Məhkəmə qərarları › İş №2(053)-1554/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1554/2025

09.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1554/2025 09.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Neftçala rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə verilmiş (JN:121, KOD ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət X3, X10 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə 1,31 hektar torpaq sahəsi mərhum atası X14 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Bu barədə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı da (JN:121, KOD ********) mövcuddur. Sözügedən komissiyanın 06 noyabr 1997-ci il tarixli, 18 nömrəli qərarına əsasən verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında (JN:121, KOD ********) onun adı səhvən X9, mərhum atasının adı X13, mərhum anasının adı isə X1 göstərilmişdir. Halbuki onun adı rəsmi sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqəsində Ərizəçi kimi, mərhum atasının adı X12 və mərhum anasının adı isə X2 düzgün göstərilmişdir. Torpaq sahəsi ilə bağlı çıxarışı da sözügedən adlarda yanlışlıq olduğu üçün əldə edə bilmir. Qeyd edilən sənədlərdə olan yanlışlığın aradan qaldırılması üçün cəhdlər etmiş, lakin buna nail ola bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş, nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi məxsus şəxsiyyət vəsiqəsinin surətindən, həmçinin Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 oktyabr 2025-ci il tarixli “Doğum haqqında” və “Nikah haqqında” arayışlardan görünür ki, Ərizəçi adı “Elhun” kimi qeyd olunub. X16 məxsus “Ölüm haqqında” şəhadətnamənin surətindən, həmçinin Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, X14 adı “Ballı” kimi qeyd olunub. X6 məxsus “Ölüm haqqında” şəhadətnamənin surətindən, həmçinin Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, onun adı “Pürüzə” kimi qeyd olunub. “Torpağa mülkiyyət hüququna dair” JN-121 nömrəli (kod ********) Dövlət Aktından görünür ki, Neftçala rayonu Şorkənd kənd sakini X22 və ailə üzvləri – X7 və X5 təsərrüfatı məhsullarının istehsalı üçün 1,31 hektar torpaq sahəsi ayrılmışdır. Yuxarıda qeyd olunan sübutların cəmi belə bir qənaətə gəlməyə əsas verir ki, «X19» («Ərizəçi») ərizəçinin özü, «X22» («X20») ərizəçinin atası, «X11» («X10») ərizəçinin anasıdır. Lakin müvafiq sənəddə Ərizəçi adı «Elnur» kimi, X14 adı «Balı» kimi, X4 isə adı «Firuzə» kimi yazılmışdır. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəmi ilə müəyyən olunur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-121 nömrəli (kod ********) Dövlət Aktında torpaq sahəsinin mülkiyyətçiləri Ərizəçi, ərizəçinin atası X20 və ərizəçinin anası X8r. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 26 sentyabr 2025-ci il tarixli “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” bildirişdən görünür ki, ərizəçi müvafiq faktları təsdiq edən sənədləri məhkəmədən kənar qaydada əldə etmək üçün cəhdlər göstərmiş, lakin bu cəhdləri nəticə verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Neftçala Rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə ayrılmış 1,31 ha torpaq sahəsi ilə bağlı “Torpağa mülkiyyət hüququna dair” JN- 121 nömrəli 80704068 kodlu Dövlət Aktının Ərizəçi (Dövlət Aktında «X19» kimi qeyd edilib), X16 (Dövlət Aktında «X22» kimi qeyd edilib) və X6 (Dövlət Aktında «X11» kimi qeyd edilib) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar