Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-204/2023 11.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 dekabr 2021-ci il tarixli MAS-4717 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 oktyabr 2022-ci il tarixə 497,51 manat gecikdirilmiş əsas borc, 354,68 manat gecikdirilmiş mükafat borcu, həmin günə hesablanmış 329,14 manat dəbbə pulu olmaqla, ümumilikdə 1.181,33 manat borcun və ödənilmiş 31,82 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 20 dekabr 2021-ci il tarixli MAS-4717 saylı «Daxili lizinq» müqaviləsinə əsasən İsmayıl Həsənovun sifarişi ilə 2021-ci il buraxılışlı, «Khazar SD» minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFME324271 ban nömrəli, boz rəngli avtomobil 17.000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq müqaviləsi»nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17,5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395,96 manat, ümumilikdə isə 19.006 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19.006 manatın 13.600 manatı əsas məbləğ təşkil edir. 26 may 2022-ci il tarixdə X4, X2 və İddiaçı MMC arasında MAS-4717 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 20 dekabr 2021-ci il tarixli MAS-4717 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Elçin Aslanov öz üzərinə götürmüşdür. 22 iyun 2022-ci il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-4717 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 20 dekabr 2021-ci il tarixli MAS-4717 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar SD» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 oktyabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Eyni zamanda Cavabdeh 20 dekabr 2021-ci il tarixli MAS-4717 saylı «Daxili lizinq» müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 oktyabr 2022-ci il tarixə ümumilikdə 1.181,33 manat gecikmə borcu yaranmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin İddiaçı MMCnin direktoru X3 məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxıb iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı MMC ilə X4 oğlu arasında bağlanmış 20 dekabr 2021-ci il tarixli MAS-4717 saylı «Daxili lizinq» müqaviləsindən görünür ki, İsmayıl Həsənovun sifarişi ilə 2021-ci il buraxılışlı, «Khazar SD» minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFME324271 ban nömrəli, boz rəngli avtomobil 17.000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və müqavilənin ayrılmaz tərkib hissəsi olan 3 nömrəli Əlavəyə əsasən illik 17,5 % hesabı ilə 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395,96 manat ödənilməsi şərtilə sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 20 dekabr 2021-ci il tarixli MAS-4717 saylı «Daxili lizinq» müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, həmin müqavilə üzrə lizinq obyektini qiyməti 17.000 manat olan bir ədəd 2021-ci il buraxılışlı, «Khazar SD» minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFME324271 ban nömrəli, boz rəngli avtomobil təşkil edir. 20 dekabr 2021-ci il tarixli lizinq obyektinin təhvil-təslim aktından görünür ki, X4 lizinq obyektini təşkil edən qiyməti 17.000 manat olan bir ədəd 2021-ci il buraxılışlı, «Khazar SD» minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFME324271 ban nömrəli, boz rəngli avtomobili Bakı şəhərində lizinqə qəbul etmişdir. 26 may 2022-ci il tarixli müqavilədən görünür ki, X4, X2 və İddiaçı MMC arasında MAS-4717 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 20 dekabr 2021-ci il tarixli MAS-4717 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Elçin Aslanov öz üzərinə götürmüşdür. 26 may 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X4 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar SD» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə X1 təhvil vermişdir. 22 iyun 2022-ci il tarixli müqavilədən görünür ki, X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-4717 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 20 dekabr 2021-ci il tarixli MAS-4717 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. 22 iyun 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X2 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar SD» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə Cavabdeh təhvil vermişdir. Təqdim edilmiş 26 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20 dekabr 2021-ci il tarixli MAS-4717 saylı «Daxili lizinq» müqaviləsi üzrə 22 oktyabr 2022-ci tarixə gecikdirilmiş əsas borcu 497,51 manat gecikdirilmiş mükafat borcu 354,68 manat və cərimə borcu 329,14 manat olmaqla, ümumilikdə 1.181,33 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 747.1, 747-1.1, 747-2 və 747-3.2-ci maddələrinə əsasən «Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur», «Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir)», «Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır», «Daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir». Azərbaycan Respublikası MM-nin 748-10.1-ci maddəsinə əsasən «Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir». Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı pul tələbi irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən «Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir». Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulunun miqdarı 20 (iyirmi) manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 31,82 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir...». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20 dekabr 2021-ci il tarixli MAS-4717 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 oktyabr 2022ci il tarixə 497 (dörd yüz doxsan yeddi) manat 51 (əlli bir) qəpik gecikdirilmiş əsas borc, 354 (üç yüz əlli dörd) manat 68 (altmış səkkiz) qəpik gecikdirilmiş mükafat borcu, 20 (iyirmi) manat dəbbə pulu borcu, ümumilikdə 882 (səkkiz yüz səksən iki) manat 19 (on doqquz) qəpik borc və ödənilmiş 31 (otuz bir) manat 82 (səksən iki) qəpik dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-204/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-204/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver