Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1551/2025 12.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və onun ailə üzvləri kimi qeyd olunmuş X6, X1 və X7 adlarına Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 44 nömrəli və xx.xx.2002-ci il tarixli 63 nömrəli qərarı ilə 3.43 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin verilməsinə dair JN-0063 KOD 80702028 nömrəli dövlət aktının Ərizəçi, X8, Muxtarlı (nikahdan əvvəl Kazımova) Lumuxanım Firdovsi qızına və Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 44 nömrəli və xx.xx.2002-ci il tarixli 63 nömrəli qərarı ilə ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,43 hektar torpaq sahəsi verilmişdir. Bu barədə torpağa mülkiyyət hüququna dair JN-0063 KOD 80702028 nömrəli dövlət aktı mövcuddur. İslahat Komissiyasının ərizəçiyə və ailə üzvlərinə torpaq sahəsinin veriməsinə dair qərarında oğlu Elmarın adı səhvən Elşad kimi göstərilmişdir. Oğlunun adı soyadı, rəsmi sənədlərlə o cümlədən, şəxsiyyət vəsiqəsində “Maraqlı şəxs2” kimi göstərilmişdir. Ərizəçi oğlunun adının Elmar olmasını qohumlarının və həmkəndlilərinin şahid kimi təsdiq edə biləcəyini qeyd edir. Göründüyü kimi torpağa çülkiyyət hüququna dair Dövlət aktında 4-cü sırada X3 qeyd edilən şəxsin soyadı adı həmin şəxsin ərizəçinin oğlu olduğunu təsdiq etsə də adı Elmar olduğu halda səhvən Elşad kimi qeyd edildiyindən şəxsiyyət vəsiqəsində göstərilən ad ilə uyğun gəlmir. Ərizəçi lazım olan sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ərizəçiyə həmin torpaq sahəsi ilə bağlı müvafiq sənənləşmə üçün lazımdır. Ərizəçi xx.xx.2025-ci il tarixmə məhkəyəmə teleqram vuraraq, ərizəsinin təmin edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsono xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi və Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0063 nömrəli (kod ********) dövlət aktından müəyyən edilir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 44 nömrəli və xx.xx.2002-ci il tarixli 63 nömrəli qərarı ilə 3.43 hektar ölçüdə torpaq sahəsi Ərizəçi, X6, X1 və X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Maraqlı şəxs2 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X4 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 08846344 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X9 xx.xx.1973-cü il tarixdə Neftçala rayonu, Astanlı kəndində anadan olmuşdur. İş materiallarında olan 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 300778 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən edilir ki, X14 ilə X5 arasında xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 3866 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Muxtarlı soyadı verilmişdir. İş materiallarında olan Neftçala rayon VVAQ şöbəsi tərəfindən verilmiş V-JQ seriyalı 473712 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən edilir ki, Ərizəçi ilə X10 arasında xx.xx.1991-ci il tarixdə Neftçala rayon VVAQ şöbəsində nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 366 nömrəsi ilə qeyd edilmişdir.Nikahdan sonra arvada Kazımova soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Neftçala rayonu, Aşağlı Qaramanlı kəndində anadan olmuşdur. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən tərəfin izahatı, təqdim edilmiş rəsmi sənədlərlə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0063 nömrəli (kod ********) dövlət aktının Ərizəçi, X8, X2 və Maraqlı şəxs2 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0063 nömrəli (kod ********) Şəhadətnamənin Ərizəçi, X8, X2 və Maraqlı şəxs2 məxsus olmasını başqa qaydada müəyyən edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0063 nömrəli (kod ********) dövlət aktının Ərizəçi, X8, X2 və Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-1551/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1551/2025
12.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver