Məhkəmə qərarları › İş №2(053)-212/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-212/2025

06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-212/2025 06.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Maraqlı şəxs4 iştirakı ilə Ərizəçi tərəfindən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 nömrəli ilə qərarı ilə 6.34 torpaq sahəsinin X5, mərhum əri X13 və ailə üzvləri X10, X15 və X14 mülkiyyətinə verilməsi barədə torpağa mülkiyyət hüququna dair JN- 0051 seriyalı, KOD 80706018 nömrəli Dövlət Aktının ona, yəni Ərizəçi, mərhum əri X4 və ailə üzvləri, Həbibova (nikahdan əvvəl - Allahverdiyeva) Ramilə Xalıq qızına, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 nömrəli ilə qərarı ilə mərhum əri X2 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 6,34 hektar torpaq sahəsi verilmişdir. Bu barədə torpağa mülkiyyət hüququna dair JN- 0051 KOD 80706018 №-li dövlət aktı da mövcuddur. İslahat Komissiyasının ona və ailə üzvlərinə torpaq sahəsinin verilməsinə dair həmin şəhadətnaməsinin siyahısında soyadları səhvən «Alıhüseynov» kimi göstərilmiş, həmçinin mərhum ərinin ata adı da səhvən «Anabǝy» kimi qeyd olunmuşdur. Halbuki ailə üzvlərinin soyadı rəsmi sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqələrində «Allahverdiyev», mərhum ərinin ata adı isə «Ağabəy» kimi göstərilmişdir. Onun və ailə üzvlərinin soyadının «Allahverdiyev», mərhum ərinin ata adının isə «Ağabəy» olmasını hüquqmüəyyənedici sənədlərdən əlavə qohumları və həmkəndliləri də şahid kimi təsdiq edə bilərlər. Göründüyü kimi torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən onun və ailə üzvlərinin soyadı şəxsiyyəti təsdiq edən sənədlərdə göstərilən soyadlarla, həmçinin mərhum ərinin “Ölüm haqqında” şəhadətnaməsində ata adı ilə uyğun gəlmir. Həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ona həmin torpaqla bağlı müvafiq sənədləşmə işlərinin aparılması üçün lazımdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə baxışı iclasına gəlməmiş, 21 yanvar 2025-ci il tarixdə ərizə təqdim edərək xəstəliyi ilə əlaqədar müalicə olunduğu üçün növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs4 işin məhkəmə baxışı iclası zamanı ailə üzvlərinin soyadının qeyd edilən dövlət aktında yanlış olaraq Alıhüseynov (Alıhüseynova), mərhum atasının ata adının isə “Anabəy” yazıldığını, əslində isə bütün sənədlərdə soyadlarının «Allahverdiyev» olduğunu, atasının ata adının isə «Ağabəy» olduğunu qeyd etməklə ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Digər maraqlı şəxslərə məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə maraqlı şəxsin izahatını, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan JN - 0051 seriyalı, 80706018 kod nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8, X3 və onun ailə üzvləri kimi qeyd edilən X6, X11 və X16 Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 saylı qərarı ilə 6.34 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi mülkiyyətinə verilmişdir. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1950-ci ildə Neftçala rayonu, Qaçaqkənd kəndində doğulmuşdur. “Doğum haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən, eləcə də şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 09 iyun 1946-cı ildə Neftçala rayonu, Qaçaqkənd kəndində doğulmuşdur. “Ölüm haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, X9 12 mart 2024-cü ildə Neftçala rayonu, Qaçaqkənd kəndində ölmüşdür. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxxxx 1981-ci ildə Neftçala rayonu, Qaçaqkənd kəndində doğulmuşdur. “Nikahın bağlanması haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X23 ilə X7 arasında 23 oktyabr 2002-ci ildə nikah bağlanmış, nikahdan sonra arvada “Həbibova” soyadı verilmişdir. “Doğum haqqında” şəhadətnamənin, eləcə də şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Maraqlı şəxs3 xx xxx 1983-cü ildə, Maraqlı şəxs4 isə xx xxxxxxx 1987-ci ildə Neftçala rayonu, Qaçaqkənd kəndində doğulmuşlar. Uşaqların atası X9, anası isə Ərizəçidır. Məhkəmədə müəyyən edildi ki, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998ci il tarixli, 33 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 6.34 hektar torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair torpağa mülkiyyət hüququna dair X1, Sonaxanım Alış qızının, Ramilə Xalıq qızının, Nicat Xalıq oğlunun və Rza Xalıq oğlunun soyadları Allahverdiyev (Allahverdiyeva) olduğu halda “Alıhüseynov”, “Alıhüseynova” kimi, X2 ata adı isə “Anabəy” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən də məhkəmə belə nəticəyə gəlir ki, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətə verilmiş JN – 0051 seriyalı, kod 80706018 saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi qızna, X4 və ailə üzvləri, Həbibova (nikahdan əvvəl- Allahverdiyeva) Ramilə Xalıq qızına, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8, X3 və onun ailə üzvləri kimi qeyd edilən X6, X11 və X14 adlarına Neftçala Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 saylı qərarı ilə 6.34 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətlərinə verilməsinə dair JN - 0051 seriyalı, 80706018 kod nömrəli “Torpağa mülkiyyət hüququna dair” X12 Sonaxanım Alış qızna, X4 və ailə üzvləri, Həbibova (nikahdan əvvəl - Allahverdiyeva) Ramilə Xalıq qızına, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar