Məhkəmə qərarları › İş №2(053)-14/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-14/2025

22.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-14/2025 22.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4, İddiaçı3 və İddiaçı2 nümayəndəsi, vəkil Nümayəndə1, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh X14 qarşı «vərəsəlik şəhadətnaməsi və onun həmin əmlak üzərində tam paylı mülkiyyət hüququnu təsdiq edən Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(053)-623/2022 saylı qətnaməsi ilə iddiaçının miras əmlak üzərində müəyyənləşən miras payına mütənasib paylı mülkiyyətçi kimi qeydiyyata alınması» və iddiaçı X9 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio video yazı istifadə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh X14 qarşı 24 iyun 2024cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək, X9 vərəsəlik şəhadətnaməsi və onun həmin əmlak üzərində tam paylı mülkiyyət hüququnu təsdiq edən Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(053)-623/2022 saylı qətnaməsi ilə iddiaçının miras əmlak üzərində müəyyənləşən miras payına mütənasib paylı mülkiyyətçi kimi qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmçinin iddiaçı X9 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı 01 iyul 2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərin Qanuni nümayəndəsi olduğu X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan 1999-cu ildə tikilmiş iki mərtəbəli ümumi sahəsi 220.4 kv.metr yaşayış sahəsi 134.5 kv.metr, köməkçi sahəsi 85.9 kv.metr olan 6 otaqlı yaşayış evindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Qeyd olunan tələb üzrə mülki iş məhkəməyə daxil olmuş, işə e-2(053)-803/2024 nömrəsi verilmişdir. Neftçala Rayon Məhkəməsinin e-2(053)-803/2024 nömrəli iş üzrə 29 iyul 2024-cü il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin icraatında olan iddiaçı X9 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı “Yaşayış sahəsindən çıxarılma” tələbinə dair e-2(053)-803/2024 nömrəli və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh X14 qarşı “Vərəsəlik şəhadətnaməsi və onun həmin əmlak üzərində tam paylı mülkiyyət hüququnu təsdiq edən Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(053)-623/2022 saylı qətnaməsilə iddiaçının miras əmlak üzərində müəyyənləşdirilən miras payına mütənasib paylı mülkiyyətçi kimi qeydiyyata alınması”na dair iddia ərizəsi üzrə 2(053)-775/2024 nömrəli mülki işlər bir icraatda birləşdirilmiş və mülki işə 2(053)-775/2024 nömrəsi verilmişdir. İddiaçılar 24 iyun 2024-cü ildə daxil olmuş iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, 14 may 2004-cü il tarixində X10 ölmüşdür. Onun vərəsələrindən biri olan oğlu X29 ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmiş və Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə JN-1476 F kod 80701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında atası X6 verilmiş ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə tikilmiş, ikimərtəbəli ümumi sahəsi 22,4 kv metr, 6 otaqlı yaşayış evinin miras əmlakı kimi qəbul etməsi faktının müəyyən edilməsi, mərhum atasından qalmış həmin torpaq sahəsi və yaşayış evinin X11 adına qeydiyyata alınması və Dövlət Reyestrindən Çıxarış verilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(53)-100/2010 saylı, 15 mart 2010-cu il tarixli qətnaməsi ilə ərizəsi təmin olunmuşdur. Sözügedən qətnamə əsasında X15 həmin daşınmaz Əmlaka münasibətdə xx.xx.2010-cu il tarixli, 80071569 nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında **********1301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu verilmişdir. Adıçəkilən qətnamədən X11 15 mart 2009-cu il tarixdə vəfat etmiş qardaşı X16 varisləri - maraqlı şəxslər X30, İddiaçı4 və X40 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3151/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 2(53)-100/2010 saylı, 15 mart 2010cu il tarixli qətnaməsi ləğv edilmiş, habelə ərizəçi X11 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd edilən qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Bununla da Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3151/2021 saylı, 12 aprel 2022-ci il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 2(53)-100/2010 saylı, 15 mart 2010-cu il tarixli qətnaməsi əsasında X15 verilmiş xx.xx.2010-cu il tarixli, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X22 və xx.xx.2010-cu il tarixli, **********995- 10301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu ləğv edilmişdir. Daha sonra X5 digər vərəsələri X34, İddiaçı2, İddiaçı3, mərhum oğlu X16 vərəsələri X30, İddiaçı4, X40 cavabdeh Neftçala rayon dövlət Notariat Ofisinə qarşı Neftçala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 12 may 2004-cü il tarixdə ölmüş X6 məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə inşa edilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,5 kv metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı yaşayış evinə dair İddiaçı1 1/5, İddiaçı2 1/5, İddiaçı3 1/5, X17 1/15, İddiaçı4 1/15, X31 1/15 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Neftçala rayon notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsi 23 avqust 2022-ci il tarixli, 2(053)-623/2022 saylı qətnaməsi ilə iddianı təmin etmişdir. Belə ki, həmin qətnaməyə əsasən 02 may 2004-cü il tarixdə ölmüş X4 qalmış miras əmlakın qəbulu müddətinin ötürülməsi üzrlü hesab edilərək, mirasın qəbul edilməsi müddəti bərpa edilmiş və X6 məxsus ünvan 2 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə tikilmiş ikimərtəbəli, ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,5 kv metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı yaşayış evinə dair Quliyeva Mǝhin Məmməd qızına 1/5, İddiaçı2 1/5, İddiaçı3 1/5, X17 1/15, İddiaçı4 1/15 və X31 1/15 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Neftçala rayon notariat ofisinə həvalə edilmişdir. Sözügüdən məhkəmə qərarı əsasında iddiaçının üzərində miras payı müəyyən edilən daşınmaz əşya hal-hazırda Cavabdeh mülkiyyətində olaraq qeydiyyata alınmışdır. Belə ki, X32 xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra sözügedən daşınmaz əşya vərəsəlik qaydasında Cavabdeh mülkiyyətinə keçmişdir. Yuxarıda qeyd edilən işin faktiki hallarından göründüyü kimi Cavabdeh miras qoyanı olan Mehtiyev Vidadi həmin daşınmaz əşya üzərində əsassız olaraq mülkiyyət hüququ əldə etmiş, onun barəsində olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarixli Çıxarış və xx.xx.2010-cu il tarixli **********99510301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki X27 Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3151/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Odur ki, Cavabdeh vərəsəlik şəhadətnaməsi və onun həmin əmlak üzərində tam pay hüququnu təsdiq edən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X22 ləğv edilməli və iddiaçının həmin əmlak üzərində payına mütənasib paylı mülkiyyətçi kimi qeydiyyata alınmalıdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə olan iddiaçı (cavabdeh) X33 01 iyul 2024-cü ildə daxil olmuş ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi X11 atası X5 adına olmuşdur. Həmin 0,04 hektar həyətyanı sahənin Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə X11 atası X5 mülkiyyətinə verilməsinə dair JN-1476 F kod 80701004 nömrəli şəhadətnamə də mövcuddur. X11 ömürlərinin sonuna qədər həmin həyətdəki evdə yaşamışlar. 27 sentyabr 1990-cı ildə anası X7, 12 may 2004-cü ildə atası Məmməd Mehtiyev vəfat etmişdir. Ailədə beş övlad olmuşlar. X3 15 mart 2009-cu ildə vəfat etmişdir. X13, İddiaçı2, X36 və özü hər biri torpağın vərəsələridir. Bacıları hal-hazırda öz ailələri ilə ayrı-ayrı ünvanlarda yaşayırlar. Valideynlərinin vəfatından sonra ev baxımsız vəziyyətdə qalmışdır və uçmuşdur. 1999-cu ildə həyətdə yeni ev inşa etmişlər. Məhrumun atasından sonra tez-tez həmin həyətə gedib gəlmiş, həyətə və evə baxmış və bütün vergi rüsumlarını öz vəsaiti hesabına ödəmişdir. Həmçinin həyətyanı sahəsinə və yaşayış evinə faktiki sahiblik etmişdir. Bunu bacıları da təsdiq edə bilər. Torpaq sahəsi digər vərəsələr tərəfindən qəbul edilməmişdir. Bununa bağlı da hər hansı iradə ifadəsi də həyata keçirilməmişdir. Həmin vərəsələrin bacılarının atasından qalmış miras əmlakın onun adına rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. Onlara düşən paydan onun xeyrinə imtina ediblər. Bu baxımdan atasından miras qalmış torpaq sahəsinin də yaşayış evinin Mehtiyev Vidadi tərəfindən qəbul edilməsi faktının müyyən edilməsinə də heç bir mane olmamışdır. Qeyd etmək istəyirik ki, Neftçala Rayon Məhkəməsinin 15 mart 2010-cu il tarixli, 2 (53)- 100/2010 saylı qətnamə ilə qanuni olaraq adıçəkilən miras qalmış torpaq sahəsinin də yaşayış evinin Mehtiyev Vidadi tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Neticədə qanuni olaraq X9 adına Çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yerləşən 1999-cu ildə tikilmiş ikimərtəbəli ümumi sahəsi 220.4 kv.metr yaşayış sahəsi 134.5 kv.metr, köməkçi sahəsi 85.9 kv.metr olan 6 otaqlı yaşayış evində təmir işləri həyata keçirilməkdədir. Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə X11 atası X5 mülkiyyətinə verilməsinə dair JN-1476 F kod 80701004 nömrəli şəhadətnamə əsasında atası X6 verilmiş ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və torpaq sahəsində yerləşən 1999-cu ildə tikilmiş ikimərtəbəli ümumi sahəsi 220.4 kv.metr yaşayış sahəsi 134,5 kv.metr, köməkçi sahəsi 85,9 kv.metr olan 6 otaqlı yaşayış evini miras emlak kimi qəbul etməsi faktının müəyyən edilməsi, mərhum atasından qalmış həmin torpaq sahəsi və yaşayış evinin X11 adına qeydiyyatda alması və dövlət reyestrindən Çıxarışın verilməsi qət edilmişdir. Bildirmək istəyirik ki, artıq 11 ildir ki, həmin həyətə və yaşayış evinə mülkiyyət hüququ Mehtiyev Vidadidə olmuşdur. Həmin həyət və yaşayış sahəsinə sahiblik edilməsi, həyətə baxılması, istifadə edilməsi, yaxşılaşdırılması Mehtiyev Vidadinin ailəsi tərəfindən həyata keçirilir. Belə ki, Mehtiyev Vidadinin ailəsi tərəfindən adıçəkilən həyətə və yaşayış evinə fasiləsiz sahiblik edilmişdir. Hal-hazırda isə İddiaçı3, İddiaçı2, X36 tərəfindən yaşayış sahəsinin qıfılı dəyişdirilmiş, yaşayış sahəsində isə təmin işləri aparılmaqdadır. Bu da yaşayış sahəsinə qanuni sahibliyi həyata keçirən Mehtiyev Vidadinin ailəsinin hüquqlarını pozmaqdadır. Belə ki, həmin yaşayış sahəsinə mülkiyyət hüququna dair X14 Çıxarış verilmişdir. Onun Azərbaycan Respublikasında olmamasından istifadə edən adıçəkilən şəxslər qanunsuz yollarla yaşayış sahəsini mənimsəməyə çalışırlar. Adıçəkilən yaşayış sahəsi X14 məxsusdur. Adıçəkilən şəxslər isə Mehtizadə Luizanın heç bir icazəsi olmadan həmin yaşayış sahəsinin öz payları olduğunu bildirərək təmir işləri aparırlar. Qeyd olunan məsələ ilə tərəfimizdən Neftçala Rayon Polis İdarəsinə müraciət olunmuşdur. xx.xx.2024-cü il tarixində Neftçala Rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis polkovnikleytenantı X18 tərəfindən cinayət işinin başlanmasının redd edilməsi haqqında qərar qəbul edilmiş və mübahisənin həlli ilə əlaqar mülki qaydada məhkəməyə müraciət etməli olmaları tövsiyyə edilmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 2(053)-623/2022 nömrəli iş üzrə 19 avqust 2024-cü il tarixli qərardadından görünür ki, 29 iyul 2024-cü il tarixdə Qanuni Nümayəndəsi, vəkil Nümayəndə5 məhkəməyə ərizə təqdim edərək hüquqlarını müdafiə etdiyi X14 məxsus olan evin vərəsəlik qaydasında bölgüsü aparıldığını və onlara heç bir məlumat verilmədiyini, 2(053)-623/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmiş və 29 iyul 2024-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə 2(053)-623/2022 saylı iş üzrə qətnaməni rəsmi qaydada almışdır. X2 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi və vəkili Nümayəndə5 05 avqust 2024-cü ildə müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Məhkəməsinin 2(053)-623/2022 nömrəli mülki iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış müddətinin üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətini mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəyə Qanuni nümayəndə elektron qaydada apellyasiya şikayəti əlavə olunmuşdur. İşin 13 avqust 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edən X9 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi və vəkili Nümayəndə5 vəsatətin təmin olunmasını xahiş etmiş və Məhkəmənin 2(053)-623/2022 nömrəli mülki iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti X9 qanuni nümayəndəsi Qanuni nümayəndə münasibətdə bərpa edilmiş və apellyasiya şikayətinin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin icraatında olan 2(053)-775/2024 nömrəli mülki iş üzrə cavabdeh X9 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi, vəkil Nümayəndə5 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və Neftçala Rayon Məhkəməsinin 2(053)-623/2022 nömrəli iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-775/2024 nömrəli iş üzrə 22 avqust 2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə icraat Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmış 2(053)-623/2022 nömrəli iş üzrə apellyasiya şikayətinə baxılıb, yekun qərar çıxarılıb qanuni qüvvəyə minənədək dayandırılmışdır. 2025-ci ildə işə yeni (2(053)-14/2025) nömrəsi verilmişdir. 17 yanvar 2025-ci il tarixdə 2(053)-14/2025 nömrəli mülki iş üzrə İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə1 Vəliyəddin oğlu icraatın təzələnməsinə dair Neftçala Rayon Məhkəməsinə ərizə göndərmiş, ərizəyə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2024-cü il tarixli qərardadı əlavə edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1738/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X12, İddiaçı4 və X23 cavabdeh Neftçala rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Neftçala rayon Notariat Ofisinə həvalə edilməsi tələbinə dair 2(106)-1738/2024 saylı mülki iş üzrə icraat, İddiaçı X9 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh X14 qarşı “vərəsəlik şəhadətnaməsi və onun həmin əmlak üzərində tam paylı mülkiyyət hüququnu təsdiq edən Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(053)-623/2022 saylı qətnaməsilə iddiaçının miras əmlak üzərində müəyyənləşdirilən miras payına mütənasib paylı mülkiyyətçi kimi qeydiyyata alınması”na dair iddia ərizələri üzrə Neftçala Rayon Məhkəməsinin icraatında olan 2(053)-775/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək (yekun qərar qanuni qüvvəsini alanadək) dayandırılması qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-14/2025 nömrəli iş üzrə 21 yanvar 2025-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İşin 14 mart 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasına cavabdeh X33, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və onun vəkili nümayəndəsi Nümayəndə5 gəlməmiş, lakin nümayəndə ərizə göndərərək hal-hazırda X14 qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsinə dair” 2(053)-14/2025 saylı mülki işin icraatda olduğunu, xx.xx.2025-ci il, saat 10:30 tarixinə məhkəmə iclası təyin edildiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin icraatın dayandırılması haqqında qərardadından da göründüyü kimi mübahisələndirilən torpaq sahəsi vərəsəlik mübahisəsinin predmeti olsa da, ev Vidadi Mehtiyev tərəfindən və onun imkanları ilə tikildiyindən vərəsəliyin predmeti deyildir. Bu halda həmin ev üzrə mülkiyyət hüququnu təsdiq edən Çıxarışın ləğvinə dair mübahisəyə də mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Bu səbəbdən hesab edirlər ki, Neftçala Rayon Məhkəməsində icraat zamanı Neftçala şəhəri, Asif Mütəllimov küçəsi,ev 49A ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən Çıxarışın ləğvinə dair məsələyə baxılmalı, həmin torpaq sahəsində yerləşən ikimərtəbəli, ümumi sahəsi 220, 4 kv metr, yaşayış sahəsi 134,5 kv.metr, köməkçi sahəsi 85,9 kv. metr olan 6 otaqlı yaşayış evi üzərində mülkiyyət hüququnun təsdiq edilməsinə dair Çıxarışın ləğvinə dair hissəyə isə həmin mübahisənin inzibati qaydada mübahisələndirilməli olması səbəbindən baxılmamalıdır. Həmçinin bildirir ki, xx.xx.2025-ci il, saat 10:30 tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Bu baxımdan xahiş edir ki, məhkəmə iclasını iştirakı olmadan keçirib və ərizədə yazdıqları nəzərə alınsın. “ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsində yerləşən ikimərtəbəli, ümumi sahəsi 220, 4 kv metr, yaşayış sahəsi 134,5 kv.metr, köməkçi sahəsi 85,9 kv. metr olan 6 otaqlı yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən Çıxarışın ləğvinə dair” tələbə inzibati məhkəmədə baxılıb həll edilənə kimi iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-14/2025 nömrəli 14 mart 2025-ci il tarixli qərardadı ilə işin baxılma müddəti iki ay müddətinə uzadılmışdır. İşin məhkəmə baxışı iclasında İddiaçı1 sözügedən fərdi yaşayış evində onların, yəni iddiaçıların və cavabdehin yaşamadığını bildirdi. Qeyd edir ki, cavabdeh və ailəsinin məqsədi evin satılmasıdır. Onlar Bakı şəhərində olan evlərini də satıblar. İndi də burada qalmaq istədiklərini bildirilər. Luizanın həmin evdə payı yoxdur. Evin tikintisində onlar da iştirak edib. Bu evdə payları vardır. Luizanın məqsədi mübahisəli evi satıb Kanadaya getməkdir. Odur ki, onlara məxsus olan əmlakın geri qaytarılmasını istəyir. O, iddianın təmin olunmasını xahiş etdi. Habelə qeyd edir ki, Çıxarışın ləğvi tələbini dedikdə o, bunu qeydiyyatın (Çıxarışın) ləğvi kimi qəbul edilməsini xahiş edir. İşin məhkəmə baxışı iclasında İddiaçı3 iddianı müdafiə edərək cavabdehlə aralarında heç bir razılaşma olmadığını, razılaşma təklif olunsa belə Luizanın anasının buna razı olmadığnı bildirmişdir. Qeyd edir ki, cavabdeh tərəf evin bütövlükdə ona məxsus olmasını istəyir. Qeyd etdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışı iclasında İddiaçı4 iddianın təmin olunmasını xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 nümayəndələri, vəkil Nümayəndə1 işin məhkəmə baxışı zamanı 1/5 hissədə vərəsələrlə bağlı mübahisə olmadığını, hazırda vərəsələrin öz payı olduğunu, cavabdehin 10 il ərzində iki dəfə Azərbaycan Respublikasına gəldiyini, onlara payla bağlı razılaşma təklif edilsə də baş tutmadığını və mübahisəli evlə bağlı cavabdehin hüququ olmadığını, bununla bağlı müvafiq məhkəmə qərarları olduğunu bildirmişdir. Qeyd etdiklərinin nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh X33, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və onun vəkili nümayəndəsi Nümayəndə5 məhkəmə iclasına gəlməmiş, lakin nümayəndə ərizə göndərərək 22 may 2025-ci il tarixə, saat 15-ə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə baxışını iştirakları olmadan keçirilməsini xahiş etmişdir. İşin 22 aprel 2025-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında Qanuni nümayəndə vəkili və nümayəndəsi Nümayəndə5 iddiaçı (cavabdeh) X9 iddiasını müdafiə edərək Neftçala Rayon Məhkəməsinin 2010-cu il tarixli qətnaməsinin ləğv olunduğunu, o qətnamədə müəyyən qüsurların olduğunu, 2004-cü ildə Məhəmmədin vəfat etdiyini, 2007ci ildə köhnə evin yerində yeni evin inşa edildiyini bildirmişdir. Qeyd edir ki, iddiaçı Mehin Quliyeva da iclasda bildirmişdir ki, həmin evi Məhinlə Vidadi tikmişdir. Bu evin Vidadi ilə heç bir əlaqəsi olmayıb. Arxivə sorğu vermiş, lakin heç bir sənəd tapılmamışdır. Evin mübahisəsi vərəsəlik predmeti olub. Mülkün Məhəmmədlə heç bir əlaqəsi olmayıb. Bununla bağlı inzibati məhkəməyə iş göndərilmişdir. Torpaqla bağlı məsələyə baxılmasını düzgün hesab edir, lakin evlə bağlı məsələyə inzibati məhkəmədə baxılmalıdır. Çıxarış ləğv olunmayana qədər bu məsələ həll olunmalıdır. Qeyd etdiklərinin nəzərə alınmasını, vəsatətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh X33 və onun qanuni nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh və onun qanuni nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və onun qanuni nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, digər iddia isə rədd edilməlidir. Neftçala Rayon Məhkəməsinin 15 mart 2010-cu il tarixli, 2(53)-100/2010 saylı qətnaməsindən görünür ki, (hakim Rəbbil Əliyev) ərizəçi X11 hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi təmin edilmiş, X11 Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə JN-1476 F kod 80701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında atası X6 verilmiş ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə tikilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,5 kv metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı yaşayış evini miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi, mərhum atasından qalmış həmin torpaq sahəsi və yaşayış evinin X11 adına qeydiyyata alınması və dövlət reyestrindən Çıxarışın verilməsi qət edilmişdir. X8 2(106)-3151/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qərardadından görünür ki, ərizəçi X11 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə Neftçala Rayon Məhkəməsinin 15 mart 2010-cu il tarixli, 2(53)-100/2010 saylı qətnaməsindən maraqlı şəxslər X30, İddiaçı4 və X40 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmaqla Neftçala Rayon Məhkəməsinin 15 mart 2010-cu il tarixli, 2(53)-100/2010 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi X11 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanmışdır. X8 2(106)-3151/2021 nömrəli, 12 aprel 2022-ci il tarixli qərardadından görünür ki, ərizəçi X11 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə Neftçala Rayon Məhkəməsinin 15 mart 2010-cu il tarixli, 2(53)-100/2010 saylı qətnaməsindən maraqlı şəxslər X30, İddiaçı4 və X40 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək Neftçala Rayon Məhkəməsinin 15 mart 2010-cu il tarixli, 2(53)-100/2010 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin baxılmamış saxlanılması barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2021-ci il tarixli, 2(106)- 3151/2021 saylı qərardadının qəbul edilməsi ilə əlaqədar Neftçala Rayon Məhkəməsinin 15 mart 2010-cu il tarixli, 2(53)-100/2010 saylı qətnaməsinin icrasında dönüş edilməsinə dair İddiaçı4 nümayəndəsi və vəkili X45 tərəfindən verilmiş ərizə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2022-ci il tarixli, 2(106)-3151/2021 saylı qərardadının qəbul edilməsi ilə əlaqədar Neftçala Rayon Məhkəməsinin 15 mart 2010-cu il tarixli, 2(53)-100/2010 saylı qətnaməsinin icrasında dönüş edilməsi, Neftçala Rayon Məhkəməsinin 15 mart 2010-cu il tarixli, 2(53)-100/2010 saylı qətnaməsi əsasında X11 adına verilmiş xx.xx.2010-cu il tarixli, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və xx.xx.2010-cu il tarixli, **********995- 10301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportun ləğv edilməsi qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-623/2022 nömrəli iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsindən görünür ki, (hakim Əli Tağıyev) iddiaçılar - İddiaçı1, İddiaçı2, İddiaçı3, X12, İddiaçı4 və X23 cavabdeh Neftçala rayon notariat ofisinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Neftçala rayon notariat ofisinə həvalə edilməsi» tələbinə dair iddiası təmin edilərək 02 may 2004-cü il tarixdə ölmüş X4 qalmış miras əmlakın qəbulu müddətinin ötürülməsi üzrül hesab edilərək, mirasın qəbul edilməsi müddəti bərpa edilsin və X6 məxsus ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə tikilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,5 kv metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı yaşayış evinə dair X24 1/5, İddiaçı2 1/5, İddiaçı3 1/5, X17 1/15, İddiaçı4 1/15 və X31 1/15 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Neftçala rayon notariat ofisinə həvalə edilmişdir. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X33 27 avqust 2008-ci ildə Bakı şəhərində doğulmuş, atası X29, anası Qanuni nümayəndədır. Neftçala Rayon Məhkəməsinin e-16(053)-19/2024 nömrəli iş üzrə 04 iyul 2024-cü il tarixli qərardadından görünür ki, X9 müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi qismən təmin edilmiş, iddiaya Neftçala Rayon Məhkəməsində baxılıb həll edilənə kimi İddiaçı3, İddiaçı2, İddiaçı1, X41, X37 və X25 tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan 1999-cu ildə tikilmiş 2 mərtəbəli, ümumi sahəsi 220,04 kv.metr, yaşayış sahəsi 134,5 kv.metr, köməkçi sahəsi 85,9 kv.metr olan 6 otaqlı yaşayış evində həyata keçirilən təmir işlərinin dayandırılması qərara alınmışdır. ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0.04153 hektar torpaq sahəsinin mülkiyyətçisi X19r. ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0.04153 hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsinin mülkiyyətçisi X19r. “Qanun üzrə vərəsəlik haqqında” xx.xx.2020-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci tarixdə ölmüş X11 vərəsəsi X33 - BAKİ ŞƏHƏRİ, Z.XƏLİLOV KÜÇ, EV 35A, MƏNZİL 38 (AZ-İİ 194001, xx/xx/2008 - YASAMAL RAYON QEYDİYYAT ŞÖBƏSİ, FİN:) və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras amlak-ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən xx/xx/2020 tarixdə X20 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 220.4 kv/m olan fərdi yaşayış evi və AMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindan xx/xx/2020 tarixdə X20 verilmiş **********95-10301 reyestr nomrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.041530 ha olan torpaq sahəsindən ibarətdir. ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 0.04153 hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsinin mülkiyyətçisi X21r. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 06 may 2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilir ki, sənədlərin təsdiq olunmuş surətinin verilməsi və istifadə hüququ barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı ünvan 7 ünvanda yerləşən 0.04153 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 220.4 kv.m. olan fərdi yaşayış evi xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli X1 adına şəxsi mülkiyyət üzrə qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evi Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixli, 2V-79 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən X9 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla şəxsi mülkiyyət üzrə qeydiyyata alınmışdır və X14 verilən Çıxarış daşınmaz əmlakın dövlət reyestrində hal-hazırda qüvvədədir. Əlavə olaraq qeyd edilmişdir ki, fərdi yaşayış evinin sökülüb yenidən tikilməsi haqqında Ərazi İdarəsində məlumat aşkar olunmamaışdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından, məhkəmə sorğusuna əsasən əldə edilmiş 3-21-3-38/2-1223/20252 nömrəli 06 may 2025-ci il tarixli məktubdan müəyyən edilir ki, 14 may 2004-cü il tarixində X10 ölmüşdür. Onun vərəsələrindən biri olan oğlu X29 ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmiş və Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə JN-1476 F kod 80701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında atası X6 verilmiş ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə tikilmiş, iki mərtəbəli ümumi sahəsi 22,4 kv metr olan, 6 otaqlı yaşayış evinin miras əmlakı kimi qəbul etməsi faktının müəyyən edilməsi, mərhum atasından qalmış həmin torpaq sahəsi və yaşayış evinin X11 adına qeydiyyata alınması və Dövlət Reyestrindən Çıxarış verilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(53)-100/2010 saylı, 15 mart 2010-cu il tarixli qətnaməsi ilə ərizəsi təmin olunmuşdur. Sözügedən qətnamə əsasında X15 həmin daşınmaz əmlaka münasibətdə xx.xx.2010-cu il tarixli, 80071569 nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında **********1301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu verilmişdir. Adıçəkilən qətnamədən X11 15 mart 2009-cu il tarixdə vəfat etmiş qardaşı X16 varisləri - maraqlı şəxslər X30, İddiaçı4 və X40 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3151/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 2(53)-100/2010 saylı, 15 mart 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, habelə ərizəçi X11 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd edilən qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Bununla da Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3151/2021 saylı, 12 aprel 2022-ci il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 2(53)-100/2010 saylı, 15 mart 2010-cu il tarixli qətnaməsi əsasında X15 verilmiş xx.xx.2010-cu il tarixli, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X22 və xx.xx.2010-cu il tarixli, **********995 - 10301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu ləğv edilmişdir. Daha sonra X5 digər vərəsələri X34, İddiaçı2, İddiaçı3, mərhum oğlu X16 vərəsələri X30, İddiaçı4, X40 cavabdeh Neftçala rayon dövlət Notariat Ofisinə qarşı Neftçala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 12 may 2004-cü il tarixdə ölmüş X6 məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə inşa edilmiş, iki mərtəbəli, ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,5 kv metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı yaşayış evinə dair İddiaçı1 1/5, İddiaçı2 1/5, İddiaçı3 1/5, X17 1/15, İddiaçı4 1/15, X26 1/15 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Neftçala rayon notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsi 23 avqust 2022-ci il tarixli, 2(053)-623/2022 saylı qətnaməsi ilə iddianı təmin etmişdir. Belə ki, həmin qətnaməyə əsasən 02 may 2004-cü il tarixdə ölmüş X4 qalmış miras əmlakın qəbulu müddətinin ötürülməsi üzrlü hesab edilərək, mirasın qəbul edilməsi müddəti bərpa edilmiş və X6 məxsus ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə tikilmiş iki mərtəbəli, ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,5 kv metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı yaşayış evinə dair Quliyeva Mǝhin Məmməd qızına 1/5, İddiaçı2 1/5, İddiaçı3 1/5, X17 1/15, İddiaçı4 1/15 və X31 1/15 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Neftçala rayon notariat ofisinə həvalə edilmişdir. Sözügedən məhkəmə qərarı əsasında iddiaçının üzərində miras payı müəyyən edilən daşınmaz əşya hal-hazırda Mehtizadə Luizanın mülkiyyətində olaraq qeydiyyata alınmışdır. Belə ki, X32 xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra sözügedən daşınmaz əşya vərəsəlik qaydasında X9 mülkiyyətinə keçmişdir. Yuxarıda qeyd edilən işin faktiki hallarından göründüyü kimi Cavabdeh miras qoyanı olan X29 həmin daşınmaz əşya üzərində əsassız olaraq mülkiyyət hüququ əldə etmiş, onun barəsində olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarixli Çıxarış və xx.xx.2010-cu il tarixli **********99510301 reyestr nömrəli Daşınmaz əmlakın Texniki X27 Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 3151/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Sözügedən fərdi yaşayış evi Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixli, 2V-79 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən X9 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla şəxsi mülkiyyət üzrə qeydiyyata alınmış və X14 verilən çıxarış daşınmaz əmlakın dövlət reyestrində halhazırda qüvvədədir. Odur ki, X9 vərəsəlik şəhadətnaməsi əsasında onun həmin əmlak üzərində tam pay hüququnu təsdiq edən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X22 (qeydiyyat) ləğv edilməlidır. Məhkəmə hesab edir ki, ilk iddia tələbi xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışın (qeydiyyatın) ləğv edilməsi hissəsində əsaslıdır. Məhkəmə digər iddia tələbinə münasibət bildirərək belə qənatə gəlir ki, qanuni nümayəndəsi Qanuni nümayəndə olan iddiaçı X9 cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan 1999-cu ildə tikilmiş iki mərtəbəli ümumi sahəsi 220.4 kv.metr yaşayış sahəsi 134.5 kv.metr, köməkçi sahəsi 85.9 kv.metr olan 6 otaqlı yaşayış evindən cavabdehlərin çıxarılması tələbinə işin hazırki mərhələsində baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına təminat verir. Mühasiəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərlə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respunlikası Mülki Məcəlləsinin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Beləliklə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh X14 qarşı «vərəsəlik şəhadətnaməsi və onun həmin əmlak üzərində tam paylı mülkiyyət hüququnu təsdiq edən Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(053)- 623/2022 saylı qətnaməsi ilə iddiaçının miras əmlak üzərində müəyyənləşən miras payına mütənasib paylı mülkiyyətçi kimi qeydiyyata alınması» tələbinə dair iddiası qismən təmin edilməklə cavabdeh X14 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən X9 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli Çıxarış (qeydiyyat) ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, birləşdirilmiş digər iddia üzrə qanuni nümayəndəsi Qanuni nümayəndə olan iddiaçı X9 cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilməli, eyni zamanda Neftçala Rayon Məhkəməsinin e- 16(053)-19/2024 nömrəli iş üzrə 04 iyul 2024-cü il tarixli müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında qərardadı hazırkı qətnamə qanuni qüvvəsini aldıqdan sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh X14 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən X9 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli Çıxarış (qeydiyyat) ləğv edilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları iddiaçıların özünə aid edilsin. İlk idda tələbinə birləşdirilmiş digər iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının qanuni nümayəndəsinə aid edilsin. Neftçala Rayon Məhkəməsinin e-16(053)-19/2024 nömrəli iş üzrə 04 iyul 2024-cü il tarixli müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında qərardadı hazırkı qətnamə qanuni qüvvəsini aldıqdan sonra qüvvədən düşmüş hesab edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10- 1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar