Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1735/2025 06.03.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 24 sentyabr 1999-cu il tarixli 41 saylı qərarı ilə ayrılmış Neftçala rayon Haqverdili kəndində yerləşən 4,60 hektar kənd tədərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı “Torpağın mülkiyyət hüququna dair” JN-0090 nömrəli 80707058 kodlu Dövlət Aktının Ərizəçi və Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizəsinin xahiş edirəm hissəsində dəqiqləşmə apararaq, “Torpağa mülkiyyət hüququna dair” JN:0090 nömrəli 80707058 kodlu Dövlət X1, X3, Maraqlı şəxs2, X8 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Neftçala Rayon Aqrara İslahat Komissiyasının 24 sentyabr 1999-cu il tarixli, 41 saylı qəraraı ilə həyat yoldaşı X6 və onun ailə üzvlərinə, yəni X3, Maraqlı şəxs2, X8 və iddiaçıya Neftçala rayon Haqverdili kəndində 4,60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında JN:0090 nömrəli, ******* kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib olunub. Sözügedən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etsə də, ona “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında iddiaçının adının “X9” kimi , Maraqlı şəxs2 atasının adının isə “Maraqlı şəxs2 Mehti oğlu” kimi səhv qeyd edildiyi və bununla bağlı hüquqmüəyyənedici sənədin təqdim edilmədiyini bildirilərək ərizənin icrasından imtina edilmişdir. İddiaçı öz adının “Məmləkət” olmasına baxmayaraq qohum-qonşular öz aralarında adının “Gülnaz” olaraq çağırdıqlarını bildirir. Lakin ona məxsus şəxsiyyət vəsiqəsində, doğum və nikahın bağlanması haqqında şəhadətnamələrdə öz adı olan “Məmləkət” olaraq düzgün qeyd edilmişdir. Eyni zamanda Maraqlı şəxs2 məxsus şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnamədə də onun atasının adı düzgün olaraq “Mehdi” kimi qeyd olunub. “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında iddiaçının adının və həyat yoldaşının qardaşının atasının adının səhv yazılması torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması zamanı ona çətinliklər yaradır. Həmin sənədi başqa qaydada ala bilmir və ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Neftçala Rayon İcra Hakimiyyəti Başçısının Sarıqamış kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 noyabr 2025-ci il tarixli, 104 nömrəli arayışda JN:0090 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında iddiaçının adının və həyat yoldaşının qardaşının atasının adının səhv yazılması, iddiaçının adının texniki səhv olaraq “X9” kimi, həyat yoldaşının qardaşının atasının adının isə texniki səhv olaraq “Maraqlı şəxs2 Mehti oğlu” kimi qeyd edildiyi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi və Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin və Maraqlı şəxs2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0090 nömrəli (kod ********) dövlət aktından müəyyən edilir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 41 saylı qərarı 4,60 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X2, Maraqlı şəxs2, X7 və Ərizəçi ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 41 saylı qərarına əsasən JN-0090 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədində Ərizəçi “X9” kimi, Maraqlı şəxs2 “Maraqlı şəxs2 Mehti oğlu” kimi səhv qeyd edilməsi barədə hüquqmüəyyənedici sənəd tərəfinizdən təqdim edilməmişdir. İş materiallarında olan AZE seriyalı 0******* şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Neftçala şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Maraqlı şəxs2 xx.xx.1962-ci il tarixdə Neftçala şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-T 304486 nömrəli xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, Maraqlı şəxs2 xx.xx.1962-ci il tarixdə Neftçala şəhərində anadan olmuşdur. Ata qrafasında “X12”, ana qrafasında “X10” kimi qeyd olunmuşdur. Bu barədə akt qeydləri kitabında 61 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan JQ 320746 nömrəli xx.xx.1993-cü il tarixli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, X13 ilə X5 arasında xx.xx.1993-cü il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra arvada “Əmirov”, ərə “Əmirova” soyadı verilmişdir. Bu barədə akt qeydləri kitabında 103 nömrə ilə qeyd olunmuşdur. İş materiallarında olan AZ-T 304487 nömrəli xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X5 xx.xx.1959-cu ildə Neftçala şəhərində doğulmuşdur. Ata qrafasında “X11”, ana qrafasında “X14” kimi qeyd olunmuşdur. Bu barədə akt qeydləri kitabında 105 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Neftçala rayon Sarıqamış kənd İƏDN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 104 nömrəli arayışdan görünür ki, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq X9 və Maraqlı şəxs2 Mehti oğlunun adları səhv göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən tərəfin izahatı, təqdim edilmiş rəsmi sənədlərlə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0090 nömrəli (kod ********) dövlət aktının Ərizəçi, X6, X3, Maraqlı şəxs2 və X8 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0090 nömrəli (kod ********) Ərizəçi, X6, X3, Maraqlı şəxs2 və X8 məxsus olmasını başqa qaydada müəyyən edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-0090 nömrəli (kod ********) şəhadətnamənin Ərizəçi, X6, X3, Maraqlı şəxs2 və X8 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-1735/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1735/2025
06.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver