Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-24/2025 03.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi, Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Paranoid şizofreniya» diaqnozu ilə xəstə olan oğlu – 27 mart 2000-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək, keçmiş əri X3 ilə birgə nikahlarından doğulmuş 27 mart 2000-ci il təvəllüdlü oğlu X2 əqli qüsurlu xəstə olduğunu bildirmişdir. Qeyd edir ki, oğlu Turana «Paranoid şizofreniya» diaqnozu qoyulub. Ruhi-psixoloji problemləri olan oğlunun qayğısına valideyn olaraq özü qalır. Demək olar ki, oğlu Turan özünü təbii olaraq xəstəliyə uyğun şəkildə aparır. Onun anlaqsız şəkildə olan hərəkətlərini yalnız özü, eləcə də ixtisaslaşmış müəssisədə çalışan həkimlər tənzimləyə bilir. Turanın xəstə olmasını, bu səbəbdən özünü anormal aparmasını qohum və qonşular, o cümlədən onları tanıyan digər şəxslər də təsdiq edə bilərlər. 18 yaşı tamam olmuş Turan əqli qüsurlu olduğu üçün onunla bağlı hər hansı bir hüquqi prosedurların həyata keçirilməsi mümkün deyildir. Ona görə də oğlu X2 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 Turan Şəhriyar oğlunun xəstəliyini nəzərə alaraq ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçini və Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsini dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır. Neftçala RPŞ tərəfindən 13 sentyabr 2013-cü ildə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, həmçinin Neftçala Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 iyul 2024-cü il tarixli 179 nömrəli arayışdan görünür ki, ərizəçi Nəsirova X13 rayonu, Boyat kəndində qeydiyyatdadır. «Nikahın pozulması haqqında» şəhadətnamənin surətindən görünür ki, X8 ilə X5 arasındakı nikahın pozulması ilə əlaqədar 04 aprel 2013-cü ildə 23 nömrəsi ilə qeydiyyat aparılıb. Nikah pozulduqdan sonra ərizəçiyə «Nəsirova» soyadı verilib. «Doğum haqqında» şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Ərizəçi 27 mart 2000-ci ildə Neftçala rayonunda doğulmuş X2 anasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışla müəyyən olunur ki, xx.xx.2000-ci il təvəllüdlü X9 ümumi xəstəlik səbəbi ilə (diaqnoz: F20.0 Paranoid şizofreniya) birinci dərəcəli əlil, əmək qabiliyyətsizdir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 11 sentyabr 2024-cü il tarixli arayışda qeyd olunur: “Verilir, 2000-ci il təvəllüdlü X7 ondan ötrü ki, o, həqiqətən “Şizofreniya, paranoid forma halyunsinator-paranoid sindrom, psixi qüsur halı, özünə xəsarət yetirmələrlə” diaqnozu ilə xəstədir və hal-hazırda “Neftçala RMX” PHŞ-da həkim-psixiatrın dispanser qeydiyyatındadır.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 14 yanvar 2025-ci il tarixli 82 nömrəli rəyində qeyd olunur ki, X4 şizofreniya, psixi qüsur halı xroniki psixi xəstəliyi aşkar olunur. T.Ş.Hidayyətzadə öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. T.Ş.Hidayyətzadəni psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən «Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər». Həmin Məcəllənin 33.4 və 34.2-ci maddələrinə əsasən «On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir», «Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir». Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır». Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, hesab edir ki, 27 mart 2000-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan sayılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti X9 üzərində qəyyumluq təyin edilməsi üçün Neftçala Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 320, 321, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 mart 2000-ci ildə Neftçala rayonunda doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X9 üzərində qəyyum təyin edilməsi üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti Neftçala Rayon İcra Hakimiyyətinə göndərilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-24/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-24/2025
03.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver