Məhkəmə qərarları › İş №2(053)-145/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-145/2025

19.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-145/2025 19.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək – 08 mart 2001-ci il təvəllüdlü, “Q90 Daun sindromu” diaqnozu ilə xəstə olan oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək, hazırda Rusiya Federasiyasında yaşayan və oranın vətəndaşı olan həyat yoldaşı X6 ilə birgə nikahlarından doğulmuş oğlu xx.xx.2001-ci il təvəllüdlü X3 əqli qüsurlu xəstə olduğunu bildirir. Qeyd edir ki, oğluna “Q90 Daun sindromu” diaqnozu qoyulub. Psixoloji problemləri olan oğlunun qayğısına valideyn olaraq özü qalır. Həyat yoldaşı - Nurlanın atası on ildən çoxdur ki, ailəni ataraq Rusiya Federasiyasında yaşayır. Şüurlu şəkildə özünü idarə edə bilməyən oğlunun bütün ehtiyaclarını özü qarşılayır, ona həssas şəkildə qayğı göstərir. Hazırda Nurlan özünü təbii olaraq xəstəliyinə uyğun şəkildə aparır. Onun anlaqsız şəkildə etdiyi hərəkətləri, davranışlarını ana olaraq, yalnız özü tənzimləyə bilir. Rəsmi sənədlərdə oğlunun 85% orqanizm funksiyalarının pozulması qeyd edilib. Nurlanın sindromlu xəstə olmasını, bu səbəbdən də özünü anormal aparmasını qohum və qonşular, o cümlədən onları tanıyan digər şəxslər də təsdiq edə bilərlər. Yetkinlik yaşına çatmış, 18 yaşı olan oğlu əqli qüsurlu olduğu üçün onunla bağlı heç bir hüquqi proseduru həyata keçirilə bilmir. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1967-ci ildə Neftçala rayonu, Tataraməhlə kəndində doğulmuşdur. «Nikahın bağlanması haqqında» şəhadətnamənin surətindən görünür ki, X6 ilə X1 nikahı 21 iyul 1989-cu ildə 40 nömrəsi ilə qeyd edilmiş, nikahdan sonra arvada Manafova soyadı verilmişdir. «Doğum haqqında» şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X7 08 mart 2001-ci ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində doğulmuş, atası X6, anası X5r. AZE seriyalı, 18603054 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 08 mart 2001-ci ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının 30 sentyabr 2024-cü il tarixli sonuncu müayinəyə dair məlumatından görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X7 xx.xx.2024-cü ildə TSEK tərəfindən müayinə olunmuş, qiymətləndirmənin nəticəsi olaraq ona ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlillik təyin edilmiş, orqanizm funksiyalarının 85% pozulması, Q90 Daun sindromu diaqnozu qoyulmuşdur. Əmək qabiliyyətsizdir kimi əmək zəmanəti verilmişdir. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 20 fevral 2025-ci il tarixli, 565 saylı rəyində qeyd olunur ki, X4 Daun sindiromlu şəxsdə ağır dərəcəli əqli gerilik aşkar olunur. X7 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Daun sindiromlu şəxsdə ağır dərəcəli əqli gerilik diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında yol vermir. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən «Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir». Həmin Məcəllənin 33.4 və 34.2-ci maddələrinə əsasən «On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir», «Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir». Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır». Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, hesab edir ki, 08 mart 2001-ci il təvəllüdlü X7 tam fəaliyyət qabiliyyəti olmayan sayılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti X7 üzərində qəyyumluq təyin edilməsi üçün Neftçala Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 320, 321, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08 mart 2001-ci ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X7 üzərində qəyyum təyin edilməsi üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti Neftçala Rayon İcra Hakimiyyətinə göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar