Məhkəmə qərarları › İş №2(053)-210/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-210/2025

03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-210/2025 03.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Neftçala rayonu Aqrar İslahat Komissiyasının 24 noyabr 1999-cu il tarixli, 44 nömrəli və 19 aprel 2002-ci il tarixli, 63 nömrəli qərarları ilə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş (JN:0095, KOD ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının Ərizəçi, X16, X9 və Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X12 və Maraqlı şəxs2 işə maraqlı şəxslər qismində cəlb olunublar. Ərizəçi işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 24 noyabr 1999-cu il tarixli, 44 nömrəli və 19 aprel 2002-ci il tarixli, 63 nömrəli qərarları ilə 3,43 hektar torpaq sahəsi ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Sözügedən komissiyanın 24 noyabr 1999-cu il tarixli, 44 nömrəli və 19 aprel 2002-ci il tarixli, 63 nömrəli qərarlarına əsasən verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında (JN:0095, KOD ********) Ərizəçi X6, X2 Rəna Hüseynağa qızı kimi, X1 Ümbülbanu Ağababa qızı kimi və Maraqlı şəxs2 isə X10 qeyd edilmişdir. Torpaqda pay sahibi olan arvadı X19 29 sentyabr 2006-cı ildə vəfat etmişdir. Lakin onun adı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş imtina məktubunda qeyd olunmamışdır. “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında buraxılmış texniki səhvləri aradan qaldırmaqla mülkiyyətində olan 3,43 hektar torpaq sahəsinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. 13 saylı Şirvan Ərazi İdarəsinin 31 oktyabr 2024-cü il tarixli bildirişində səhv qeyd olunmuş adlar barədə hüquqmüəyyənedici sənəd, yəni məhkəmə qərarı təqdim olunmadığı üçün ərizənin icrasından imtina edilmişdir. Ona məxsus doğum və nikah haqqında şəhadətnamələrdə, həmçinin şəxsiyyət vəsiqəsində onun soyadı düzgün olaraq Ərizəçi kimi yazılmışdır. Mərhum arvadı X16 məxsus nikah və ölüm haqqında şəhadətnamələrdə soyadı X8, qızı Əliyeva (İskəndərova) Unbulbəni Ağababa qızının doğum haqqında şəhadətnaməsində X5, şəxsiyyət vəsiqəsində isə Maraqlı şəxs3 kimi qeyd olunmuşdur (Unbulbanu və Unbulbəni eyni şəxslərdir). Oğlu Maraqlı şəxs2 doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində adı və soyadı Maraqlı şəxs2 kimi qeyd olunub. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 dekabr 2024-cü il tarixli və Neftçala rayon Aşağı Qaramanlı bələdiyyəsinin 17 dekabr 2024-cü il tarixli arayışlarında da bəhs olunan adların Dövlət Aktında səhv qeyd olunduğu göstərilmişdir. Qeyd edilən sənədlərdə olan yanlışlığın aradan qaldırılması üçün cəhdlər etmiş, lakin buna nail ola bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsini göndərməmiş bunun səbəbləri barədə məlumat verməmiş, həmçinin işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Maraqlı şəxslər X12 və Maraqlı şəxs2 da məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi məxsus şəxsiyyət vəsiqəsində həmçinin “Doğum haqqında” və “Nikahın bağlanması haqqında” şəhadətnamələrdə ərizəçinin soyadı “İskəndərov” kimi qeyd olunub. X3 aid “Nikahın bağlanması haqqında” və “Ölüm haqqında” şəhadətnamələrdə onun soyadı “İskəndərova” kimi qeyd olunub (X19 29 sentyabr 2006-cı ildə ölmüşdür). Ərizəçinin qızının şəxsiyyət vəsiqəsində onun tam adı “Maraqlı şəxs3” kimi qeyd olunub. Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 dekabr 2024-cü il tarixli arayışda eyni şəxsin adı “X12” kimi qeyd olunub. Məhkəmənin sorğusuna əsasən Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsini tərəfindən göndərilmiş “doğum haqqında akt qeydi”nin surətində eyni şəxsin adı “X14” kimi qeyd olunub. Yuxarıda göstərilən sənədlərlə və işin s. faktik halları ilə “Maraqlı şəxs3”nın “X12”nın və “X14”nın eyni şəxs olması müəyyən olunur. Ərizəçinin oğlunun şəxsiyyət vəsiqəsində və “Doğum haqqında” şəhadətnaməsində onun soyadı “İskəndərov” kimi qeyd olunub. “Torpağa mülkiyyət hüququna dair” JN-0095 nömrəli (kod ********) Dövlət Aktından görünür ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il 44 nömrəli və xx.xx.2022-ci il 63 nömrəli qərarlarına əsasən ərizəçiyə və onun ailə üzvlərinə (arvadı, qızı və oğlu)kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 3,43 ha torpaq sahəsi ayrılmışdır. Həmin sənəddə ərizəçinin adı “X17”, ərizəçinin arvadının adı “X20”, ərizəçinin qızının adı “X13” və ərizəçinin oğlunun adı “X24” kimi qeyd olunub. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 dekabr 2024-cü il tarixli 1106 nömrəli arayışında qeyd olunur: «...Azərbaycan Respublikasının DYLİ X29 Komitəsinin Neftçala rayon şöbəsi tərəfindən verilmiş JN-0095 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında texniki səhv olaraq: 1. X25 o; 2. İsgəndərova Rə”na Hüseynağa qızı; 3. X22 q; 4. X24 yazılmışdır. Həqiqətən doğru adlar aşağıdakı kimidir: 1. Ərizəçi; 2. X19; 3. Əliyeva (İskəndərova) Unbulbəni Ağababa qızı (doğum şəhadətnaməsinə əsasən); 4. Maraqlı şəxs2...» Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin 17 dekabr 2024-cü il tarixli 20 nömrəli arayışında qeyd olunur: «...Azərbaycan Respublikasının DYLİ X29 Komitəsinin Neftçala rayon şöbəsi tərəfindən verilmiş JN-0095 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında texniki səhv olaraq: 1. X25 o; 2. İsgəndərova Rə”na Hüseynağa qızı;

3. X22 q; 4. X24 yazılmışdır. Həqiqətən doğru adlar aşağıdakı kimidir: 1. Ərizəçi; 2. X19;

3. Əliyeva (İskəndərova) Unbulbəni Ağababa qızı (doğum şəhadətnaməsinə əsasən); 4. Maraqlı şəxs2...» Yuxarıda qeyd olunan sübutların cəmi belə bir qənaətə gəlməyə əsas verir ki, JN- 0095 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan «X17» ərizəçinin özü, yəni Ərizəçi, «X20» ərizəçinin mərhum arvadı, yəni X19, «X13» ərizəçinin qızı, yəni Maraqlı şəxs3 (doğum haqqında akt qeydində «X14», Neftçala rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 05/Q-516/69 nömrəli arayışında «X12» kimi göstərilib), «X24» isə ərizəçinin oğlu, yəni Maraqlı şəxs2dur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 31 oktyabr 2024-cü il tarixli “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” bildirişdən görünür ki, ərizəçi müvafiq faktları təsdiq edən sənədləri məhkəmədən kənar qaydada əldə etmək üçün cəhdlər göstərmiş, lakin bu cəhdləri nəticə verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin olunsun. Neftçala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 44 nömrəli, xx.xx.2002-ci il tarixli 63 nömrəli qərarları ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 3,43 ha torpaq sahəsi ilə bağlı “Torpağa mülkiyyət hüququna dair” JN- 0095 nömrəli 80702028 kodlu Dövlət Aktının Ərizəçi (Dövlət Aktında «X17» kimi qeyd edilib), X16 (Dövlət Aktında «İsgəndərova Rə”na Hüseynağa qızı» kimi qeyd edilib), Maraqlı şəxs3 (Dövlət Aktında «X13», doğum haqqında akt qeydində «X14», Neftçala rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 05/Q-516/69 nömrəli arayışında «X12» kimi qeyd edilib) və Maraqlı şəxs2 (Dövlət Aktında «X24» kimi qeyd edilib) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar