Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1713/2025 26.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi X5 iştirakı ilə, Ərizəçi X5 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 18 dekabr tarixli 18 saylı qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-382 nömrəli (kod ********) dövlət aktının Ərizəçi, X3, X9, X14, Orucova (Sadıqova) Aysel Elsevər qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 18 saylı qərarı ilə 5,33 ha ölçüdə torpaq sahəsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-382 nömrəli (kod ********) Şəhadətnaməyə əsasən ona və onun ailə üzvlərinin ümumi paylı mülkiyyətinə verilmişdir. Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən verilmiş “Torpağa mülkiyyət hüququna dair” aktında ərizəçinin ailə üzvləri Ərizəçi “Ərizəçi qızı” kimi və X18 “X22” kimi səhv qeyd edilmişdir. X2, X10 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ata adı, ad və soyad düzgün göstərilmişdir. Torpaq payçısı kimi “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında adı göstərilən X6 xx.xx.2008-ci ildə vəfat etmişdir. Ərizəçi Neftçala rayonu Aqrar İslahat Komissiyasının diqqətsizliyinə görə yaranmış səhvliklə əlaqədar 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDKYDƏDK və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə verdiyi ərizəyə xx.xx.2025-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsində baxılaraq, ərizəçinin ünvanına göndərilmişdir. xx.xx.2025-ci il tarixli 3-21-3-38/2-3309/2025 saylı bildirişdə qeyd edilir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 18 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-382 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədində X7 “X22” kimi səhv qeyd edilməsi barədə hüquqmüəyyənedici sənəd tərəfinizdən təqdim edilməmişdir. “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədində adı səhv qeyd edilmiş “X19” kimi qeyd edilmiş X22 (X20 ilə xx.xx.2024-cü ildə nikaha daxil olaraq ər soyadını qəbul etmişdir.) X11 məxsus hüquqmüəyyənedici sənəd-doğum haqqında şəhadətnaməsində əsl adı Aysel kimi, şəxsiyyət vəsiqəsində X4 qeyd edilmişdir. “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədində ərizəçinin ad soyad və ata adı Ərizəçi kimi deyil qızı kimi səhv yazılmışdır. Ərizəçi ona məxsus hüuqumüəyyənedici sənədlərdə doğum haqqında şəhadətnamədə Ərizəçi, şəxsiyyət vəsiqəsində Ərizəçi kimi düzgün yazılmışdır. Xol Qarabucaq kənd İƏD-i üzrə nümayəndənin xx.xx.2025-ci il tarixli 135 saylı DƏDKRPHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə təqdim etmək üçün verilmiş ailə tərkibi haqqında arayışında bu ailənin Ərizəçi qızı və X22 adlarında ailə üzvləri olmayıb, əslində onlar, Ərizəçi və X12r. Ərizəçi onunla bağlı olan məsələnin mübahisəsiz olduğunu və məhkəmədənkənar həll edildiyini qeyd edib. Neftçala rayon Xolqarabucaq kənd bələdiyyəsinin 13 oktyabr 2025-ci il tarixli 368 saylı arayışından görünür ki, Azərbaycan Respublikasının DYLİ, X25 Komitəsinin Neftçala rayon şöbəsi tərəfindən JN-382 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında texniki səhv olaraq X23 yazılmışdır. X1r. Neftçala rayon Xol Qarabucaq kənd İƏD-si üzrə nümayəndənin xx.xx.2025-ci il tarixli 406 saylı arayışından görünür ki, Azərbaycan Respubliasının DYLİ, X25 Komitəsinin Neftçala rayon şöbəsi tərəfindən JN-382 nömrəli Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında texniki səhv olaraq X23 yazılmışdır. X1r. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-382 nömrəli (kod ********) dövlət aktından müəyyən edilir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 18 saylı qərarı 5,33 ha ölçüdə həyətyanı torpaq sahəsi Ərizəçi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.20245-ci il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 18 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-382 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədində X7 “X22” kimi səhv qeyd edilməsi barədə hüquqmüəyyənedici sənəd tərəfinizdən təqdim edilməmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ ******* nömrəli xx.xx.1968-ci il tarixli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Salyan rayonu Xolqarabucaq kəndində anadan olmuşdur. İş materiallarında olan JQ 422375 nömrəli xx.xx.1996-cı il tarixli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X24 xx.xx.1996-cı il tarixdə Neftçala rayonu Xolqarabucaq kəndində anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X18 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Neftçala rayon Xol Qarabucaq kənd İƏDN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 135 nömrəli arayışdan görünür ki, bu ailənin Ərizəçi qızı və X22 adlarında ailə üzvləri olmayıb əslində onlar, Ərizəçi və X12r. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən tərəfin izahatı, təqdim edilmiş rəsmi sənədlərlə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-382 nömrəli (kod ********) dövlət aktının Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-382 nömrəli (kod ********) dövlət aktının X8, X3, X15sa, X16 və X17 məxsus olmasını başqa qaydada müəyyən edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-382 nömrəli (kod ********) dövlət aktının X8, X3, X13, X16 və X17 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-1713/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1713/2025
26.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver