Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-239/2025 22.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi ərizəçinin nümayəndəsi (qardaşı) X9, Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Demensiya fonunda sayıqlama, Demensiya fonunda deriliy» diaqnozu ilə xəstə olan anası – 03 yanvar 1969-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 27 yanvar 2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında ərizəsini müdafiə edərək, hazırda himayəsində olan 03 yanvar 1969-cu il təvəllüdlü anası X2 əqli qüsurlu xəstə olduğunu bildirmişdir. Qeyd edir ki, anasına «Demensiya fonunda sayıqlama, Demensiya fonunda deriliy» diaqnozu qoyulub. Psixoloji problemləri olan anasının qayğısına övladı olaraq özü və ailə üzvləri qalır. Ciddi ağıl zəifliyi olan anası şüurlu şəkildə özünü idarə edə bilmədiyi üçün onun bütün ehtiyaclarını ailəsi qarşılayır və ona həssas şəkildə qayğı göstərirlər. Familə Babayeva hazırda özünü təbii olaraq xəstəliyə uyğun şəkildə aparır. Onun anlaqsız şəkildə olan hərəkətlərini, rabitəsiz nitqini, sayıqlamalarını yalnız özü tənzimləyə bilir. Bu kimi səbəblərdən rəsmi sənədlərdə onun əmək qabiliyyətsiz olduğu qeyd edilib. Anasının əqli xəstə olmasını, bu səbəbdən özünü anormal aparmasını qohum və qonşular, o cümlədən onları tanıyan digər şəxslər də təsdiq edə bilərlər. Anası əqli qüsurlu olduğu üçün onunla bağlı heç bir hüquqi prosedur həyata keçirə bilmir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hazırda «Demensiya fonunda sayıqlama, Demensiya fonunda deriliy» diaqnozu ilə ikinci dərəcəli əlil olan anası X2 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qanunamüvafiqdir. Ona görə də anası X2 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Ərizəçinin nümayəndəsi (qardaşı) X12 26 may 2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında ərizədə qeyd olunanlara, eləcə də ərizəçinin bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Ərizəçi və onun nümayəndəsi (qardaşı) X12 işin hazırkı məhkəmə baxışında iştirak etməmiş, lakin X12 26 may 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək 24 iyun 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasında hərbiçi olduğu üçün xidməti zərurətlə əlaqədar iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclasının iştirakı olmadan keçirilərək ərizənin təmin olunmasını xahiş etmişdir. Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 26 may 2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında X2 xəstəliyini nəzərə alaraq ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçini və Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsini dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala rayonu Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli 527 nömrəli arayışdan görünür ki, ərizəçi Babayev X8 rayonu Xol Qarabucaq kəndində yaşayır və onun anası – 03 yanvar 1969-cu il təvəllüdlü X1, arvadı – 27 dekabr 1999-cu il təvəllüdlü X15 və qızı – X4 ibarət tərkibdə ailə üzvləri vardır. «Nikahın haqqında» şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X11 28 mart 2022-ci ildə nikah bağlamış, həmin nikah eyni tarixdə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən 34 nömrəsi ilə qeydə alınmışdır. «Doğum haqqında» şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X6 xx xxxx 1991ci ildə Neftçala rayonu, Xol Qarabucaq kəndində doğulmuş Ərizəçi anasıdır. «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X7 11 may 1995-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışla müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü X6 ümumi xəstəlik səbəbi ilə (diaqnoz: Demensiya fonunda sayıqlama, Demensiya fonunda deriliy) ikinci dərəcəli əlil, əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin 19 mart 2025-ci il tarixli 922 nömrəli rəyində qeyd olunur ki, X3 naməlum mənşəli demensiya, psixi pozuntularla formasında psixi xəstəlik müəyyən edilir. X3 hal-hazırda müəyyən edilən naməlum mənşəli demensiya ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X6 onda müəyyən olunan naməlum mənşəli demensiya, psixi pozuntularla əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən «Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər». Həmin Məcəllənin 33.4 və 34.2-ci maddələrinə əsasən «On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir», «Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir». Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır». Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, hesab edir ki, 03 yanvar 1969-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan sayılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti X6 üzərində qəyyumluq təyin edilməsi üçün Neftçala Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 320, 321, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03 yanvar 1969-cu ildə Neftçala rayonu, Xanməmmədli kəndində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X6 üzərində qəyyum təyin edilməsi üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti Neftçala Rayon İcra Hakimiyyətinə göndərilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-239/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-239/2025
22.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver