Məhkəmə qərarları › İş №2(053)-1505/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1505/2025

23.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1505/2025 23.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxslər X9 və X10 iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həmçinin tələbin həcminin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək Neftçala rayonu Aqrar İslahat Komissiyasının 29 aprel 1997-ci il tarixli, 29 nömrəli qərarı ilə verilmiş (JN:286, KOD ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət X1, X15, X11 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə çıxarılacaq yekun məhkəmə aktının X10 və X9 mənafelərinə təsir edə biləcəyi nəzərə alınaraq, onlar işə maraqlı şəxs qismində cəlb olunmuşlar. Ərizəçi işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 29 aprel 1997-ci il tarixli, 29 nömrəli qərarı ilə 4,59 hektar torpaq sahəsi ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Sözügedən komissiyanın 29 aprel 1997-ci il tarixli, 29 nömrəli qərarına əsasən verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında (JN:286, KOD ********) komissiyanın diqqətsizliyi nəticəsində X4 Sevinc Sadiq qızı kimi qeyd edilmişdir. Torpağın mülkiyyətçilərindən olan X12 22 fevral 2016-cı ildə ölmüşdür. “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında buraxılmış texniki səhvləri aradan qaldırmaqla mülkiyyətində olan 4,59 hektar torpaq sahəsinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. 13 saylı Şirvan Ərazi İdarəsinin 05 avqust 2025-ci il tarixli bildirişində səhv qeyd olunmuş adlar barədə hüquqmüəyyənedici sənəd, yəni məhkəmə qərarı təqdim olunmadığı üçün ərizənin icrasından imtina edilmişdir. X15 məxsus doğum haqqında arayışda onun soyadı, adı və ata adı X8 yazılsa da, 28 may 1990-cı ildə X12 ilə nikah bağlayaraq “Babayeva” soyadını qəbul etmiş və şəxsiyyət vəsiqəsində soyadı, adı və ata adı X6 yazılmışdır. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 sentyabr 2025-ci il tarixli arayışında da bəhs olunan adın Dövlət Aktında səhv qeyd olunduğu göstərilmişdir. Qeyd edilən sənədlərdə olan yanlışlığın aradan qaldırılması üçün cəhdlər etmiş, lakin buna nail ola bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxslər X17 və X20 işin məhkəmə baxışı zamanı ərizəçinin bildirdiklərinə uyğun məzmunlu izahatlar vermişlər. Ərizənin təmin olunmasını xahiş edirlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsini göndərməmiş bunun səbəbləri barədə məlumat verməmiş, həmçinin işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini və maraqlı şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. X15 məxsus “Doğum haqqında” arayışdan görünür ki, X3 “Rzayeva” kimi, həmçinin ona məxsus “Nikahın bağlanması haqqında” şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun adı “Sevil”, soyadı “Babayeva”, ata adı isə “Sadıq” kimi qeyd olunub. Ərizəçi və X11 məxsus “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, onların anası kimi “X20” göstərilib. “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X12 22 fevral 2016-cı ildə Neftçala rayonunda ölmüşdür. “Torpağa mülkiyyət hüququna dair” JN-286 nömrəli (kod ********) Dövlət Aktından görünür ki, Neftçala rayonu Boyat kənd sakini X7 və ailə üzvləri – X13, X11 və Ərizəçi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 4,59 hektar torpaq sahəsi ayrılmışdır. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 sentyabr 2025-ci il tarixli 227 nömrəli arayışında qeyd olunur: «Verilir həmin arayış Neftçala rayonunun Dördlər kənd sakini X15 ona görə ki, həqiqətən JN-286 KOD 80703018 Torpağa mülkiyyət hüququna dair dövlət aktında onun adı səhvən Sevinc (X18) yazılmışdır. Düzgün olaraq isə onun adı Sevildir (X20)....» Yuxarıda qeyd olunan sübutların cəmi belə bir qənaətə gəlməyə əsas verir ki, «X16» («X20») ərizəçinin anasıdır. Lakin müvafiq sənəddə X10 adı «Sevinc», ata adı isə «Sadiq» kimi yazılmışdır. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəmi ilə müəyyən olunur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-286 nömrəli (kod ********) Dövlət Aktında torpaq sahəsinin mülkiyyətçiləri Ərizəçi, ərizəçinin atası X12, ərizəçinin anası X20 və ərizəçinin bacısı X14r. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 05 avqust 2025-ci il tarixli “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” bildirişdən görünür ki, ərizəçi müvafiq faktları təsdiq edən sənədləri məhkəmədən kənar qaydada əldə etmək üçün cəhdlər göstərmiş, lakin bu cəhdləri nəticə verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Neftçala Rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1997-ci il tarixli 29 nömrəli qərarı ilə ayrılmış 4,59 ha torpaq sahəsi ilə bağlı “Torpağa mülkiyyət hüququna dair” JN- 286 nömrəli 80703018 kodlu Dövlət X2, X17 və Ərizəçi ilə yanaşı X15 (Dövlət Aktında «X16» kimi qeyd edilib) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar