Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-154/2025 17.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs5 iştirakı ilə Ərizəçi tərəfindən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 nomrəli ilə qərarı ilə 7.62 torpaq sahəsinin Ərizəçi, Maraqlı şəxs2 və ailə üzvləri Maraqlı şəxs3, X10, Maraqlı şəxs5 və X3 mülkiyyətinə verilməsi barədə torpağa mülkiyyət hüququna dair JN-105 KOD, 80706018 nömrəli Dövlət Aktının Ərizəçi, Maraqlı şəxs2 və ailə üzvləri, Maraqlı şəxs3, Eyvazova (nikahdan əvvəl - Nərimanova) Süsən Abış qızı, Maraqlı şəxs5 və X8 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək, Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 nömrəli qərarı ilə onun mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 7,62 hektar torpaq sahəsinin verildiyini bildirmişdir. Əlavə olaraq qeyd edir ki, bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN-105 seriayalı, 80706018 KOD №-li Dövlət aktı da mövcuddur. İslahat Komissiyasının ona və ailə üzvlərinə torpaq sahəsinin verilməsinə dair həmin qərarında nəvəsi Yusifin soyadı səhvən «Ələkbərov» kimi göstərilmişdir. Halbuki nəvəsinin soyadı rəsmi sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqəsində «Eyvazov» kimi göstərilmişdir. Nəvəsi Yusifin soyadının «Eyvazov» olmasını qohumları və həmkəndliləri də şahid kimi təsdiq edə bilərlər. Göründüyü kimi torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında göstərilən nəvəsi Yusifin soyadı, şəxsiyyət vəsiqəsində göstərilən soyadı ilə uyğun gəlmir. Həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ona həmin torpaqla bağlı müvafiq sənədləşmə işlərinin aparılması üçün lazımdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs5 işin məhkəmə baxışı iclası zamanı qardaşı oğlu olan X1 səhvən «Ələkbərov» kimi göstərildiyini, əslində isə bütün sənədlərdə «Eyvazov» olduğunu qeyd etməklə ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Digər maraqlı şəxslərə məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan JN - 105 seriyalı, 80706018 kod nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi və onun ailə üzvləri kimi qeyd edilən Maraqlı şəxs2, Maraqlı şəxs3, X9, Maraqlı şəxs5 və X4 Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-cı il tarixli, 33 saylı qərarı ilə 7.62 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi mülkiyyətinə verilmişdir. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1937-ci ildə Neftçala rayonu, Qaçaqkənd kəndində doğulmuşdur. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 oğlu 22 sentyabr 1946-cı ildə Salyan rayonu, Seyidsadıqlı kəndində doğulmuşdur. “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs3 ilə X10 arasında 05 iyul 1996-cı ildə nikah bağlanmış, nikahdan sonra arvada “Eyvazova” soyadı verilmişdir. “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 15 avqust 1996-cı ildə Neftçala rayonu, Qaçaqkənd kəndində doğulmuşdur. Atası Maraqlı şəxs3, anası isə Maraqlı şəxs4dır. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 15 avqust 1996-cı ildə doğulmuşdur. C seriayalı, 034181 nomrəli Bakalavr diplomunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Texniki Universitetinin Dövlət Attestasiya Komissiyasının 20 iyun 2019-cu il tarixli qərarı ilə X2 hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. Məhkəmədə müəyyən edildi ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 7.62 hektar torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair torpağa mülkiyyət hüququna dair Dövlət aktında Yusif İnqilab oğlunun soyadı Eyvazov olduğu halda “Ələkbərov” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən də məhkəmə belə nəticəyə gəlir ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətə verilmiş JN – 105 seriyalı, kod 80706018 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Eyvazova (nikahdan əvvəl - Nərimanova) Süsən Abış qızına, Maraqlı şəxs5 və X8 məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və onun ailə üzvləri kimi qeyd olunmuş Maraqlı şəxs2, Maraqlı şəxs3, X6, Maraqlı şəxs5 və X3 adlarına Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 saylı qərarı ilə 7.62 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətlərinə verilməsinə dair JN -105 seriyalı, 80706018 kod nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Eyvazova (nikahdan əvvəl - Nərimanova) Süsən Abış qızına, Maraqlı şəxs5 və X8 məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-154/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-154/2025
17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver