Məhkəmə qərarları › İş №2(053)-15/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-15/2024

05.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-15/2024 05.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi X8, ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «Vərəsəlik hüququ üzrə miras əmlakının dəyərinin müəyyən edilməsi, əmlakın dəyərinin bölünməsi və iddiaçıya cavabdeh tərəfindən ödənilməsi» tələbi barədə ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı «pul» tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, 18 saylı Notariat Kontoru tərəfindən cavabdehə verilən xx.xx.2020-ci il tarixli X14 qalan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında, 64 nömrəli, 2 otaqlı, ümumi sahəsi 47,6 kv.metr mənzilinin hərraca çıxarılmaqla satılmasını və dəyərinin ½ hissəsinin iddiaçıya verilməsi, 1998-ci il buraxılışlı “Mercedes E-240” minik markalı, **-KT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin bazar qiymətinin müəyyən edilməsi və dəyərinin ½ hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, X14 miras qalmış: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pul, 74 Yuan Çin pulu, 200 rus rublu, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung” markalı mobil telefonuna dair əmlakının dəyərinin müəyyən edilməsi ilə 1⁄2 hissəsinin cavabdeh tərəfindən İddiaçı ödənilməsi, məhkəmə zamanı cavabdeh tərəfinin daşınar miras əmlakına dair iddiaçıya borclu olması və həmin borcu ödəməyinə imkansız olması yaxud onu ödəməkdən açıq şəkildə imtina edilməsi müəyyən edildikdə, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsi, məhkəmə xərclərinə aid iddiaçı tərəfindən vəkilin iştirakı üçün 100 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi isə 200 manat məbləğində xərclənmiş pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X5 dəfni, hüzr mərasimi, keçirilən mərasim məclisləri, qəbir kompleksinin hazırlanması, mərhumun evində, avtomaşınında aparılan təmir işləri, mərhumla bağlı görülən digər işlərlə əlaqədar çəkilən xərclərə aid edilməsi, Cavabdeh tərəfindən miras əmlakın pulundan əlavə xərclədiyi 20.000 manat pula vərəsə kimi aid edilməsi, X5 mərasim məclislərinə miras əmlakın pulundan əlavə xərclənmiş 20.000 manat pulun yarısı olan 10.000 manat məbləğində pul, ödənilmiş 130 manat məbləğində dövlət rüsumu və 200 manat ödənilmiş vəkil pulu cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X5 dəfni, hüzr mərasimi, keçirilən mərasim məclisləri, qəbir kompleksinin hazırlanması, mərhumun evində və avtomaşınında aparılan təmir işləri, mərhumla bağlı görülən digər işlərlə əlaqədar çəkilən 68.000 manat xərclərə aid edilməsi və həmin 68.000 manat pulun yarısı olan 34.000 manat pul ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, Cavabdeh tərəfindən miras əmlakın pulundan əlavə xərclədiyi 20.000 manat pula vərəsə kimi aid edilməsi, X5 mərasim məclislərinə miras əmlakın pulundan əlavə xərclənmiş 20.000 manat pulun yarısı olan 10.000 manat məbləğində pul, ödənilmiş 130 manat məbləğində dövlət rüsumu və 200 manat ödənilmiş vəkil pulu, cəmi 44.330 manat pul cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən cavabdehə verilən xx.xx.2020-ci il tarixli X14 qalan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında, 64 nömrəli, 2 otaqlı, ümumi sahəsi 47,6 kv.metr mənzilinin naturada bölünməsi, bu hal mümkün olmasa hərraca çıxarılmaqla satılması və dəyərinin ½ hissəsinin iddiaçıya verilməsi, 1998-ci il buraxılışı “Mercedes E-240” minik markalı, ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alqı-satqı qiymətinin müəyyən edilməsi və dəyərinin ½ hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, X14 miras qalmış: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pul, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung’ markalı mobil telefonuna dair əmlakının dəyərinin müəyyən edilməsi ilə ½ hissəsinin cavabdeh tərəfindən İddiaçı ödənilməsi, məhkəmə zamanı cavabdeh tərəfindən iddiaçıya borclu olması və onun həmin borcu digər qayda ilə ödəməkdən imtina etməsi faktı müəyyən edildikdə, tutmanın borcluya aid miras payından çıxarılıb iddiaçının payına birləşdirilməsi yolu ilə yönəldilməsi, məhkəmə xərclərinə aid iddiaçı tərəfindən vəkilin iştirakı üçün 100 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi isə 200 manat məbləğində xərclənmiş pulun, cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-3376/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Lalə Rəhimli) ilə ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı “Mercedes Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobildəki payına uyğun olaraq 5.500 (beş min beş yüz) manat, 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişdə olan payına uyğun olaraq 1100 (min yüz) manat və 6403 ABŞ dolları pul vəsaitində olan payına uyğun olaraq ödəniş gününə qüvvədə olan məzənnə ilə 3201,5 (üç min iki yüz bir dollar əlli sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, həmçinin ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi qərara alınmış, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Vəkil1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-674/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin 2(011)-3376/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunaraq mülki iş aidiyyatı üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi, Vəkil2 həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1761/2023 nömrəli iş üzrə 12 aprel 2023-cü il tarixli qərarı ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2023-cü il tarixli, 2(103)-674/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-674/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasaən Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)-3376/2022 nömrəli mülki iş aidiyyatı üzrə baxılması üçün 17 may 2023-cü il tarixli məktubla Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-599/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «xx.xx.2021-ci il tarixli Xətai Rayon Məhkəməsi qətnaməsinin məcburi icra edilməsi ilə bağlı miras əmlakın dəyərinin müəyyən edilməsi, hərraca qoyulması, tərəflər arasında 1⁄2 hissəyə məcburi bölünməsi və iddiaçıya cavabdeh tərəfindən ödənilməsi» tələbi barədə ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı «pul» tələbi barədə qarşılıqlı iddia ərizəsi mümkün hesab edilmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, 18 saylı Notariat Kontoru tərəfindən Cavabdeh verilmiş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,6 kv.metr, yaşayış sahəsi 28,81 kv.metr, yardımçı sahəsi 18,79 kv.metr olan 2 otaqlı mənzilə dair xx.xx.2020-ci il tarixli, habelə “Mercedes-Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə xx.xx.2019-cu il tarixində iddiaçının vəfat etmiş qardaşı X22 məxsus yuxarıda qeyd edilən miras əmlakının ½ hissədə, həmçinin, 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyünün, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyünün, 1 ədəd qızıl boyunbağının, 1 ədəd qızıl qolbağının, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğasının, 7 ədəd qızıl dişin, 1 ədəd qara rəngli “Samsung” markalı planşetin, 1 ədəd “Samsung” markalı mobil telefonun, 6403 ABŞ dolları məbləğində pulun, 74 Yuan Çin pulunun, 200 Rusiya rublunun ½ hissədə İddiaçı vərəsə olması tanınmışdır və həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minəndən sonra, 18 saylı Notariat Kontoru tərəfindən, sonuncuya yeni xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda qeyd edilən məhkəmə işindən məlum olmuşdur ki, X4 qalan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında, 64 №-li, 2 otaqlı, ümumi sahəsi 47,6 m2-li mənzili; 1998-ci il buraxılışı “Mercedes E-240” minik markalı, ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və ölümü zamanı üstündə qalan: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung” markalı mobil telefonu, 6403 ABŞ dolları məbləğində pul, 74 Yuan Çin pulu, 200 rus rublu, Mercedes markalı avtomaşına aid qeydiyyat şəhadətnaməsi və Səfərin sürücülük vəsiqəsi və “SW” bank kartı mövcud olmuş və bunların hamısını cavabdeh özünə qanunsuz mənimsəmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin könüllü qaydada icrası ilə bağlı icra məmurunun gördüyü bütün tədbirlərinə baxmayaraq, cavabdeh tərəfinin açıq-aşkar imtinaedici mövqeyi bunu qeyri-mümkün etmişdir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,6 kv.metr, yaşayış sahəsi 28,81 kv.metr, yardımçı sahəsi 18,79 kv.metr olan 2 otaqlı mənzilə dair cavabdeh giriş qapının açarını dəyişdirmiş və mənzilə qanunsuz yaşaması üçün kirayəçiləri buraxmışdır. “Mercedes-Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə dair onun həbs edilməsi barədə qərarına baxmayaraq, cavabdeh maşını qanunsuz olaraq əvvəlcə məhkəmə prosesi zamanı şahid qismində dəvət etdikləri X23 alqı-satqı müqaviləsi ilə guya satmış, sonuncu isə öz tanışı X2. Qızıl-zinət əşyaları, pul məbləğləri və digər miras qalan əşyalara aid: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pul, 74 Yuan Çin pulu, 200 rus rublu, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung” markalı mobil telefonu barədə cavabdeh icra məmuruna bildirmişdir ki, onları istədiyi yerlərə xərclədiyindən iddiaçının ½ hissəsinə aid əmlak dəyərini könüllü qaydada qaytarmaqdan imtina edir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil2 Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin məcburi icra edilməsi ilə bağlı miras əmlakın dəyərinin müəyyən edilməsi, hərraca qoyulması, tərəflər arasında ½ hissəyə məcburi bölünməsi və iddiaçıya cavabdeh tərəfindən ödənilməsi barədə xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən cavabdehə verilən xx.xx.2020-ci il tarixli X14 qalan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında, 64 nömrəli, 2 otaqlı, ümumi sahəsi 47,6 kv.metr olan mənzilin hərraca çıxarılmaqla satılmasını və dəyərinin ½ hissəsinin iddiaçıya verilməsi, 1998-ci il buraxılışı “Mercedes E-240” minik markalı, ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin bazar qiymətinin müəyyən edilməsi və dəyərinin hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, X14 miras qalmış 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pul, 74 Yuan Çin pulu, 200 rus rublu, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung” markalı mobil telefonuna dair əmlakının dəyərinin müəyyən edilməsi ilə ½ hissəsinin cavabdeh tərəfindən İddiaçı ödənilməsi, məhkəmə zamanı cavabdeh tərəfindən daşınar miras əmlakına dair iddiaçıya borclu olması və həmin borcu ödəməsinə imkansız olması, yaxud onu ödəməkdən açıq şəkildə imtina etməsi müəyyən edildikdə, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini, məhkəmə xərclərinə aid iddiaçı tərəfindən vəkilin iştirakı üçün 100 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi isə 200 manat məbləğində xərclənmiş pulun, cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçı iddia tələbinin “Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən, cavabdehə verilən xx.xx.2020-ci il tarixli X14 qalan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında, 64 №-li, 2 otaqlı, ümumi sahəsi 47,6 kv.metr olan mənzilin hərraca çıxarılmaqla satılmasını və dəyərinin ½ hissəsinin iddiaçıya verilməsi” hissəsini qəbul edir. İddiaçı iddianın qalan hissəsi ilə razılaşmır və qəbul etmir. İddiaçı iddia tələbinin 1998-ci il buraxılışı ’’Mercedes E-240” minik markalı, ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin bazar qiymətinin müəyyən edilməsi və dəyərinin ½ hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, X14 miras qalmış 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pul, 74 Yuan Çin pulu, 200 rus rublu, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung” markalı mobil telefonuna dair əmlakının dəyərinin müəyyən edilməsi ilə ½ hissəsinin cavabdeh tərəfindən İddiaçı ödənilməsi, məhkəmə zamanı cavabdeh tərəfindən daşınar miras əmlakına dair iddiaçıya borclu olması və həmin borcu ödəməyinə imkansız olması, yaxud onu ödəməkdən açıq şəkildə, imtina etməsi müəyyən edildikdə, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsi, məhkəmə xərclərinə aid, iddiaçı tərəfindən vəkilin iştirakı üçün 100 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi isə 200 manat məbləğində xərclənmiş pulun, cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsi xahiş etmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı uzun illər, təxminən 5 ildən artıq ögey qardaşı X29 ilə maraqlanmamış, onunla əlaqə saxlamamış və onlara gedib-gəlməmişdir. X34 xəstə olduğu müddətdə də ögey qardaşı kimi onunla əlaqə saxlamamış, müalicəsinə köməklik etməmiş, ona müalicə dərmanı almamış, dərman pulunu verməmiş, qardaşı X22 heç bir maddi və mənəvi qayğı göstərməmişdir. Xəstə olduğu müddətdə mərhum Səfər Məmmədova bir stəkan su belə verməmişdir. Onun sağlamlıq durumu və müalicəsi ilə ümumiyyətlə maraqlanmamışdır. Əksinə, ögey qardaşı Məmmədov Səfərin əmlakını ələ keçirmək üçün tezliklə ölümünü arzulamışdır. Ona görə də X16 dəfn və hüzr məclisində iştirak etməmişdir. Hətta öz anasının vəfat etməsini 5 ildən sonra bilmişdir. Ona görə də X7 Tofiq Balaş oğlu ilə ölənə kimi küsülü vəziyyətdə olmuşdur, danışmamışdır. Həmin səbəbdən də X9 xristian qəbirstanlığında, köhnə erməni qəbrində dəfn olunmuşdur. İddiaçı mərhum X1 və ölümündən sonra ona qarşı özünü ləyaqətsiz vərəsə kimi aparmışdır. Əgər belə olmasaydı, X24 erməni xislətli şəxslər Şüvəlan xristian qəbiristanlığında, köhnə bir erməni qəbrində dəfn etməzdilər. Köhnədən qalmış erməni nəşinin (meyidinin) sümüklərini qəbirdən çıxarıb, onun qəbrində Məmmədov Səfəri dəfn etməzdilər. Müsəlman dini şəriət qaydalarına və adətlərinə görə bu hal qəbul edilməzdir və böyük günahdır. Lakin İmanova X20 Səfər Nadir oğlu ilə (ana bir, ata ayrı) ögey bacı-qardaş olsalar da, baxmayaraq ki, İddiaçı ilə doğma bacı-qardaşdırlar, X5 dəfn xərclərini, 3,7,40,1 (bir) ilinin tamam olması məclislərini, ölümündən 40 gününə kimi bütün “cümə axşamı” məclislərini, qəbrin yerinin Şüvəlandan xristian qəbirstanlığından Yasamal müsəlman qəbiristanlığına öz doğmalarının qəbirlərinin yanına dəyişdirilməsini, mərhumə anasının və mərhum qardaşının məzarının yanında dəfn olunmasını, bununla bağlı 10.000 manatdan çox xərc çəkilməsini, qara mərmərdən 3 nəfərin birlikdə qəbir üstü kompleksinin, qara mərmərdən məzar daşının və qara mərmərdən baş daşının, qara mərmərdən sinə daşının, qəbrlərin yerinin qara mərmərdən döşənilməsini təmin etmişdir və 9.388,77 manat xərc çəkilmişdir. Məmmədov Səfərin qəbir yerinin dəyişdirilməsi məqsədilə dini şəriət qaydalarına, adətənənələrinə uyğun axundun və mollanın iştirakı ilə yenidən dəfn, 3, 7, 40, bütün cümə axşamları və il məclislərinin verilməsini, ehsan məclislərinin keçirilməsini təmin etmişdir. Bütün məclislərin xərcləri Səfər Məmmədovun mübahisələndirilən miras əmlakı hesabına halallıqla həyata keçirilmişdir ki, mərhumun ruhu şad olsun. Bu işlərin görülməsində və həyata keçirilməsində İddiaçı vərəsə kimi heç bir zəhməti, əziyyəti olmamış və 1 manat da olsun belə xərci çıxmamışdır. Bu günə kimi bütün çəkilən xərclər mərhum Səfər Məmmədovdan qalmış miras əmlakın hesabına və Cavabdeh şəxsi vəsaiti hesabına ödənilmişdir. X34 sağlığında yaxın dostundan borc olaraq aldığı 15.000 ABŞ dolları məbləğində borcu da halallıq naminə mərhumun ruhu şad olsun və qəbri nurla dolsun deyə, həmin mübahisəli miras əmlakın satış pulundan qaytarılmışdır. Mərhum X3, ölümündən əvvəl yaxın dostundan 15.000 ABŞ dolları borc aldığını, hazırda qaytarmağa imkanı olduğunu, lakin sonra borc aldığı 15.000 ABŞ dollarını həmin dostuna qaytaracağını Cavabdeh şəxsən demişdir. Bu barədə Cavabdeh da ətraflı məlumatı olmuşdur. X33 ölüm haqqında şəhadətnaməsinin alınmasında, vəkilin tutulmasında, hüquqi yardımla bağlı müqavilələrin bağlanmasında, istifadə olunan avtomaşınların yanacaq xərcinə kimi, yol xərcinə kimi, yolda yeyilən yeməklərin puluna kimi, məhkəmə məsrəfləri ilə bağlı ödənilən dövlət rüsumlarına kimi, ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı göstərilən hüquqi xidmətlərin xərcinə kimi, 2-dəfə Neftçala Rayon Məhkəməsində, 1-dəfə Bakı İnzibati Məhkəməsində və 3-dəfə Xətai Rayon Məhkəməsində baxılan mülki işlərlə və cinayət işi ilə bağlı, Xətai RPİ-nin İŞ-də aparılan istintaqla bağlı, Notariat və VVAQ şöbəsində çəkilən bütün məhkəmə, istintaq məsrəflərinə kimi X5 ölümündən sonra qalmış və hazırda mübahisələndirilən miras əmlakların hesabına həyata keçirilmişdir. Bütün bu xərclərin, məsrəflərin çəkilməsi ilə bağlı X4 qalmış miras əmlak olan qızıl əşyaları, 6403 ABŞ dolları, “Mercedes E-240” markalı avtomobilin satış pulundan həyata keçirilmişdir. X4 qalmış qızıl əşyaları 2.200 manata lom qiymətinə satılaraq, “Mercedes E-240” markalı avtomaşının 4 ədəd təkərlərinin təzələnməsinə, avtomaşının 2 ilə yaxın işləməməsi səbəbindən mühərrik yağının, yağ fılterinin dəyişdirilməsinə, amortizatorların təmir olunmasına və avtomaşının tez satılması məqsədilə digər təmirlərinə xərclənmişdir. Avtomaşının təmirə aparılması məqsədilə evakuator çağırılmış və xərci də miras əmlakın pulundan ödənilmişdir. X5 miras əmlak kimi mübahisələndirilən ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilin bütün pəncərələri dəyişdirilmiş, İddiaçı təqsirindən və müdaxiləsindən sonra, dəfələrlə qapıları dəyişdirilmiş, mənzilin elektrik sistemi yenidən çəkilmiş, mənzil təmir olunmuş, santexnika işləri yenidən qurulmuş, hamamı təmir olunmuş, istilik qazanı təzəsi ilə əvəz olunmuş və digər işlər görülmüşdür. Bu işlərə 10.000 manatdan çox xərc çəkilmişdir. Mübahisələndirilən miras əmlakın əldə olunan pulundan əlavə Cavabdeh öz hesabından 20.000 manatdan çox pul xərcləmişdir. Bütün bu halları sübut etmək üçün iddiaçının əlində kifayət qədər sübut, sənəd və şahidləri vardır. Həmin şahidlər və sübutlar məhkəməyə təqdim olunacaqdır. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X5 dəfni, hüzr mərasimi, keçirilən mərasim məclisləri, qəbir kompleksinin hazırlanması, mərhumun evində və avtomaşınında aparılan təmir işləri, mərhumla bağlı görülən digər işlərlə əlaqədar çəkilən 68.000 manat xərclərə aid edilməsi və həmin 68.000 manat pulun yarısı olan 34.000 manat pul ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, Cavabdeh tərəfindən miras əmlakın pulundan əlavə xərclədiyi 20.000 manat pula vərəsə kimi aid edilməsi, X5 mərasim məclislərinə miras əmlakın pulundan əlavə xərclənmiş 20.000 manat pulun yarısı olan 10.000 manat məbləğində pul, ödənilmiş 130 manat məbləğində dövlət rüsumu və 200 manat ödənilmiş vəkil pulu, cəmi 44.330 manat pul cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən cavabdehə verilən xx.xx.2020-ci il tarixli X14 qalan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında, 64 nömrəli, 2 otaqlı, ümumi sahəsi 47,6 kv.metr mənzilinin naturada bölünməsi, bu hal mümkün olmasa hərraca çıxarılmaqla satılması və dəyərinin ½ hissəsinin iddiaçıya verilməsi, 1998-ci il buraxılışı “Mercedes E-240” minik markalı, ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alqı-satqı qiymətinin müəyyən edilməsi və dəyərinin ½ hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, X14 miras qalmış: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pul, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung’ markalı mobil telefonuna dair əmlakının dəyərinin müəyyən edilməsi ilə ½ hissəsinin cavabdeh tərəfindən İddiaçı ödənilməsi, məhkəmə zamanı cavabdeh tərəfindən iddiaçıya borclu olması və onun həmin borcu digər qayda ilə ödəməkdən imtina etməsi faktı müəyyən edildikdə, tutmanın borcluya aid miras payından çıxarılıb iddiaçının payına birləşdirilməsi yolu ilə yönəldilməsi, məhkəmə xərclərinə aid iddiaçı tərəfindən vəkilin iştirakı üçün 100 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi isə 200 manat məbləğində xərclənmiş pulun, cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Neftçala Rayon Məhkəməsində baxılarkən 23 iyun 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixli iddia ərizəsinə iddianın dəyişdirilməsinə dair iddia ərizəsinə dəqiqləşdirmə verərək, Azərbaycan Respublikası MPM-nin 21, 164.1, 165.1, 215, 216, 220.6, 224-ci maddələrinə əsasən, gəti olaraq aşağıda qeyd edilən iddia tələblərini vermişdir:

1. Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən, cavabdehǝ verilən 05 noyabr 2020-ci il tarixli, X14 qalan Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında, 64 №-li, 2 otağlı, ümumi sahəsi 47,6 m2-li mənzilinin naturada bölünməsini və bu hal mümkün olmasa - hərraca çıxarılmaqla satılmasını və dəyərinin ½ hissəsinin iddiaçıya verilməsini;

2. 1998-ci il buraxılışı Mercedes E-240 minik markalı, ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satış qiymətinin ½ hissəsi olan 5.500 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsini;

3. X14, həmçinin İddiaçı ½ hissəsinin mirasdan qalmış: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişinə aid - 1100 manat pulun və, 6403 (altı min dörd yüz üç) ABŞ dollarına aid - 3201,5 ABŞ dolları məbləqinin cavabdeh tərəfindən İddiaçı ödənilməsini;

4. Azərbaycan Respublikası MM-nin 224-cü maddəsinin 1 və 2-ci hissələrinə əsasən- məhkəmə zamanı cavabdeh tərəfindən iddiaçıya borclu olması və onun həmin borcu digər qayda ilə ödəməkdən imtina etməsi faktı müəyyən edildikdə, tutmanın borcluya aid miras payından çıxarılıb iddiaçının payına birləşdirilməsi yolu ilə yönəldilməsini;

5. Məhkəmə xərclərinə aid, iddiaçı tərəfindən vəkilin iştirakı üçün 221 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi 321 manat məbləğində xərclənmiş pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin 18 avqust 2023-cü il tarixə təyin edilmiş, ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi X8, ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə keçirilmiş məhkəmə hazırlıq iclası zamanı ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatəti əsasında şahid qismində dindirilmiş X26 bildirmişdir ki, o, 45 ildir ki, mərhum Səfər Məmmədovu tanımışdır. Onlar eyni məktəbdə oxumuş və qonşu olaraq yaşamışlar. Mütəmadi olaraq mərhumun evinə gediş-gəlişi olmuşdur. Səfər Məmmədov ilk olaraq xristian qəbiristanlığında dəfn olunan zaman o, iştirak etməmiş, onun qardaşı İddiaçı orada olmuşdur. Mərhumdan qalan qızıl və maşının satışından qalan pullar evin təmir olunmasına və yas mərasiminin keçirilməsinə xərclənmişdir. Mərhum dəfn olunduğu yerdən çıxarılaraq, Yasamal qəbiristanlığında anasının və qardaşının yanında dəfn edilmiş və onların məzarının hazırlanması üçün Cavabdeh tərəfindən 10.000 manat pul verilmişdir. X33 yas mərasiminin xərcləri Cavabdeh tərəfindən ödənilmişdir. İşin 18 avqust 2023-cü il tarixə təyin edilmiş, ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi X8, ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə keçirilmiş məhkəmə hazırlıq iclası zamanı ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatəti əsasında şahid qismində dindirilmiş X30 bildirmişdir ki, X11 ilə yaxın dost olmuş, onunla eyni sinifdə oxumuş və qonşu olmuşlar. Mərhumun bütün dəfn və yas mərasim xərclərini Cavabdeh özü qarşılamışdır. Mərhumdan qalan avtomobili o, 6.000 manata almış, 5000 manat da təmiri üçün xərclənmiş, 11.000 manata üçüncü şəxsə satmışdır. Mərhum dəfn olunduğu yerdən çıxarılaraq, Yasamal qəbiristanlığında anasının və qardaşının yanında dəfn edilmiş və onların məzarının hazırlanması üçün Cavabdeh tərəfindən 10.000 manat pul verilmişdir. Mərhumdan qalan qızıl-zinət əşyaları isə 2.200 manata satılmışdır. Mərhumdan qalan maşının və qızılların satışından əldə olunan pullar evin təmirinə və yas mərasiminin keçirilməsinə xərclənmişdir. Bütün bu proseslərdə o və X26 birlikdə iştirak etmişlər. O, X33 Tofiq adlı qardaşının olmasını yalnız dəfndə öyrənmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-559/2023 nömrəli iş üzrə 18 avqust 2023-cü il tarixli qərardadı ilə Məhkəmə-X13 təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və iş üzrə icraat dayandırılmışdır. 07 may 2024-cü il tarixdə 2(053)-559/2023 nömrəli mülki iş müvafiq ekspert rəyi ilə birlikdə Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin mülki işə 2024-cü ildə yeni (2(053)-15/2024) nömrə verilmişdir. Məhkəmənin 08 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və işin məhkəmə iclası 27 may 2024-cü il tarixə təyin edilmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 işin 27 may 2024-cü il tarixli məhkəmə hazırlıq iclası zamanı şifahi vəsatət verərək iddiaçının tələb etdiyi əmlakın qiyməti ilə qiymətləndirmə ekspertizası keçirilməsini, tələb olunan əşyaların hazırda satıldığını, lakin evin ortada mübahisə predmeti olaraq qaldığını bildirmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi X12 və ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə hazırlıq iclası zamanı evin qiymətləndirilməsinə etirazları olmadığını bildirmişlər. Neftçala Rayon Məhkəməsinin 2(053)-15/2024 nömrəli iş üzrə 27 may 2024-cü il tarixli qərardadı ilə vəsatət təmin olunmuş, Məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və iş üzrə icraat dayandırılmışdır. 22 oktyabr 2024-cü il tarixdə 2(053)-15/2024 nömrəli mülki iş müvafiq ekspert rəyi ilə birlikdə Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin 23 oktyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, işin məhkəmə hazırlıq iclası 06 noyabr 2024-cü il tarixə, saat 16:30-a təyin edilmişdir. Həmçinin Neftçala Rayon Məhkəməsinin 2(053)-15/2024 nömrəli iş üzrə 06 noyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «xx.xx.2021-ci il tarixli Xətai Rayon Məhkəməsi qətnaməsinin məcburi icra edilməsi ilə bağlı miras əmlakın dəyərinin müəyyən edilməsi, hərraca qoyulması, tərəflər arasında 1⁄2 hissəyə məcburi bölünməsi və iddiaçıya cavabdeh tərəfindən ödənilməsi» tələbi barədə ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı «pul» tələbi barədə qarşılıqlı iddiası tələbinə dair mülki iş üzrə məhkəmədə işin baxılma müddəti iki ay müddətində uzadılmışdır. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 işin 06 noyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında ilkin iddia ərizəsi üzrə iddia tələbinin həcminin dəyişməsi barədə ərizə təqdim edərək iddia tələbi olan, X14 qalan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 saylı, 2 otaqlı ümumi sahəsi 47,6 m2 olan mənzilin naturada bölünməsindən imtina etdiyini bildirmişdir. Əlavə olaraq ərizədə qeyd etmişdir ki, 20 avqust 2024-cü ildə tərəflər hissəvi razılaşaraq həmin mənzili alqısatqı müqaviləsinə əsasən notarial qaydada satmış və satış məbləği olan 110.000 manatı aralarında bölmüşlər. Beləliklə, İddiaçı iddia tələblərindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında yerləşən 64 saylı mənzilin naturada bölünməsi barədə tələbini çıxarır və qalan iddia tələblərinin ödənilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi X12 izahatında bildirmişdir ki, dəfn günü 600 manat pul xərclənib. Aidə özü ona belə deyib. Mərhumun 3 mərasimində mərhumun iş yoldaşları 1.500 manat yaspayı vermiş, 7 mərasimi olmamış, 40 mərasimində isə 1.200-1.300 manat civarında Xuraman tərəfindən xərc çəkilmişdir. O, yasla bağlı Telmana 200 manat pul vermişdir. Öz aralarında razılığa gəlmişlər ki, yığılan pul bölünəcəkdir. Xuramana həqiqətən də 600 manat borcları olmuşdur. Mərhumun 40 mərasimində aralarında yaranmış söz-söhbətə görə münasibətləri korlanmışdır. X6 40 mərasiminə xərclənən 1.200 manat pulu Cavabdeh ilə razılaşdıqları pulun 600 manatını qarşı tərəfə verməsinə etiraz etmir. Dəfn günü, 3 mərasimi mərhum Cəfər Məmmədova aid olub. Yəni mərhumun öz pulundan xərclənib. Həmin mərasimlərdə şəxsən özü iştirak etmişdir. O, bu məzmunda məhkəməyə ərizə təqdim edir. Bundan əlavə o, mərhuma məxsus avtomobilin 40 mərasiminin səhəri günü Telman tərəfindən onun öz qarajına aparıldığını, o vaxtdan avtomobildən məlumatları olmadığını, həmçinin evə heç bir xərc qoyulmadığını bildirmişdir. Dəfndən sonra mərhumun meyitinin yerinin dəyişdirilməsi ilə bağlı heç bir məlumatlarının olmadığını, mərhumun başqa şəxslərə borcu olmadığını bildirmişdir. Elçin orada belə bir ifadə işlətmişdir ki, mərhumun yerini dəyişmək üçün 10.000 manat pul lazımdır. Göstərilənlərə əsasən iddia tələbinin sonuncu dəyişdirilmiş formada təmin olunmasını, qarşılıqlı iddianın isə qismən təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ilkin iddia ərizəsi üzrə iddia tələbinin həcminin dəyişməsi barədə verdiyi xx.xx.2024-cü il tarixli ərizəsini müdafiə etdiyini, evlə bağlı qarşı tərəflə aralarında razılaşma olduğunu, lakin hələki tərəflər arasında barışığın olmadığını, nəqliyyat vasitəsinin satış qiymətinin ½ hissəsi olan 5.500 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsini, X14, həmçinin İddiaçı ½ hissəsinin mirasdan qalmış 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişinə aid - 1100 manat pulun və, 6403 (altı min dörd yüz üç) ABŞ dollarına aid - 3201,5 ABŞ dolları məbləqinin cavabdeh tərəfindən İddiaçı ödənilməsini, Azərbaycan Respublikası MM-nin 224-cü maddəsinin 1 və 2-ci hissələrinə əsasən- məhkəmə zamanı cavabdeh tərəfindən iddiaçıya borclu olması və onun həmin borcu digər qayda ilə ödəməkdən imtina etməsi faktı müəyyən edildikdə, tutmanın borcluya aid miras payından çıxarılıb iddiaçının payına birləşdirilməsi yolu ilə yönəldilməsini və məhkəmə xərclərinə aid, iddiaçı tərəfindən vəkilin iştirakı üçün 221 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi 321 manat məbləğində xərclənmiş pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmiş, qarşılıqlı iddia ərizəsini qismən qəbul etdiklərini, 600 manatın ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçıya qaytarılmasına razı olduqlarını, digər məsrəflərə səbəb olan hərəkətlərlə bağlı tərəflər arasında razılaşma olmadığını, dəfnlə bağlı onlara heç bir məlumat verilmədiyini, abidənin dəyişdirilməsi ilə bağlı tərəflər arasında razılaşma olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsini və ərizəyə verdiyi dəqiqləşdirmə ərizəsini müdafiə etdiyini, mərhumun 40 mərasimində Ruqiyyə xanımla razılaşma olduğunu, 40 mərasiminə kimi Xuraman xanımın 10.000 manat vəsait xərclədiyini, avtomobilin 1 il 6 ay qarajda qaldığını, onun saz vəziyyətə gətirilməsi üçün 5000 manat da təmiri üçün xərclənmiş, sonra isə mübahisəli avtomobilin 11.000 manata satıldığını, evin təmir olunduğunu, X5 dəfni, hüzr mərasimi, keçirilən mərasim məclisləri, qəbir kompleksinin hazırlanması, mərhumun evində və avtomaşınında aparılan təmir işləri, mərhumla bağlı görülən digər işlərlə əlaqədar çəkilən 68.000 manat xərclərə aid edilməsi və həmin 68.000 manat pulun yarısı olan 34.000 manat pul ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, Cavabdeh tərəfindən miras əmlakın pulundan əlavə xərclədiyi 20.000 manat pula vərəsə kimi aid edilməsi, X5 mərasim məclislərinə miras əmlakın pulundan əlavə xərclənmiş 20.000 manat pulun yarısı olan 10.000 manat məbləğində pul, ödənilmiş 130 manat məbləğində dövlət rüsumu və 200 manat ödənilmiş vəkil pulu, cəmi 44.330 manat pul cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh və ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5292/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən X11na məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,6 kv.metr, yaşayış sahəsi 28,81 kv.metr, yardımçı sahəsi 18,79 kv.metr olan 2 otaqlı mənzilə dair verilmiş xx.xx.2020-ci il tarixli, habelə “Mercedes-Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X22 məxsus olmuş miras əmlakların - Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,6 kv.metr, yaşayış sahəsi 28,81 kv.metr, yardımçı sahəsi 18,79 kv.metr olan 2 otaqlı mənzilin, 1988-ci il buraxılışlı, “Mercedes Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilin, 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyünün, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyünün, 1 ədəd qızıl boyunbağının, 1 ədəd qızıl qolbağının, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğasının, 7 ədəd qızıl dişin, 1 ədəd qara rəngli “Samsung” markalı planşetin, 1 ədəd “Samsung” markalı mobil telefonun, 6403 ABŞ dolları məbləğində pulun, 74 Yuan Çin pulunun, 200 Rusiya rublunun 1\2 hissəsinə İddiaçı vərəsə olmasının tanınması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2V-450 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X16 vərəsələri İddiaçı və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Digər vərəsə Cavabdeh ½ hissədə payı açıq qalır. Şəhadətnamədə verilən miras əmlak X22 məxsus olan 1 ədəd üzərində qaşı olan kişi üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl diş, 1 ədəd qara rəngli “Samsung” markalı planşet, 1 ədəd “Samsung” markalı mobil telefon, 6403 ABŞ dolları, 74 Yuan Çin pulu, 200 Rusiya rublunun ½ hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2V-451 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X16 vərəsələri İddiaçı və o miras əmlakdan ½ hissədə pay almalıdır. Digər vərəsə Cavabdeh ½ hissədə payı açıq qalır. Şəhadətnamədə verilən miras əmlak Ağcabədi RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BD169346 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBD2100611A749719, mühərrik nömrəsi **********2477 və buraxılış ili 1998-ci il olan “Mercedes Benz E240” minik markalı, ** OS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2V-452 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X16 vərəsələri İddiaçı və o miras əmlakdan ½ hissədə pay almalıdır. Digər vərəsə Cavabdeh ½ hissədə payı açıq qalır. Şəhadətnamədə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X22 verilmiş **********45-05101-093038 reystr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.6 kv.metr, yaşayış sahəsi 28.81 kv.metr, yardımçı sahəsi 18.79 kv.metr, 2 otaqlı olan mənzildəki ½ hissədən ibarətdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 2V-161 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X16 vərəsələri Cavabdeh və o miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AB565103 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2100611A749719, mühərrik nömrəsi **********2477 və buraxılış ili 1998-ci il olan “Mercedes Benz E240” minik markalı, ** OS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan satıcı Cavabdeh ilə alıcı X30 arasında bağlanılmış xx.xx.2020ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ban nömrəsi WDB2100611A749719, mühərrik nömrəsi **********2477 və buraxılış ili 1998-ci il olan “Mercedes Benz E240” minik markalı, ** OS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi satıcı tərəfindən 11.000 manata alıcıya satılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası zamanı iş üzrə şahid qismində dindirilmiş X30 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, “o X11 ilə yaxın dost olmuş, onunla eyni sinifdə oxumuş və qonşu olmuşlar. Mərhumun bütün dəfn və mərasim xərclərini Cavabdeh özü qarşılamışdır. Mərhumdan qalan avtomobili 6000 manata o almış, 5000 manat da təmiri üçün xərclənmiş və dövlət nömrə nişanı alaraq 11000 manata üçüncü şəxsə satmışdır. Mərhum dəfn olduğu yerdən çıxarılaraq, Yasamal qəbiristanlığında anasının və qardaşının yanında dəfn edilmiş və onların məzarının hazırlanması üçün Cavabdeh tərəfindən 10000 manat pul verilmişdir. Mərhumdan qalan qızıl-zinyət əşyaları isə 2200 manata satılmışdır. Mərhumdan qalan maşının və qızılların satışından əldə olunan pullar evin təmirinə və yas mərasiminin keçirilməsinə xərclənmişdir. Bütün bu proseslərdə o və X26 birlikdə iştirak etmişlər. O, X33 Tofiq adlı qardaşının olmasını yalnız onun dəfnində öyrənmişdir”. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası zamanı iş üzrə şahid qismində dindirilmiş X26 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, “o, 45 ildir ki, mərhum Səfər Məmmədovu tanıyırdı, onlar eyni məktəbdə oxumuş və qonşu olaraq yaşamışdır. Mütəmadi olaraq mərhumun evinə gedişgəlişi olmuşdur. Mərhum ilk olaraq xristian qəbiristanlığında dəfn olunan zaman o, iştirak etməmiş, qardaşı İddiaçı orda olmuşdur. Mərhumdan qalan qızıl və maşının satışından qalan pullar evin təmir olunmasına və hüzr mərasiminin keçirilməsinə xərclənmişdir. Mərhum dəfn olduğu yerdən çıxarılaraq, Yasamal qəbiristanlığında anasının və qardaşının yanında dəfn edilmiş və onların məzarının hazırlanması üçün Cavabdeh tərəfindən 10000 manat pul verilmişdir. X33 hüzr mərasimi Cavabdeh tərəfindən ödənilmişdir”. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası zamanı iş üzrə şahid qismində dindirilmiş X10 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, “Səfər Məmmədov ilə ailəvi yaxın olmuşdur. Mərhumun vəfat etdiyi günün səhəri o, hüzr mərasimində molla olaraq həm ilkin məclisi aparmışdır. Hüzr mərasimində iştrak etdiyinə görə təxminən 700 manat məbləğində pul ona Cavabdeh tərəfindən ödəniş edilmişdir və mərasimdə də digər xərclərin Cavabdeh tərəfindən ödənildiyini eşitmişdir”. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası zamanı iş üzrə şahid qismində dindirilmiş X27 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, “mərhum ilkin olaraq rus qəbiristanlığından dəfn edilmiş, sonradan mərhumun nəşi Yasamal qəbiristanlığına köçürülmüşdür. O, dəfndə iştirak etmişdir. Dəfndə və hüzr mərasimlərinin keçirilməsi üçün pul Cavabdeh tərəfindən ödənilmişdir”. “Nikah haqqında”şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X15 arasında nikah 13 iyul 1983-cü ildə 281 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikahdan sonra Ruqiyyə İmanqulu qızı “Təhməzova” soyadını qəbul etmişdir. 22 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/7462 saylı Məhkəmə mühəndis-texniki ekspert rəyinin nəticəvi hissəsində qeyd edilir. “Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında 64 nömrəli, 2 otaqlı, ümumi sahəsi 47.6 kv.metr (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda isə daşınmaz əmlakın ümumi sahəsi 51.24 kv.metr) olan mənzilin faktiki vəziyyətinə görə, mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələrni (mətbəx, dəhliz, və s.) yalnız bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun mənzilin tərəflərin payına uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir”. 23 sentyabr 2024-cü il tarixli, 9/49xx-xx/4796 saylı Məhkəmə mühəndis-texniki ekspertizası, tikinti- texniki obyektlərinin tədqiqi və ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi haqqında ekspert rəyinin nəticəvi hissəsində qeyd edilir. “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 8 nömrəli evin, 64 nömrəli mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 115000.0 manat məbləğində müəyyən edilmişdir. İşin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5292/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallarına əsasən iddiaçı ilə cavabdeh doğma qardaş bacı, X29 isə onların ögey (ana bir, ata ayrı) qardaşları olmuşdur. X16 mülkiyyətində xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış (Qeydiyyat nömrəsi: **********) Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında yerləşən 64 saylı mənzil, “Mercedes Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobil və Azərbaycan Respublikasının DİN-nin Maliyyə-Plan İdarəsinin depozitində saxlanılan qızıl-zinət əşyaları və pul vəsaiti olmuşdur. X29 xx.xx.2019-cu il tarixdə ölmüş və ondan miras qalmış mənzilə dair xx.xx.2020-ci il tarixdə, “Mercedes Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2020-ci il tarixdə yalnız cavabdehə qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir. Qanuni qüvvəsini almış həmin məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,6 kv.metr, yaşayış sahəsi 28,81 kv.metr, yardımçı sahəsi 18,79 kv.metr olan 2 otaqlı mənzilin, 1988-ci il buraxılışlı, “Mercedes Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilin, 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyünün, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyünün, 1 ədəd qızıl boyunbağının, 1 ədəd qızıl qolbağının, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğasının, 7 ədəd qızıl dişin, 1 ədəd qara rəngli “Samsung” markalı planşetin, 1 ədəd “Samsung” markalı mobil telefonun, 6403 ABŞ dolları məbləğində pulun, 74 Yuan Çin pulunun, 200 Rusiya rublunun 1/2 hissəsinə İddiaçı vərəsə olması tanındıqdan sonra sonuncuya xx.xx.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Qətnamə qanuni qüvvəsini aldığından, məhkəmə hesab edir ki, qətnamə ilə müəyyən edilmiş halların hazırkı iş üzrə preyudisial qüvvəsi vardır. Məhkəmə araşdırılması zamanı isə müəyyən edilmişdir ki, ilkin iddianın “Mercedes E- 240” minik markalı, ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alqı-satqı qiymətinin ½ hissəsi olan 5.500 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, X14, həmçinin ilk iddia üzrə İddiaçı ½ hissəsininin mirasdan qalmış 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişinə aid 1.100 manat pulun və 6403 ABŞ dollarına aid-3201,5 ABŞ dolları məbləğinin cavabdeh tərəfindən İddiaçı ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, ilk iddia qeyd edilən hissədə əsaslıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə və həmçinin ilk iddiaçıya xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının mübahisəli avtomobilə və 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyünə, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyünə, 1 ədəd qızıl boyunbağıya, 1 ədəd qızıl qolbağa, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğasına, 7 ədəd qızıl dişə, 6403 ABŞ dolları məbləğində pul vəsaitinə ½ hissədə pay hüququ tanınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz iddia tələblərini əsaslandırarkən qarşılıqlı iddiasında göstərmişdir ki, X5 dəfn və hüzr mərasimlərinin həyata keçirilməsi üçün tərəfindən göstərilən avtomobil, qızıl-zinət əşyaları satılmış və satışdan əldə edilən pul vəsaiti və 6403 ABŞ dolları pul vəsaiti hesabına həmin xərclər qarşılanmışdır. Qarşılıqlı iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının ümumilikdə 2.200 manata satıldığı qeyd edilmişdir. Həmçinin mülki işin materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, mübahisəli avtomobil Cavabdeh nümayəndəsi X26 tərəfindən (Cavabdeh X19 verilmiş etibarnamə əsasında) X23 11.000 manata satılmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh göstərilən mübahisəli əmlakları satması və pulu xərcləməsi həm özü tərəfindən qarşılıqlı iddia ərizəsində etiraf edilmişdir, həm də iş materialları ilə sübut olunur. Lakin Cavabdeh göstərilən əmlaklardan əldə edilmiş pulu və miras qalmış 6403 ABŞ dollarını miras qoyan X33 dəfn və hüzr mərasimləri üçün xərcləməsi işin heç bir mötəbər sübutu ilə sübuta yetirilmir. Halbuki, Cavabdeh özünün Səfər Məmmədovun tək vərəsəsi olmadığını, özündən başqa digər doğma qardaşının da vərəsə olmalı olduğunu bilirdi. Həmçinin onun göstərilən avtomobili təmir etdirməsi daha sonra satması, yəni avtomobilin dəyərinin yaxşılaşdırılması, X33 dostuna olan borcunu ödəməsi barədə gətirdiyi arqumentlər də işin hər hansı hal ilə sübut olunmur. Lakin işin məhkəmə baxışı zamanı ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi X12 izahatında bildirmişdir ki, dəfn günü 600 manat Xuraman tərəfindən xərclənmiş pulu ona qaytarmaqdan imtina etmir. Beləliklə, sadalanan xüsusatlara və Mülki Prosessual Məcəllənin 191-ci maddəsinə əsasən və məhkəmə hesab edir ki, ilk iddia qeyd edilən hissələrdə təmin edilərək, qızılzinət əşyalarının qarşılıqlı iddia ərizəsində iddiaçı tərəfindən 2.200 manata satılması və həmin qızıl zinət əşyalarında ilk iddiaçının payı nəzərə alınaraq, dəyərinin yarısı olan 1.100 manat, mübahisəli avtomobilin 11.000 manat dəyərində satılmasından əldə edilən pul vəsaitinin ilk iddiaçının payına mütənasib 5.500 manat hissəsi və 6403 ABŞ dolları məbləğində pul vəsaitinin isə yenə ilk iddiaçının payına uyğun olaraq 3201,5 ABŞ dolları hissəsi Cavabdeh alınaraq,İddiaçı ödənilməlidir. Eyni zamanda qarşılıqlı iddia qismən təmin edilərək qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı 600 manat məbləğində pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən, “iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər”. Məhkəmə həmçinin ilk iddianın “məhkəmə zamanı cavabdeh tərəfindən iddiaçıya borclu olması və onun həmin borcu digər qayda ilə ödəməkdən imtina etməsi faktı müəyyən edildikdə, tutmanın borcluya aid miras payından çıxarılıb iddiaçının payına birləşdirilməsi yolu ilə yönəldilməsi” barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh ilk İddiaçı xeyrinə tutulacaq pul vəsaitlərinin ödənilməsindən imtina edilməsi faktı məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələblərinin “ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X5 dəfni, hüzr mərasimi, keçirilən mərasim məclisləri, qəbir kompleksinin hazırlanması, mərhumun evində və avtomaşınında aparılan təmir işləri, mərhumla bağlı görülən digər işlərlə əlaqədar çəkilən 68.000 xərclərə aid edilməsi və həmin 68.000 manat pulun yarısı olan 34.000 manat pul ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, Cavabdeh tərəfindən miras əmlakın pulundan əlavə xərclədiyi 20.000 manat pula vərəsə kimi aid edilməsi, X5 mərasim məclislərinə miras əmlakın pulundan əlavə xərclənmiş 20.000 manat pulun yarısı olan 10.000 manat məbləğində pulun İddiaçı alınaraq Cavabdeh ödənilməsi barədə hissələrini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia göstərilən hissələrdə qarşılıqlı iddiaçı tərəfindən işin hər hansı mötəbər sübutu ilə sübut olunmadığından, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edildiyindən, ilk iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olan 100 manat ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin hüquqi yardıma görə ilk iddiaçı tərəfindən 221 manat məbləğində pul vəsaitinin ödənilməsi iş materialları ilə müəyyən edildiyindən, göstərilən hissədə də ilk iddia təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddianın təmin olunmuş məbləğinə uyğun olaraq 30 manat dövlət rüsumu qarşılıqlı iddia ərizəsi üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia ərizəsi üzrə iddiaçıya ödənilməli və vəkil xidmətlərindən istifadəyə görə ödənilmiş 200 manat pul vəsaiti qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Bundan əlavə ekspertiza təhqiqatlarının dəyəri olan ümumilikdə 150 (yüz əlli) manat məbləğində vəsait tərəflər arasında yarı bölünməklə İddiaçı 75 (yetmiş beş) manat, Cavabdeh 75 (yetmiş beş) manat olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlk iddia təmin edilsin. İddiaçı 1998-ci il buraxılışlı, “Mercedes Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobildəki payına uyğun olaraq satış qiymətinin ½ hissəsi olan 5.500 (beş min beş yüz) manat pul, X14, həmçinin İddiaçı ½ hissəsinin mirasdan qalmış 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişdə olan payına uyğun olaraq 1.100 (min yüz) manat pulun və 6.403 ABŞ dolları pul vəsaitində olan payına uyğun olaraq ödəniş gününə qüvvədə olan məzənnə ilə 3201,5 (üç min iki yüz bir dollar əlli sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, həmçinin ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş xidmət haqqının əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 600 (altı yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Cavabdeh ödənilsin. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun 100 manatlıq hissəsinin onun özünə aid edilsin. Qarşılıqlı iddia qalan hissələrdə rədd edilsin. Ekspertiza təhqiqatının dəyəri olan ümumilikdə 150 (yüz əlli) manat məbləğində vəsait tərəflər arasında yarı bölünməklə İddiaçı 75 (yetmiş beş) manat, Cavabdeh 75 (yetmiş beş) manat olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininin hesabına ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar