Məhkəmə qərarları › İş №2(053)-161/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-161/2025

19.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-161/2025 19.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək – 09 noyabr 1987-ci il təvəllüdlü, övladı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1987-ci il təvəllüdlü, anamnezi Çernobil faciəsi ilə əlaqədar baş vermiş nüvə qəzasının təsirləri ilə əlaqədar olmuş və əlilliyi “çox ağır əqli gerilik” diaqnozu ilə xx.xx.2017-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasının qiymətləndirməsinə əsasən qəbul edilmiş qərar əsasında 1-ci dərəcəli, xx.xx.2024-cü il tarixli qiymətləndirmə qərarı əsasında isə 2-ci dərəcəli əlillik olaraq müəyyən edilmiş övladı X4 hazırda davranışlarının mənasını qavramamaqla kənar şəxsin nəzarətindən bilavasitə asılı vəziyyətdə yaşayır. Yuxarıda göstərilən səbəblərdən Günayın mövcud psixi vəziyyəti onun öz hərəkətlərini şüurlu idarə etmək imkanından məhrum etmiş və hüquqlarını müstəqil həyata keçirməsi qeyri-mümkün olmuşdur. Əlavə olaraq bildirir ki, ona əlillik dərəcəsinin yekun təyinatı da mübahisəlidir və bununla bağlı Şirvan İnzibati Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı mübahisələndirmə növündə qaldırılmış iddia tələbi 2-1(120)-4088/2024 nömrə ilə baxılmaqda davam edir. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Ərizəçi 27 aprel 2025-ci ildə məhkəməyə ərizə təqdim edərək yaşı və səhhəti ilə əlaqədar xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, prosesin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1963-cü ildə Lerik rayonu, Livədirqə kəndində doğulmuşdur. «Doğum haqqında» şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X4 09 noyabr 1987-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş, atası X5, anası Ərizəçi Məhərəməli qızıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X4 xx.xx.2024-cü ildə TSEK tərəfindən müayinə olunmuş, qiymətləndirmənin nəticəsi olaraq ona ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu.,Ağır dərəcəli əqli gerilik, İQ-33%, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə. Kənar şəxsin qulluq və nəzarətindən asılılıq diaqnozu qoyulmuşdur. Əmək qabiliyyətsizdir kimi əmək zəmanəti verilmişdir. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 18 fevral 2025-ci il tarixli, 533 saylı rəyində qeyd olunur ki, X2 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən olunur. X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X2 müəyyən edilən Ağır dərəcəli əqli gerilik, davranış pozutuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən «Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir». Həmin Məcəllənin 33.4 və 34.2-ci maddələrinə əsasən «On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir», «Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir». Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır». Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, hesab edir ki, 09 noyabr 1987-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan sayılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti X4 üzərində qəyyumluq təyin edilməsi üçün Neftçala Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 320, 321, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 noyabr 1987-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X4 üzərində qəyyum təyin edilməsi üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti Neftçala Rayon İcra Hakimiyyətinə göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar