarına əsasən verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında (JN:848, KOD ********) komissiyanın diqqətsizliyi nəticəsində Ərizəçi Güloğlan qızı kimi qeyd edilmişdir. “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında buraxılmış texniki səhvləri aradan qaldırmaqla mülkiyyətində olan 2,19 hektar torpaq sahəsinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. 13 saylı Şirvan Ərazi İdarəsinin 21 iyun 2025-ci il tarixli bildirişində səhv qeyd olunmuş adlar barədə hüquqmüəyyənedici sənəd, yəni məhkəmə qərarı təqdim olunmadığı üçün ərizənin icrasından imtina edilmişdir. Qeyd edir ki, anası X20 ilə atası X10 1953-cü ildə faktiki nikah münasibətlərinə daxil olmuşdur. Onların faktiki nikahından 1954-cü ilin oktyabr ayında X11, 10 iyul 1956-cı ildə X21, xx xxxx 1958-ci ildə X12 və 01 fevral 1960-cı ildə X13 adlı uşaqlar doğulmuşdur. Valideynlərinin nikahı rəsmi qeydə alınmadığı üçün onun, həmçinin bacı və qardaşlarınin doğum haqqında şəhadətnamələrinin ata qrafası boş saxlanılmışdır. X2 1955-ci ildə uşaq olarkən vəfat edib. X21 10 fevral 2002-ci ildə, bacısı Rzayeva (Rəhimova) Şahnaz Baloğlan qızı 03 mart 1987-ci ildə, atası X10 17 iyun 1984-cü ildə və anası X14 isə 21 oktyabr 2020-ci ildə ölmüşlər. Onunla Neftçala rayonu, Aşağı Surra kənd sakini X15 arasında 01 sentyabr 1987-ci ildə nikah bağlanmış və birgə nikahlarından uşaqları doğulmamışdır. “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında adı çəkilən X18 onun ögey oğludur. X4 06 aprel 2008-ci ildə, X18 isə 16 oktyabr 1999-cu ildə ölmüşlər. Bacı və qardaşlarının doğum haqqında şəhadətnamələrində onların ata adı “Baloğlan” kimi, mərhum qardaşı X16 məxsus B seriyalı 697378 nömrəli diplomda, ******* nömrəli hərbi biletdə və ölüm haqqında şəhadətnamədə onun ata adı “Baloğlan oğlu” kimi göstərilib. Bundan başqa özünəməxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində və əmək haqqı barədə verilmiş arxiv arayışlarında onun ata adı “Baloğlan qızı” kimi qeyd olunmuşdur. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Neftçala rayonu Aşağı Surra bələdiyyəsinin 07 avqust 2025-ci il tarixli arayışlarında da onun atasının adının Dövlət Aktında səhv qeyd olunduğu göstərilmişdir. Qeyd edilən sənəddə olan yanlışlığın aradan qaldırılması üçün cəhdlər etmiş, lakin buna nail ola bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsini göndərməmiş bunun səbəbləri barədə məlumat verməmiş, həmçinin işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Ərizəçi məxsus şəxsiyyət vəsiqəsinin, həmçinin “Doğum haqqında” və “Nikahın bağlanması haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi ata adı “Baloğlan qızı” kimi qeyd olunub. “Ölüm haqqında” şəhadətnamələrin surətlərindən, həmçinin Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 aprel 2025-ci il tarixli arayışdan və Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 avqust 2025ci il tarixli arayışdan görünür ki, X10 17 iyun 1984-cü ildə, X7 03 mart 1987-ci ildə, X18 15 oktyabr 1999-cu ildə, X21 10 fevral 2002-ci ildə, X15 06 aprel 2008-ci ildə və X14 isə 21 oktyabr 2020-ci ildə ölmüşlər. Məhkəmənin müvafiq sorğusu əsasında Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim olunmuş “Doğum haqqında akt qeydi”nin və “Ölüm haqqında akt qeydi”nin surətlərindən görünür ki, X15 və X17 25 aprel 1978-ci ildə doğulmuş X8 valideynləridirlər. X18 15 oktyabr 1999-cu ildə ölmüşdür. “Torpağa mülkiyyət hüququna dair” JN-848 nömrəli (kod ********) Dövlət Aktından görünür ki, Neftçala r-nu Aşağı Surra kənd sakini X6 və ailə üzvləri – Ərizəçi Güloğlan qızına və X3 təsərrüfatı məhsullarının istehsalı üçün 2,19 hektar torpaq sahəsi ayrılmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Öncaqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 avqust 2025-ci il tarixli 257 nömrəli arayışında qeyd olunur: « Verilir Ərizəçi (xx.xx.1958) ondan ötəri ki, həqiqətən o, Masallı rayonunun Öncəqala kəndində anadan olmuşdur. Onun aşağıda adları qeyd olunan bacı və qardaşı olmuşdur: 1. X11 - 1954 vəfat edib; 2. X21 - 1956 vəfat edib; 3. X7 1960 - vəfat edib. Qeyd: yuxarıda adları qeyd olunan şəxslərin valideynləri bunlardır: atası X10 1922-1984; anası X14 1934-2020». Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 avqust 2025-ci il tarixli 459 nömrəli arayışında qeyd olunur: «Verilir Ərizəçi ondan ötrü ki, həqiqətən Azərbaycan Respublikasının DYLİ, X19 Komitəsinin Neftçala rayon şöbəsi tərəfindən onun mərhum X4nun adına verilmiş JN-848 nömrəli Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında onun atasının adı texniki səhv olaraq “Ərizəçi Güloğlan qızı” kimi yazılmışdır. Əslində onun adı “Ərizəçi”dır». Neftçala rayonu Aşağı Surra bələdiyyəsinin 07 avqust 2025-ci il tarixli 204 nömrəli arayışında qeyd olunur: «Verilir Ərizəçi ondan ötrü ki, həqiqətən Azərbaycan Respublikasının DYLİ, X19 Komitəsinin Neftçala rayon şöbəsi tərəfindən onun mərhum X4nun adına verilmiş JN-848 nömrəli Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında onun atasının adı texniki səhv olaraq “Ərizəçi Güloğlan qızı” kimi yazılmışdır. Əslində onun adı “Ərizəçi”dır». Yuxarıda qeyd olunan sübutların cəmi belə bir qənaətə gəlməyə əsas verir ki, «Ərizəçi Güloğlan qızı» («Ərizəçi») ərizəçinin özüdür. Lakin müvafiq sənəddə Ərizəçi ata adı «Güloğlan qızı» kimi yazılmışdır. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəmi ilə müəyyən olunur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-848 nömrəli (kod ********) Dövlət Aktında torpaq sahəsinin mülkiyyətçisi Ərizəçidır. Həmçinin qeyd olunur ki, sözügedən Dövlət Aktında ərizəçinin mərhum X4na və ərizəçinin ögey oğlu X9 aid olan hissədə hər hansı yanlışlıq mövcud deyil. Odur ki, ərizə yalnız Ərizəçi Güloğlan qızına aid olan hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 21 iyun 2025-ci il tarixli “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” bildirişdən görünür ki, ərizəçi müvafiq faktları təsdiq edən sənədləri məhkəmədən kənar qaydada əldə etmək üçün cəhdlər göstərmiş, lakin bu cəhdləri nəticə verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin olunsun. Neftçala Rayon Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli 23 nömrəli qərarı ilə ayrılmış 2,19 ha torpaq sahəsi ilə bağlı “Torpağa mülkiyyət hüququna dair” JN- 848 nömrəli 80700038 kodlu Dövlət Aktının həmin aktda adları göstərilən digər şəxslərlə yanaşı Ərizəçi (Dövlət Aktında «Ərizəçi Güloğlan qızı» kimi qeyd edilib) məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar