Məhkəmə qərarları › İş №2(053)-194/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-194/2025

11.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-194/2025 11.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx"ASC X6 Təchizatı və Satışı İdarəsi Cavabdeh2 rəisi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2nə qarşı “27 may 2024-cü il tarixli, 337585 nömrəli aktın ləğv edilməsi və akta əsasən hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 əməkdaşları tərəfindən tərtib olunmuş 09 dekabr 2024-cü il tarixli, 369933 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, Aprel döyüşləri, Lələtəpə uğrunda gedən döyüşlərin iştirakçısıdır. Hazırda Neftçala rayonu, Qədimkənd kəndndə yerləşən ona məxsus fərdi yaşayış evində valideynləri ilə birlikdə yaşayır. Evinin hər ay bütün kommunal xərclərini, o cümlədən elektrik enerjisinin pulunu vaxtlı-vaxtında ödəyir. Lakin Cavabdeh2 İdarəsinin əməkdaşları 09 dekabr 2024-cü il tarixində yaşadığı mənzilə gələrək xx.xx.2024-cü il tarixli, 369933 saylı Akt tərtib edərək ona 1900 manat məbləğində cərimə yazmışlar. Akta əsasən guya baxış zamanı məlum olmuşdur ki, yaşadığı mənzilin sayğacına kənar müdaxilə olunmuş, sayğacın elektrik xəttində çat əmələ gəlmiş giriş yuvalarından enerji itkisi olmuşdur. Hesab edir ki, Cavabdeh2 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 369933 saylı Akt qeyri-qanuni yazılmış, tərtib edilərkən bir sıra pozuntulara yol verilmişdir. Akt tərtib olunarkən onun iştirakı olmadan elektrik xəttinə baxış keçirilmiş, məlumatı və iştirakı olmadan akt tərtib olunmuşdur. Eyni zamanda, Cavabdeh2 İdarəsinin əməkdaşları tərəfindən hər ay sayğaca və elektrik xəttinə baxış keçirilmişdir. Əgər qeyd olunan nöqsan olmuş olsaydı, həmin nöqsan aşkar olunmuş olardı. Ona görə də bir ay müddətində 1900 manat məbləğində enerji itkisinə yol verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın (“EEİQ”) 7.11-ci bəndində göstərilir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Digər tərəfdən, “X1 Qaydaları”-nın 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsi məişət abonentinə təqdim edilir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidinin iştirakı ilə imzalanmalıdır. Qeyd etdiyi kimi, enerji təchizati müəssisəsinin nümayəndələri onun və hal şahidlərinin iştirakını təmin etmədən “EEİQ”-nın göstərilən tələblərini kobud surətdə pozaraq, akt tərtib etmişlər. Bundan başqa, qeyd etmək lazımdır ki, akt tərtib olunarkən faktiki işlədilən enerjinin hesabatı da düzgün aparılmamışdır. Çünki, “X1 Qaydaları”-nın 8.32-ci bəndinə əsasən məişət abonenti tərəfindən pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadǝyǝ görə yenidən hesablaşma aparmağa borcludur. Eyni zamanda, “X1 Qaydaları”-nın 1.3-cü bəndinə əsasən Enerji təhcizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqısatqı müqaviləsi bağlanılmalıdır. Bu halda da enerji təhcizat İdarəsi tərəfindən onunla alqısatqı müqaviləsi bağlamamış və sayğacı ona təhvil verməmiş, bu bəndin tələblərini pozmuşdur. Enerji təchizatı müəssisəsinin nümayəndələrinin “EEİQ”-nın göstərilən tələblərini kobud surətdə pozması, elektrik sayğacının aşkar olunmuş müdaxilənin hansı vaxtda olmasını müəyyən etmədən, onun və hal şahidlərinin iştirakını təmin etmədən qərəzli akt tərtib etmələri, akt üzrə əlavə ödəniş hesablanarkən mövcud qaydaları rəhbər tutmamaları, "xxxx" ASC-nin əməkdaşları tərəfindən rəsmi xəbərdarlıq etmədən mənzilini şəbəkədən ayırmaları və s. əsaslar onu sübut edir ki, mübahisələndirilən 05 iyul 2022-ci il tarixli, 029266 saylı Akt düzgün tərtib edilməmiş və mövcud qaydaların tələbləri qərəzli surətdə pozulmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq göndərilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsini göndərməmiş, lakin numayəndə X4 məhkəməyə 09 yanvar 2025-ci ildə məktub göndərərək məktuba etibarnamə,əmrdən çıxarış, akt hesabat, saldo və videoçəkiliş olan 1 ədəd disk əlavə etmişdir. Cavabdeh "xxxx"ASC X6 Təchizatı və Satışı İdarəsi Cavabdeh2 rəisi X3 işin məhkəmə baxışı iclası zamanı xidməti məlumat təqdim edərək bildirmişdir ki, 09 dekabr 2024-cü ildə tərəfindən axşam saat 22 radələrində Neftçala rayonu, Qədimkənd kənd xəttindən yenidən qurulmuş ərazilərə baxış keçirilmişdir. Təqribən əlli mənzilin sayğacına baxış keçirdikdən sonra İddiaçı məxsus mənzildə sayğaca baxış keçirmişdir. Baxış zamanı məlum olmuşdur ki, abonent süni 0 (sıfır) xətti (həyətyanı sahədə yerlə əlaqələnmə) vasitəsilə sayğacı dövriyyədən kənarlaşdırıb. Belə ki, bu halda sayğac axan yükü qeyd etmir. Tərəfindən sayğacın qeyd etmədiyi yükü ampermasa vasitəsilə ölçmüşdür. Faktiki olaraq mənzilə daxil olan yük 13 amper (28 kvt saat) olduğu təqdirdə sayğacdan, mühəndis beyninə baxış keçirilmiş, axan yek İ=0,4 amper təşkil edir. Mövcud olan vəziyyət telefon vasitəsilə çəkilmişdir. Son olaraq demək istəyir ki, belə vəziyyət sayğacda yaranan texniki qüsurdan olmur. Kənar müdaxilə olduğu təqdirdə sayğacın giriş xətlərində fərq yaranır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi diskə baxış keçirilmişdir. Məhkəmə iddiaçını, cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1997-ci ildə doğulmuşdur. Neftçala Rayon Məhkəməsinin 16(053)-32/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizəçi (iddiaçı) İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilmiş, Cavabdeh2 tərəfindən tərtib olunmuş 09 dekabr 2024-cü il tarixli, 369933 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış cərimə borcunun silinməsi tələbinə dair mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək ərizəçi (iddiaçı) İddiaçı məxsus ailəsi ilə birgə yaşadığı mənzilə enerji təchizatının dayandırılmaması qərara alınmışdır. Həmçinin qərardadla izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 157.7-ci maddəsinin tələbinə uyğun olaraq müvəqqəti təminat tədbirinin tətbiqi barədə hazırkı qərardad müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Eyni zamanda qərardadla izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 162.4 və 162.3-cü maddələrinin tələblərinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır, iddia rədd olunduqda, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə isə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənədək saxlanılır. xx.xx.2025-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X6 Təchizatı və Satışı İdarəsindən daxil olmuş məktubda qeyd edilmişdir ki, Neftçala Rayon Məhkəməsinin icraatında olan iddiaçı X8 oglunun "xxxx" ASC-yə qarşı “X1 Qaydaları” nın (EEİQ) pozulması barədə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 369933 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsini tələb etmişdir. Həmin mülki iş üzrə hazırlıq iclası xx.xx.2025-ci il, saat 17:00-a təyin olunmuşdur. Neftçala Rayon Məhkəməsində iddiaçı olan İddiaçı **********00614 saylı kodla Cavabdeh2ndə abonent olaraq qeydiyyatdadır. Belə ki, xx.xx.2024-cü il tarixlərdə "xxxx" ASC-nin Cavabdeh2 Əməkdaşları (rəis və digər istehlaka nəzərət əməkdaşları) tərəfindən elektrik enerjisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçirilərkən abonent E.Əyyubova məxsus yaşayış evində quraşdırılmış hesabat sayğacın uçotuna baxış keçirilmiş və məlum olmuşdur ki, sözü gedən yaşayış evində sayğac süni sıfır xətti vasitəsi ilə dövriyyədən kənarlaşdırılaraq X1 edilir. Baxış zamanı müvafiq videoşəkiliş aparılmış və müəyyən olunmuşdur ki, abonentə məxsus elektrik sayğacından axan yüklə keçən yük arasında mühüm fərq var. Həmin videoçəkilişdən müəyyən olunur ki, sayğacdan keçən yüklə, evə daxil olan yük arasında fərq olduğundan həmin sayğacın xəta ilə işlədiyi və sərf olunan elektrik enerjisini düzgün qeyd etmədiyi aşkar olunmuşdur. Buna əsasən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları” nın 8.17-1-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə sözü gedən akt tərtib olunmuş və 1903,97 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Bu hal da onu göstərir ki, abonent - İddiaçı sıfır xəttini kənarlaşdırma vasitəsi ilə X1 etdiyini şəxsən ona məlum olmasına baxmayaraq o, akt üzrə hesablanmış ödənişindən yayınmaq məqsədi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddiaçı ona məxsus sayğac uçot dəstinə baxış keçirilərkən EEİQ-nın 8.33-cü bəndini rəhbər tutaraq hal şahidlərinin iştirak etmədiyini bildirmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1 Qaydaları”-na olunmuş 155 saylı dəyişiklik Qərarına əsasən abonent barədə itirilmiş elektrik enerjisinin bərpası aktı tərtib olunarkən hal şahidinin dəvət olunmasına dair tələblər qaydalardan çıxarılmışdır. Sübut etməyə gəlincə isə sübutlar məhkəmədə işin hərtərəfli və obyektiv aparılması və araşdırılması, işin icraatının əhəmiyyətli dərəcədə düzgün həlli üçün məhkəmənin əsaslana biləcəyi faktlardır. Bütün faktlar sübutlar adlandırılr və iş üzrə qiymət verilən hallardan biri də sübutlardır ki, onlar rəsmən və digər təsdiqedici faktlarla əsaslandırılr. Həmçinin tərəfin verdiyi sübutun mənbəyi bəlli deyildirsə o,sübut kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən hesab edirlər ki, iddia təmin olunmamalı və akt üzrə hesablanmış məbləğ abonent tərəfindən ödənilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq İddiaçı "xxxx" ASC- yə qarşı “X1 Qaydaları” nın (EEİQ) pozulması barədə tərdib olunmuş xx.xx.2024-cü il tarixli, 369933 saylı aktın ləğv olunması və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə olan iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin yazılı və şifahi izahatlarından və iş materiallarından göründüyü kimi, məhkəmə iddiaçının iddia tələbində haqlı olmadığını, onun elektrik enerjisindən qanunsuz olaraq istifadə etdiyini sübutlarla müəyyən edib. Qeyd olunanlara əsasən hazırkı mülki iş üzrə iddianın təmin olunması əsassızdır. Bunu nəzərə alaraq məhkəmə hazırkı mülki işə mahiyyəti üzrə baxıb qətnamə çıxarılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Mülki-Prosessual Qanunvericiliyin yuxarıda istinad olunan tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidirlər. Məhkəmə tərəfləri dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı cavabdehə qarşı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməyib. Göstərilənləri və işin s. faktik hallarının nəzərə alaraq məhkəmə iddianın təmin olunmasını mümkün saymır. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2nə qarşı “09 dekabr 2024-cü il tarixli, 369933 nömrəli aktın ləğv edilməsi və akta əsasən hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Neftçala Rayon Məhkəməsinin tətbiq etdiyi 16(053)-32/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli müvəqqəti təminat tədbiri haqqında qərardadı məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra qüvvədən düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar