Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1629/2025 29.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X14 və X30 qızının katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs2, Novruzova (Xankişiyeva) Rəksanə Qədir qızının və Maraqlı şəxs4 iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə 2,90 ha torpaq sahəsinin X23, X12 və ailə üzvləri Ərizəçi, Maraqlı şəxs2, X20 və Maraqlı şəxs4 mülkiyyətinə verilməsinə dair “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının (JN:0061, KOD ********) X13, X4 və ailə üzvləri Ərizəçi, Maraqlı şəxs2 və Novruzova (Xankişiyeva) Rəksanə Qədir qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə mərhum atası X15 və ailə üzvlərinin mülkiyyətinə 2,90 hektar torpaq sahəsi verilmişdir. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN-0061, KOD 80704068 nömrəli şəhadətnamə də mövcuddur. İslahat komissiyasının ona və ailə üzvlərinə torpaq sahəsinin verilməsinə dair həmin qərarında mərhum atası X8 ata adı səhvən «Əbül», mərhum X1nın adı səhvən «Uncahan», qızı Novruzova (Xankişiyevə) Rəksanə Qədir qızının adı səhvən «Rəna» kimi göstərilmişdir. Halbuki rəsmi sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqələrində mərhum atasının ata adı, «Əbülfəz» kimi, mərhum anasının adı «Umcahan», qızının isə adı «Rəksanə» kimi göstərilmişdir. Mərhum atasının ata adı, «Əbülfəz» kimi, mərhum anasının adı «Umcahan», qızının isə adı «Rəksanə» kimi qohumları və həmkəndliləri də şahid kimi təsdiq edə bilərlər. X1 28 noyabr 2005-ci il tarixdə “mədə xərçəngi”, atası X15 isə 31 dekabr 2008-ci il tarixdə “miokard infarktı” diaqnozu ilə vəfat etmişlər. Qeyd edilən sənədlərdə olan yanlışlığın aradan qaldırılması üçün cəhdlər etmiş, lakin buna nail ola bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs2, Novruzova (Xankişiyeva) Rəksanə Qədir qızı və Maraqlı şəxs4 işin məhkəmə baxışı zamanı ərizəçinin bildirdiklərinə uyğun məzmunlu izahatlar vermişlər. Ərizənin təmin olunmasını xahiş edirlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsini göndərməmiş bunun səbəbləri barədə məlumat verməmiş, həmçinin işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini və maraqlı şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. X13 məxsus “Ölüm haqqında” şəhadətnamənin surətindən, habelə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 adı “Umcahan” kimi qeyd olunub. X9 məxsus “Ölüm haqqında” şəhadətnamənin surətindən, habelə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 ata adı “Əbülfəz” kimi qeyd olunub. Novruzova (Xankişiyevə) Rəksanə Qədir qızına məxsus “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Novruzova (Xankişiyevə) Rəksanə Qədir qızının soyadı “Xankişiyeva” kimi, həmçinin ona məxsus “Nikah haqqında” şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun adı “Rəksanə”, soyadı “Novruzova”, ata adı isə “Qədir” kimi qeyd olunub. “Torpağa mülkiyyət hüququna dair” JN-0061 nömrəli (kod ********) Dövlət Aktından görünür ki, Neftçala rayonu Şorkənd kənd sakini X17 və ailə üzvləri – X6, Ərizəçi, Maraqlı şəxs2, X16 və Maraqlı şəxs4 kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,90 hektar torpaq sahəsi ayrılmışdır. Neftçala rayonu Qaraqaşlı bələdiyyəsi tərəfindən verilmiş 03 noyabr 2025-ci il tarixli, 377 nömrəli arayışda qeyd olunur: «1. Verilir Ərizəçi ondan ötrü ki, JN-0061 saylı kod 80704068 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında onun atasının soyadı, adı və atasının adı texniki səhv olaraq X11 yazılmışdır. Onun əsl soyadı, adı və atasının adı X15 olmuşdur; 2. Verilir Ərizəçi ondan ötrü ki, JN-0061 saylı kod 80704068 Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında onun anasının soyadı, adı və atasının adı texniki səhv olaraq X2 yazılmışdır. Onun əsl soyadı, adı və atasının adı X9 olmuşdur;
3. Verilir Ərizəçi ondan ötrü ki, JN-0061 saylı kod 80704068 Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında onun qızının soyadı, adı və atasının adı texniki səhv olaraq X7 yazılmışdır.Onun əsl soyadı, adı və atasının adı Novruzova (Xankişiyeva) Rəksanə Qədir qızıdır». Neftçala Rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 oktyabr 2025-ci il tarixli 596 nömrəli arayışında qeyd olunur: «Verilir Ərizəçi ondan ötrü ki, JN-0061 saylı kod 80704068 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında onun atasının soyadı, adı və atasının adı texniki səhv olaraq X11 yazılmışdır. Onun əsl soyadı, adı və atasının adı X15 olmuşdur; 2. Verilir Ərizəçi ondan ötrü ki, JN-0061 saylı kod 80704068 Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında onun anasının soyadı, adı və atasının adı texniki səhv olaraq X2 yazılmışdır. Onun əsl soyadı, adı və atasının adı X9 olmuşdur; 3. Verilir Ərizəçi ondan ötrü ki, JN-0061 saylı kod 80704068 Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında onun qızının soyadı, adı və atasının adı texniki səhv olaraq X7 yazılmışdır.Onun əsl soyadı, adı və atasının adı Novruzova (Xankişiyeva) Rəksanə Qədir qızıdır....» Yuxarıda qeyd olunan sübutların cəmi belə bir qənaətə gəlməyə əsas verir ki, «X15» («X23») ərizəçinin atası, «X9» («X10») ərizəçinin anası, «Novruzova (Xankişiyevə) Rəksanə Qədir qızı» («X20») ərizəçinin qızıdır. Lakin müvafiq sənəddə X8 ata adı «Əbül» kimi, X3 adı «Uncahan» kimi, Novruzova (Xankişiyevə) Rəksanə Qədir qızının adı isə «Rəna» kimi yazılmışdır. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəmi ilə müəyyən olunur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0061 nömrəli (kod ********) Dövlət Aktında torpaq sahəsinin mülkiyyətçiləri Ərizəçi, ərizəçinin atası X15, ərizəçinin X1, ərizəçinin arvadı Maraqlı şəxs2, ərizəçinin qızı Novruzova (Xankişiyevə) Rəksanə Qədir qızı və ərizəçinin oğlu Maraqlı şəxs4dur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 01 oktyabr 2025-ci il tarixli “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” bildirişdən görünür ki, ərizəçi müvafiq faktları təsdiq edən sənədləri məhkəmədən kənar qaydada əldə etmək üçün cəhdlər göstərmiş, lakin bu cəhdləri nəticə verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin olunsun. Neftçala Rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə ayrılmış 2,90 ha torpaq sahəsi ilə bağlı “Torpağa mülkiyyət hüququna dair” JN- 0061 nömrəli 80704068 kodlu Dövlət Aktının Ərizəçi, Maraqlı şəxs2 və Maraqlı şəxs4 ilə yanaşı X13 (Dövlət Aktında «X23» kimi qeyd edilib), X4 (Dövlət Aktında «X10» kimi qeyd edilib) və Novruzova (Xankişiyeva) Rəksanə Qədir qızına (Dövlət Aktında «X20» kimi qeyd edilib) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Ceyhun Qədimov