Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1596/2025 22.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi (qardaşı) X8 iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 18 saylı qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-227 nömrəli (kod ********) dövlət aktının X4, Maraqlı şəxs2 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi atasına Neftçala Rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1997-ci il tarixli 18 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,90 hektar torpaq sahəsi verilmişdir. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN-227 KOD 80703018 nömrəli şəhadətnamə də mövcuddur. İslahat Komissiyasının ərizəçi və onun ailə üzvlərinə torpaq sahəsinin verilməsinə dair həmin qərarında ərizəçinin anasının adı səhvən “X6” kimi göstərilmişdir. Ərizəçi qeyd edir ki, anasının adı rəsmi sənədlərdə o cümlədən şəxsiyyət vəsiqəsində “X10” qızı kimi göstərilmişdir. Ərizəçi, anasının adının “X10” qızı olmasını qohumlarının və həmkəndlilərinin şahid kimi təsdiq edə biləcəklərini qeyd edir. Eyni zamanda torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən ərizəçinin nəvəsi Yusifin soyadı şəxsiyyət vəsiqəsində göstərilən soyadı ilə uyğun gəlmir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyini və bu faktın müəyyən olunması ona həmin torpaqla bağlı müvafiq sənədləşmə işlərinin aparılması üçün lazımdır. Bildirir ki, atası X13 oğlu 17 fevral 1997-ci ildə “hipertoniya xəstəliyi” diaqnozundan vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi (qardaşı) X11 ərizənin məzmununa uyğun izahat verərək, “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi və Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-227 nömrəli (kod 8********) dövlət aktından müəyyən edilir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 18 saylı qərarı 2,90 ha ölçüdə torpaq sahəsi X3, Maraqlı şəxs2 Qulamat qızının və Ərizəçi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-227 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də adların düzəldilməsinə köməklik göstərilməsi barədə ********** və ********** saylı ərizələrinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Ərizəyə əlavə edilmiş hüquq müəyyənedici sənədlə şəxsiyyəti təsdiq edən sənəd arasında uyğunsuzluq müəyyən edildiyi üçün müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunur. İş materiallarında olan AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Maraqlı şəxs2 XX.XX.1936-cı il tarixdə Neftçala rayonu, Prorva kəndində anadan olmuşdur. İş materiallarında olan Neftçala rayon Boyat kənd İƏDN tərəfindən verilmiş İ-İE seriyalı 090963 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən edilir ki, Ərizəçi ilə X2 arasında xx.xx.1958-ci il tarixdə Neftçala rayon Boyat kənd İƏDN-də nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Dadaşov, arvada Dadaşova soyadı verilmişdir. İş materiallarında olan Neftçala rayonu Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xx.xx.2025-ci il tarixli 275 nömrəli arayışından müəyyən edilir ki, Dadaşov X9 rayonu Dördlər kəndində yaşayır. İş materiallarında olan Neftçala rayonu Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xx.xx.2025-ci il tarixli 274 nömrəli arayışından müəyyən edilir ki, Maraqlı şəxs2 adı texniki olaraq səhv yazılmışdır. Bu ailənin Maraqlı şəxs2 Qulamat qızı adlı üzvü olmamışdır. Maraqlı şəxs2 Qulamat qızı adlı vətəndaş ərazidə yaşamayıb və qeydiyyatda olmayıb. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən tərəfin izahatı, təqdim edilmiş rəsmi sənədlərlə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-227 nömrəli (kod ********) dövlət aktının X4, Maraqlı şəxs2 və Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-227 nömrəli (kod ********) X1, Maraqlı şəxs2 və Ərizəçi məxsus olmasını başqa qaydada müəyyən edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-227 nömrəli (kod ********) dövlət aktının X4, Maraqlı şəxs2 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-1596/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1596/2025
22.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver