Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-175/2025 16.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək – 24 oktyabr 1981-ci il təvəllüdlü, “Daun xəstəliyi, oliqofreniya imbesillik dərəcəsində” diaqnozu ilə xəstə olan bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək, bacısı 24 oktyabr 1981-ci il təvəllüdlü X1 əqli qüsurlu xəstə olduğunu bildirmişdir. Qeyd edir ki, bacısına “Daun xəstəliyi, oligofreniya imbesillik dərəcəsində” diaqnozu qoyulub. Ruhi-psixoloji problemləri olan bacısının qayğısına özü qalır. Müstəqil, şüurlu şəkildə özünü idarə edə bilməyən bacısının ehtiyaclarını xüsusi həssaslıqla qarşılayır. Anadangəlmə xəstə olan Süsən hazırda da özünü təbii olaraq xəstəliyinə uyğun şəkildə aparır. Onun anlaqsız şəkildə hərəkətlərini yalnız özü, eləcə də ixtisaslaşmış müəssisədə çalışan həkimlər tənzimləyə bilir. Süsənin əqli qüsurlu xəstə olmasını, bu səbəbdən də özünü anormal aparmasını qohum və qonşular, o cümlədən onları tanıyan digər şəxslər də təsdiq edə bilərlər. Yetkinlik yaşına çatmış, 18 yaşı olan bacısı əqli qüsurlu olduğu üçün onunla bağlı heç bir hüquqi hərəkəti həyata keçirilə bilmirlər. Azərbaycan Respublikasının qüvvədə olan normativ hüquqi aktlarına əsasən “Daun xəstəliyi, oligofreniya imbesillik dərəcəsində” diaqnozu ilə xəstə olan bacısı X1 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qanunamüvafiqdir. Mülki prosesdə şəxsin fəaliyyət qabiliyyətli olması prezumpsiyası qüvvədədir. Yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdursa, şəxs fəaliyyət qabiliyyətli sayılır. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X7 xx xxxx 1977ci ildə Neftçala rayonu, Beşdəli kəndində doğulmuş, atası X10, anası X3r. «Nikahın bağlanması haqqında» şəhadətnamənin surətindən görünür ki, X8 ilə X7 qızının nikahı 30 iyul 2001-ci ildə 188 nömrəsi ilə qeyd edilmiş, nikahdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. Neftçala Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Hüseynova soyadı verilmişdir. «Doğum haqqında» şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X9 24 oktyabr 1981-ci ildə Neftçala rayonu, Beşdəli kəndində doğulmuş, atası X10, anası X4r. «Neftçala rayon Mərkəzi Xəstəxanası» X17 1279 saylı arayışından görünür ki, 1981-ci il təvəllüdlü X9 həqiqətən xx.xx.1987-ci ildən hal-hazıra kimi «Daun xəstəliyi, oliqofreniya imbesillik dərəcəsində» diaqnozu ilə “Neftçala RMX” PHŞ-nin Poliklinika şöbəsində həkim-nevropatoloqun dispanser qeydiyyatındadır və hazırda İİ qrup əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Sosial Ekspert Komissiyasının 27 noyabr 2024-cü il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X9 xx.xx.1999-cu ildə TSEK tərəfindən müayinə olunmuş, qiymətləndirmənin nəticəsi olaraq ona ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Yüngül işlərdə işləyə bilər kimi əmək zəmanəti verilmişdir. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 18 fevral 2025-ci il tarixli 526 saylı rəyində qeyd olunur ki, X5 Daun sindiromlu şəxsdə ağır dərəcəli əqli gerilik aşkar olunur. X9 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Daun sindiromlu şəxsdə ağır dərəcəli əqli gerilik diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında yol vermir. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən «Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir». Həmin Məcəllənin 33.4 və 34.2-ci maddələrinə əsasən «On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir», «Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir». Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır». Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, hesab edir ki, 24 oktyabr 1981-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan sayılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti X9 üzərində qəyyumluq təyin edilməsi üçün Neftçala Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 320, 321, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 oktyabr 1981-ci ildə Neftçala rayonu, Beşdəli kəndində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X9 üzərində qəyyum təyin edilməsi üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti Neftçala Rayon İcra Hakimiyyətinə göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-175/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-175/2025
16.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver